Bu gün (Rəbiul-əvvəl ayının 8-i) İslam aləmi imamət və vilayət günəşinin 11-ci ulduzu İmam Həsən Əskərinin (ə) matəmini yaşayır. Elə bir imam ki, gənc ikən, yəni 28 yaşında şəhadətə yetdi. Elə bir imam ki, həyat tərzi, gözəl və ibrətamiz kəlamları ilə hamıya hidayət və haqq yolunu göstərdi. O Həzrət öz tərəfdarlarına daim tövsiyə edirdi ki, gözəl əxlaqla bəzənsin, insanlarla gözəl rəftar etsin, onları haqqa, doğru yola dəvət etsinlər. Biz də burada təbərrük məqsədilə o Həzrətin kəlamları və əxlaqi tövsiyələrindən on dörd məsumun sayı qədər on dördünü əziz oxucularımızın diqqətinə çatdırır və ümid edirik ki, o Həzrətə layiqli şiə ola bilək:
التَّواضُعُ نِعْمَةٌ لا يُحْسَدُ عَلَيْها
“Tәvаzökаrlıq bir nеmәtdir ki, hеç kim оnа pахıllıq еtmәz.”[1]
لا تُمارِ فَيَذْهَبَ بَهاؤُكَ وَ لا تُمازِحْ فَيُجْتَرَأَ عَلَيْكَ
“Yersiz mübаhisә еtmә ki, qiymәtdәn düşәrsәn vә zаrаfаt da еtmә ki, bаşqаlаrının sәnә qаrşı cürәti аrtаr.”[2]
جُعِلَتِ الْخَبائِثُ فِي بَيْتٍ وَالْكِذْبُ مَفاتيحُها
“Bütün pisliklәr bir otaqda yerləşdirilərsə, onun açarı yalandır.”[3]
اَوْرَعُ النّاسِ مَنْ وَقَفَ عِنْدَ الشُّبْهَةِ اَعْبَدُ النّاسِ مَنْ أقامَ عَلَي الْفَرائِضِ اَزْهَدُ النّاسِ مَنْ تَرَكَ الْحَرامَ اَشَدُّ النّاسِ اِجْتِهاداً مَنْ تَرَكَ الذُّنُوبَ
“Şübhәli hаllаrda еhtiyаt еdib əl saxlayan şәхs insanların әn tәqvаlısı, vаciblәri yеrinә yеtirәn әn çох ibаdәt еdәni, hаrаmı tәrk еdәn әn zаhidi vә günаhı tәrk еdәn әn çаlışqаnıdır.”[4]
مِنَ التَّواضُعِ السَّلامُ عَليٰ كُلِّ مَنْ تَمُرُّ بِهِ وَ الْجُلُوسُ دُونَ شَرَفِ الْمَجْلِسِ
“Kәnаrındаn kеçdiyin hәr kәsә sаlаm vеrmәk vә mәclisin аşаğı tərəfində əyləşmək tәvаzökаrlıq әlаmәtlәrindәndir.”[5]
مَنْ كانَ الْوَرَعُ سَجِيَّتَهُ وَ الْكَرَمُ طَبيعَتَهُ وَ الْحِلْمُ خُلَّتَهُ كَثُرَ صَديقُهُ
“Hәr kәsin әхlаqı tәqvа, аdәti güzәşt vә хislәti sәbir оlsа, dоstlаrı çох оlаr.”[6]
أَكْثِرُوا ذِكْرَ اللّهِ وَ ذِكْرَ الْمَوْتِ وَ تِلاوَةَ الْقُرانِ وَ الصَّلاةَ عَلَى النَّبِىِّ (صلى الله عليه وآله وسلم) فَإِنَّ الصَّلاةَ عَلى رَسُولِ اللّهِ عَشْرُ حَسَنات، إِحْفَظُواما وَصَّيْتُكُمْ بِهِ وَ أَسْتَوْدِعُكُمُ اللّهَ وَ أَقْرَأُ عَلَيْكُمْ السَّلامَ.
“Allahı və ölümü çox yad edin, Quranı çox oxuyun və Peyğəmbərə (s) çox salavat göndərin. Həqiqətən, Peyğəmbərə (s) salavat göndərməyin on savabı var. Tövsiyələrimi qoruyun (unutmayın). Sizi Allaha tapşırır və sizə salam göndərirəm!”[7]
كُونُوا زَيْنًا وَ لا تَكُونُوا شَيْنًا، جُرُّوا إِلَيْنا كُلَّ مَوَدَّة وَ ادْفَعُوا عَنّا كُلَّ قَبيح، فَإِنَّهُ ما قيلَ فينا مِنْ حَسَن فَنَحْنُ أَهْلُهُ وَ ما قيلَ فينا مِنْ سُوء فَما نَحْنُ كَذلِكَ
“...Zinət olun, alçaqlığa səbəb olmayın, bütün sevgiləri bizə tərəf yönəldin, bütün çirkinlikləri isə bizdən uzaqlaşdırın. Çünki biz, haqqımızda deyilən yaxşı sözlərə layiqik, haqqımızda deyilən pis sözlərdən isə uzağıq.”[8]
فَإِنَّ الرَّجُلَ مِنْكُمْ إِذا وَرَعَ فى دينِهِ وَ صَدَقَ فى حَديثِهِ وَ أَدَّى الاَمانَةَ وَ حَسَّنَ خُلْقَهُ مَعَ النّاسِ قيلَ: هذا شيعِىٌ فَيَسُرُّنى ذلِكَ.
