Qəlb qıfıllandıqda yaylaq sularının duz və çöküntüləri kimi olur. Sağlam və şəffaf bulaqlar illər boyu davamlı olaraq qaynayır. Onun daş və qumları da şəffafdır. Amma çox duzu olan suyun daşları da duz bağlayır. Getdikcə bu duz artır, həm yeri qurudur, həm də bulağın özünü bağlayır.
Qəlbin qıfılı da belədir. Əvvəl toz bağlayır, sonra yavaş-yavaş çirk bağlayır və bu çirk ürəyi bağlayır. Qurani-kərim də bu çirk barədə buyurur:
كَلَّا ۖ بَلْ ۜ رَانَ عَلَىٰ قُلُوبِهِمْ مَا كَانُوا يَكْسِبُونَ
“Xeyr (belə deyildir). Əslində onların qəlblərini qazandıqları (günahlar) qaplamışdır”.[1]
“Rəyn” həmin çirkdir; etdiyi əməllər, danışdığı sözlər, yediyi yeməklər, gedilməsi icazəli olmayan yerlərə getmələri hamısı çirkdir. Əgər şəffaf bir güzgünü toz tutsa, daha heç nə göstərməz. Bu toz güzgnün qıfılıdır.
Qəlbin qıfılı da günahlardır. Bundan sonra Quranla mənus olmayacaq, onda tədəbbür etməyəcək. Ona görə də Quran buyurur:
أَفَلَا يَتَدَبَّرُونَ الْقُرْآنَ أَمْ عَلَىٰ قُلُوبٍ أَقْفَالُهَا
Onlar Quran barəsində düşünməzlərmi? Yoxsa ürəklərinə kilid vurulmuşdur?[2]
Belə aydın olur ki, əgər bir kəs Quranla məhşur deyilsə, onun ayələrində təfəkkür və tədəbbür etmirsə, ürəyi bağlı və qıfıllıdır. Bunun çarəsi tövbədir.
Mənbələr :
[1]. (“Mutəffifin” surəsi, ayə 14)
[2]. (“Muhəmməd” surəsi, ayə 24.)
Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!
Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :
Şərh yazın