Hər nədən öncə bütün əzizləri və özümü Allahın möhkəm hasarı, Pərvərdigarın alınmaz qalası, məad gününün yol ehtiyatı, eləcə də "xeyruz-zad ilə Xaliqil-ibad" (Allah dərgahına doğru yol ehtiyatının ən yaxşısı) olan təqvaya, canımızın dərinliklərinə və ruhumuzun sənginliklərinə nüfuz edən bu səciyyəyə tərəf səsləyirəm. Elə bir təqva ki, bizi – əməl, rəftar və davranışımızı başdan-başa öz rənginə boyasın. "Və mən əhsənu minəllahi sibğətən?! ..."
صِبْغَةَ اللَّهِ ۖ وَمَنْ أَحْسَنُ مِنَ اللَّهِ صِبْغَةً ۖ
(Allah boyasından daha gözəl bir boya varmı?!) (1)
Belə bir təqva bizim bütün istək və niyyətlərimizə düzgün istiqamət verə, bütün həyatımızın yolunu müəyyənləşdirə, yolumuzu aydın və hədəfimizi yüksək edə bilər. Məhz bu təqva ən qiymətli sərmayə və ən böyük iftixardır. Belə bir təqva insanı Allaha qovuşdurur, onu “Allahın xüsusi bəndəsi” məqamına çatdırır və ruhunun dərinliklərindən bu nidanı qaldırır:
اِلٰهِى کَفٰى بِى عِزّاً أَنْ أَکُونَ لَکَ عَبْداً وَ کَفٰى بِى فَخْراً أَنْ تَکُونَ لِى رَبًّا
“İlahi! Sənə bəndə olmağım mənim üçün izzət olaraq kifayətdir. Sənin mənim Rəbbim olmağın fəxrim üçün yetərlidir!” (2)
İstinadlar :
1. Bəqərə surəsi - Ayə 138.
2. Şeyx Səduq, Xisal, 2-ci cild, səh 420.
Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!
Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :
Şərh yazın