Ziyaos-salehin günün hədisini təqdim edir:
İmam Cavad (ə):
مِنْ حُسْنِ خُلُقِ الرَّجُلِ كَفُّ أَذاهُ، وَمِنْ كَرَمِهِ بِرُّهُ لِمَنْ يَهْواهُ، وَمِنْ صَبْرِهِ قِلَّةُ شَكْواهُ، وَمِنْ نُصْحِهِ نَهْيُهُ عَمّا لَا يَرْضاهُ، وَمِنْ رِفْقِ الرَّجُلِ بِأَخِيهِ تَرْكُ تَوْبِيخِهِ بِحَضْرَةِ مَنْ يَكْرَهُ، وَمِنْ صِدْقِ صُحْبَتِهِ إِسْقاطُهُ المَؤُونَةَ، وَمِنْ عَلَامَةِ مَحَبَّتِهِ كَثْرّةُ المُوافَقَةِ وَقِلَّةُ الْمُخالَفَةِ
“İnsanın gözəl əxlaqının əlaməti başqasına əziyyət verməməsi, kəramətinin (alicənablığının) əlaməti pislik edənə yaxşılıq etməsi, səbrinin əlaməti şikayətinin azlığı, öyüd-nəsihətdə səmimiyyətinin əlaməti bəyənmədiyi pis işlərdən çəkinməsi, (din) qardaşı ilə dostluğunun əlaməti onu xoşlamadığı insanların qarşısında danlamaması, sözdə sədaqətinin əlaməti onun (dostunun) xərclərini ödəməsi, ona məhəbbətinin əlaməti isə onunla əksər hallarda razılaşması və az müxalifət etməsidir.”
Mənbə : “Əd-durrun-nəzim”, səh.223.
Şərh yazın