Pərdələr qalxır.
Aşura günüdür...
-Əəə, çıxardın bu İran bayrağını. Bura Azərbaycandır.
-Rəis, bu İran bayrağı deyil.
-Əəə, bəs, niyə qaradır. Üstündə də İranca yazıblar.
-İmam Hüseyn bayrağıdır. Üstündə “ya Hüseyn” yazıblar.
-Çıxardın əəə bunu! Yuxarıdan göstəriş var.- Deyə goppuş barmağını naməlum istiqamətə uzadır.
Səhnə fırlanır.
Hicab mitinqi.
-Rəis, istəyirəm uşağım təhsil ala. Niyə qoymurlar məktəbə? Deyirlər, başını açsın gərək. Allahdan qorxmursunuz?
-Əəə, tutun. İran bunu öyrədib.
Səhnə fırlanır.
Evi sökülüb əli-ayağı əsə -əsə çölə çıxarılan qoca arvad:
-Nəçənnik, başova dönum. Balamın əli qançır olub tay bu öyu tikə. Məni çöyür balalaron başına. Sökmə öyumuzu.
-İran sizi qızışdırır. Çıxın deyirlər sizə, şəhərə hörmətli qonaqlar gəlir.
-Uran kimdi, ay bala? Valla, tanımıram.
-Arvad, danışma! Yuxarıdan göstəriş var.- deyə goppuş barmağını naməlum istiqamətə yönəldir.
Səhnə fırlanır.
Televiziyadan xəbərlər.
-Terrorçular tutulub. Əl-Qaidə üzvləridir, Rusiyada yaşayıblar, radikal vahhabidirlər, İranda təlim keçiblər.
Səhnə fırlanır.
Məmur sərhəddən kartof-soğan keçirən üst-başı cırıq kəndlidən rüşvət istəyir.
-Evdə balalarım acdı. Pulum olsaydı elə onlara bir şey alardım.
-Bilirəm. Bilirəm. İran səni öyrədib.
Səhnə fırlanır...
Yox, yox... Dünya fırlanır. Hara fırlanır bu dünya? Kimin xeyrinə? Azərbaycan adlı bir nöqtədə isə ah-nalələr qulaq dəlir, bir də...Özünə gah ingilissayaq, gah russayaq ləhcə verən xırıltılı və kobud səs:
-Susun! Hamınız susun! İran sizi öyrədib!
Dünya fırlanır.
Televiziyada veriliş. Hərə ağzına gələni danışır.Kimi dağdan, kimi bostandan... Kimi neçə min dollarlıq kostyumunu qırışdırmaqdan qorxub ehmalca Vətəndən, Qarabağdan danışır. Bir sözlə ara qarışıb, məzhəb itib... Heç nə məlum deyil. Məlum olan bir şeydir. Hamı İranı günahkar bilir. Hətta dünən ölüb qəbristanlıqda yer almağa pulu çatmadığı üçün Rusiyada yaşayan qohumunun pul göndərməyini gözləyən rəhmətliyi da İran öyrədib. Bəs necə. Təxribatdır bu. Evrovizion kimi əlamətdar gün yaxınlaşanda ölmək nə deməkdir? Iran öyrədib yüz faiz.
Yarılüt “analar”, təzə diş çıxarmış cocuqlar, diziyamaqlı “cayıl”, vurma cədvəli əvəzinə bütün mahnıları əzbər bilən yeniyetmə, nəvə tərbiyə etməkdənsə “sürətlə inkişaf edən dünyəvi” ölkənin sürətlə atılıb düşən “dünyəvi” nənəsi... bir sözlə məsx olmuş millət...Hərə əlində bir mikrofon, düşüblər səhnəyə. Çal-çağır, vur-çatlasındı. Ölkəmizi dünyada tanıtdırmaq, Qarabağı alıb bizə qaytarmaq üçün keçirilən Lut tayfasının bayramına hazırlıq gedir...
Çölə çıxıram. Rəis yenə gəlib durub məscidin qapısında.
-Çıxardın, əəə bu İran bayrağını!
-Tifağın dağılsın, təhsil naziri! Balalarımızın başını açdırmaqdansa bunlara coğrafiya dərsini yaxşı keçəydilər də. Bunlar hələ İmam Hüseyn bayrağını İran bayrağından ayıra bilmirlər.
-Adə, tutun! İran casusudur bu!
Evə keçirəm. Yenə televizoru açıram. Çal-çağır yoxdur daha. Şəkə düşürəm. Allah, xeyir ola. Nə məsələdir? Aparıcı qəmgin sifətlə çıxıb elan edir:
-Bu gün hörmətli qonaqlar,ictimai və siyasi xadimlər İsraildən gəlib. Holokost matəmi münasibətilə ilə ölkə rəhbərliyi rəsmi mərasim keçirdir və bütün yəhudi xalqına başsağlığı verir. Holokost günü elə bir gündür ki...
Təkrar çölə çıxıram. Küçədə çığır-bağırdı.
Rəis ucadan deyir:
-Heç bir Aşura mərasimi, Aşura yürüşü ola bilməz. Yuxarıdan tapşırıblar. -Goppuş barmağını artıq məlum olan istiqamətə yönəldir.
-Rəis, axı belə olmaz.
-Əəə, vobşe nə deyirsən sən. Guya bilmirik, sizi İran öyrədib!
Hirslə pərdəni aşağı çəkir.
Səhnə donur. Yerlə sürüdülən qoca arvad, təpiklənən cavan, qan içində yıxılan əlil, krediti ödəyə bilməyib boğazına kəndir keçirən ata, xarici qonağın xarici maşınının təkərinin tozu saçına qonmuş, üzündə göz yaşlarının iz buraxdığı yetim qızcığaz, soyuq barmaqlıqlar arasından boylanan günahsız məhbus, neft buruqları arasında oynayan pırtlaşıq saçlı, üzü solğun körpələr və onları hədələyib əda ilə barmağindakı qızıl üzüyü nümayiş etdirən xarici sahibkar... Hamı, hamı donur. Qarabağ məsələsi kimi...
Pereslər, libermanlar razı halda başlarını tərpədib gülümsəyirlər.
Əlvan libaslı cinsiyyəti naməlum “hörmətli xarici qonaqlar” bizi dünyada tanıtdırmaq üçün hərəkətə gəlir.
Kimi dil çıxardır, kimi rəqs edir, kimi şüar verir...
Pərdənin bu biri tərəfindən bir cüt qəmli göz bizə baxıb ağlayır, min ildən çoxdur Onu bu cür ağladırıq.
Libermanlar, şaronlar,şimonlar, baruxlar, qutlar isə qəhqəhə çəkirlər...
Dünya fırlanır, dostum... Biz isə gicəllənmişik.
Niyə?
Çünki dünya fırlanır, bizi isə libermanlar, şaronlar fırladır.
Fırladırlar bizi şeytanların, bütlərin, milləti-soyu bilinməyənlərin, dinimizə qənim kəsilmişlərin başına...
Fırladırlar bizi tarixin dolanbaclarında, mızıldanırlar: “Baxın, o Xeybər, bu da Azərbaycan... O, Əli, bu da biz...görəydi bunu əcdadlarımız. Baxın, necə intiqam alırıq!”
Fırlatdıqca bizə deyirlər: “Narahat olmayın,siz sürətlə inkişaf edirsiniz!”
İlahi, görəsən haçana kimi fırlanacağıq?
Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!
Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :
Şərh yazın