Əzizlər! Az öncə "səkinə"dən və ruhi sakitlikdan söz açdıq. Bu qiymətli gövhəri əldə etmək üçün Allahın Xəlili – İbrahim (əleyhis-salam) bəzən göyə və yerlərə nəzər salır və onu ucu-bucağı olmayan yuxarı aləmdə arayırdı:
وَ کَذلِکَ نُرِى اِبْراهيمَ مَلَکُوتَ السَّماواتِ وَ الاَْرْضِ وَ لِيکُونَ مِنَ الْموُقِنينَ
“Və beləcə göylərin və yerin mülkiyyətini İbrahimə göstərdik ki, yəqin edənlərdən olsun.” ("Ənam" surəsi, ayə 75)
Bir dəfə o, dörd quşun – təfsir sahiblərinin dediklərinə əsasən onların hər biri insanın pislənmiş, məzəmmət olunmuş sifətlərinin simvolu idi (tovuz quşu lovğalıq və qürurun simvolu, xoruz cinsi meyllərin simvolu, göyərçin əyləncə və eyş-işrət simvolu, qarğa uzun arzular simvolu) − başını kəsib ətlərini döydü ki, onlar yenidən diriləndən sonra axirət dünyasına əminlik tapsın və öz qəlbi arzusuna (لِيطْمَئِنَّ قَلْبِىْ) ("Bəqərə" surəsi, ayə 260: “Qəlbimin rahatlıq tapması üçün”) çatsın.
Bu qiymətli gövhər, yəni səkinə və ruhi sakitliyi necə əldə etmək olar? Onu hansı dəryada axtarmaq lazımdır?
Sizə deməliyəm ki, ona çatmaq yolu çox asan, amma eyni zamanda çox çətindir. Bu misala qulaq asın:
Buludlu bir gündə təyyarəyə minmisiniz? Təyyarə tədricən havaya qalxır və ahəstə-ahəstə buludlar arasından keçib onlardan yüksəkdə uçmağa başlayır. Orada aləmin şəfəqi – Günəş tam gücü ilə parlamaqdadır. Hər yer işıqlıdır. Orada il ərzində qara buludlardan əsla söhbət gedə bilməz. Günəşin çöhrəsi daim pərdəsızdır, çünki buludlardan yüksəkdədir.
Bu təşbehdə aləmin Xaliqinin müqəddəs zatı aləmə şəfəq saçan, hər yeri nura qərq edən “günəş”, buludlar isə Haqqın üzünü görməyimizə mane olan hicablardır. Bu hicablar bizim pis əməllərimiz, puç amalımız və yersiz arzularımızdır. Arif insanların imamı Əli (əleyhis-salam) demişkən:
اِنَّکَ لاْ تَحْتَجِب و مِنْ خَلْقِکَ إلاَّ اَنْ تَحْجُبَهُمُ الاَْعْمالُ دُونَک
“(Ey Allah!) Həqiqətən Sən Öz bəndələrin üçün hicab arxasında deyilsən; onların (yaramaz) əməlləri (və günahları Səninlə onların arasında) hicab yaradır.” ("Əbu Həmzə Somali" duasından)
Hicablar pis və günah əməllərimiz ucbatından bizə nüfuz edən, qəlbimizin dövrəsini mühasirəyə alan şeytanlardır. Hədisdə bu haqda deyilir:
لَوْ لا اَنَّ الشَّياطينَ يحُومُونَ عَلى قُلُوبِ بَنِى آدَمَ لَنَظَرُوا اِلى مَلَکُوتِ السَّماواتِ
“Əgər şeytanlar bəni-Adəmin qəlblərini əhatəyə almasaydılar, onlar göylərin səltənətini görərdi.”("Biharul-ənvar", cild 59, səh 163)
Bu hicablar öz əlimizlə tikdiyimiz, öz nəfsimizin göstərişləri ilə yaratdığımız və ürək bağladığımız neçə-neçə bütlər və bütxanalardır. Böyüklər demişkən:
کُلُّ مٰا شَغَلَکَ عَنِ اللّهِ فَهُوَ صَنَمُک
“Səni özünə məşğul edən və Allahdan qafil edən hər bir şey sənin bütündür!
بت ساختيم در دل و خنديديم بر کيش بد برهمن و بودا را!
“Qəlbimizdə büt yaradarkən Brahmanın və Buddanın pis dininə güldük...”
Əzizlərim! İbrahim (əleyhis-salam) kimi iman və təqva “baltasını” götürün və bu bütləri sındırın! Bu yolla göylər aləminə nəzər sala, "muvqinin"dən ola bilərsiniz ("Ənam" surəsi, ayə 75) :
... وَ لِيکُونَ مِنَ الْمُوقِنينَ
Nəfsani istəklər sanki ruhumuzun atmosferini qaraldaraq, batini gözlərimizin açılmasına maneə törədən toz-torpaqdır. Yolun tozunu yatırtmağa cəhd edin, baxa biləsiniz"!
Təəccüblüdür! Necə ola bilər ki, Allah bizə özümüzdən daha yaxın ola-ola, biz Ondan uzağıq?! O bizim yanımızdadır, niyə biz ondan uzaq düşmüşük?! Bəli, "yar bizim evimizdə, biz isə (onu deyib) dünyanı gəzirik".
Bu, bizim ən böyük dərdimiz və ən böyük uğursuzluğumuzdur. Hərçənd müalicə yolu da aydındır.
[Mənbə:makarem.ir]
Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!
Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :
Şərh yazın