İmam Əli (ə) uzun illər sükutdan sonra, nəhayət, müsəlmanların xəlifəsi oldu. Böyük ailə sahibi olan yoxsul qardaşı Əqil “beytül-mal”dan (ümumi gəlir və əmlak) artıq pay almaq üçün Mədinədən çıxıb hökumət mərkəzi olan Kufəyə doğru yola düşür. O, imam Əliyə (ə) qonaq olarkən Həzrət evin damında onun üçün süfrə açır. Amma bu süfrə digər süfrələrdən fərqlənir, əmir və padşahların süfrəsinə əsla bənzəmirdi! Odur ki, Əqil yemək yemədən qardaşına deyir: “Bu yeməyi meylim çəkmir (müşkülümü həll et, “beytül-mal”dan əlavə mənə yardım et, qayıdım Mədinəyə).” Həzrət buyurur: “Qardaş! Kufə bazarı yaxındır, dükanlar da qiymətli əşyalarla doludur. Gəl gedək dükanların birinə oğurluğa və nə istəyirsən götür get!” Əqil deyir: “Qardaşcan! Biz oğruyuqmu ki, belə bir işə əl ataq?” Həzrət buyurur: “Beytül-maldan artıq pay götürüb başqasına vermək oğurluq deyilmi?” Bu zaman imam Əli (ə) başqa bir təklif edir: “Eşitmişəm ki, Kufəyə tərəf bir karvan gəlir. Qılınclarımızı götürüb pusquda duraq və fürsət düşən kimi hücum edib istədiyini əldə edək!” Əqil deyir: “Qardaşcan! Biz qulduruqmu ki, belə bir işə əl ataq?” Həzrət buyurur: “Nə üçün məndən haqqın olmayan oğurluq pay istəyirsən?”
Bu zaman Həzrət qızdırılmış dəmir parçasını qardaşının əlinə yaxınlaşdırır... Əqil o həzrətin bir an belə ədalət xəttindən çıxmağa razı olmadığını gördükdə, ayağa qalxıb gedir.
Bəli, tarixdə ölkə xəzinəsinə sahib olan bir hökmdarın ədalət üçün öz qardaşı ilə belə rəftar etdiyi görülməyib! Bəli, budur ədalət!
Mənbə : “Biharul-ənvar”, 9-cu cild, səh.613, “Dastane-rastan” kitabnıdan nəqlən, Əllamə Şəhid Mürtəza Mütəhhəri, 1-ci cild, səh.130.
Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!
Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :
Şərh yazın