“Həqiqətən, sizdən hər hansı biriniz dinində təqvalı, sözündə doğru və (əməlində) əmanətdar olub camaatla gözəl rəftar edərsə, deyəcəklər ki, şiə belə olar! Bu işlər bizi sevindirir.”[9]
أُوصيكُمْ بِتَقْوَى اللّهِ وَ الْوَرَعِ فى دينِكُمْ وَالاِجْتَهادِ لِلّهِ وَ صِدْقِ الْحَديثِ وَ أَداءِ الأَمانَةِ إِلى مَنِ ائْتَمَنَكُمْ مِنْ بَرٍّ أَوْ فاجِر وَ طُولُ السُّجُودِ وَ حُسْنِ الْجَوارِ. فَبِهذا جاءَ مُحَمَّدٌ(صلى الله عليه وآله وسلم) صَلُّوا فى عَشائِرِهِمْ وَ اشْهَدُوا جَنائِزَهُمْ وَ عُودُوا مَرْضاهُمْ وَ أَدُّوا حُقُوقَهُمْ،
“Sizə tövsiyə edirəm ki, Allahdan qorxun, dininizdə təqvalı olun, Allaha xatir çalışın, doğru danışın, sizi əmanətdar bilənə qarşı əmanətdar olun – istər yaxşı insan olsun, istərsə də pis, səcdələrinizi uzadın və qonşularınızla yaxşı davranın ki, Həzrət Muhəmməd (s) elə buna görə göndərilmişdir. Camaatla birgə namaz qılın, onların dəfn mərasimlərində iştirak edin, xəstələrinə baş çəkin və hüquqularını ödəyin.”[10]
قَلْبُ الْأَحْمَقِ في فَمِهِ وَ فَمُ الْحَكيمِ في قَلْبِهِ
“Ахmаq insаnın qәlbi аğzındа, zәkаlı (hikmətli) insаnın isә аğzı qәlbindәdir.”[11]
مَنْ وَعَظَ اخاهُ سِرّاً فَقَدْ زانَهُ، وَمَنْ وَعَظَهُ عَلانِيَةً فَقَدْ شانَهُ
“Hər kim öz (din) qardaşına xəlvətdə nəsihət edərsə, həqiqətən, onu bəzəmiş, aşkarda nəsihət edərsə, doğrudan da, onu xar etmiş, alçaltmışdır.”[12]
قُولُوا لِلنّاسِ حُسْناً، مُؤْمِنُهُمْ وَ مُخالِفُهُمْ، مَّا الْمُؤْمِنُونَ فَيَبْسِطُ لَهُمْ وَجْهَهُ، وَ مَّا الْمُخالِفُونَ فَيُكَلِّمُهُمْ بِالْمُداراةِ لاِجْتِذابِهِمْ إلَى الاْ يِمانِ
“İnsanlarla – istər dost olsun, istər müxalif – gözəl danışın və gözəl rəftar edin. Möminləri bir vəzifə olaraq həmişə gülərüzlə qarşılayın, müxalifləri də mülayim və gözəl danışıqla imana (İslam və islami hökmlərə) cəzb edin.”[13]
بِئْسَ الْعَبْدُ عَبْدٌ يَكُونُ ذا وَجْهَيْنِ وَ ذا لِسانَيْنِ يُطْرِي أخاهُ شاهِداً أوْ يَأْكُلُهُ غائِباً اِنْ اُعْطِيَ حَسَدَهُ وَ اِنِ ابْتُلِيَ خانَهُ
“İkiüzlü vә ikidilli bәndә nə pis bəndədir; qаrdаşının hüzurundа оnu tәriflәyir, qiyabında qeybətin qırır, оnа nеmәt vеrәndә pахıllıq еdir, dara düşәndә isә оnа хәyаnәt еdir.”[14]
[1] (“Vәsаiluş-şiә”, c.16, sәh.98.)
[2] (“Bihаrul-әnvаr”, c.75, sәh.371.)
[3] (“Еlаmud-din”, sәh.314.)
[4] (“Tuhәful-uqul”, sәh.519.)
[5] (“Mizаnul-hikmә”, 10-cu cild, sәh. 506.)
[6] (“Bihаrul-әnvаr”, c.75, sәh. 379.)
[7] (“Biharul-ənvar”, c.75, səh.372.)
[8] (“Biharul-ənvar”, c.75, səh.372.)
[9] (“Biharul-ənvar”, c.75, səh.372.)
[10] (“Biharul-ənvar”, c.75, səh.372.)
[11] (“Tuhәful-uqul”, sәh.519.)
[12] (“Biharul-ənvar”, c.71, səh.166.)
[13] (“Biharul-ənvar”, c.10, səh.369.)
[14] (“Bihаrul-әnvаr”, c.75, sәh.373.)
Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!
Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :
Şərh yazın