Deyləmi Girami Peyğəmbərdən (s) nəql edir ki, uca Allah buyurur: "hər kəsin dəstəmazı pozulsa, yenidən dəstəmaz almasa, mənə cəfa edib. Hər kəs dəstəmazı pozulandan sonra yenidən dəstəmaz alsa və azından iki rəkət namaz qılmasa mənə cəfa edib. Hər kəs dəstmazı pozulandan sonra yenidən dəstəmaz alsa və iki rəkət namaz qılsa və ondan sonra dua etməsə mənə cəfa edib. Hər kəs dəstəmazı pozulandan sonra yenidən dəstəmaz alsa, namaz qılsa, dua etsə, dünya və axirət istəklərindən bir şey istəsə və mən onu qəbul etməsəm, bu halda mən ona cəfa, zülm etmiş olaram və mən zülm edən Allah deyiləm."
Bəli ey qardaş! Bil ki, dəstmaz nurdur və daim dəstəmazlı olmaq mələküt, qüds aləminə yüksəlməyə səbəb olacaq. Bil ki, bu bərəkətli göstəriş elm və əməl meydanındakı böyük insanlar tərəfindən təcrübə olunub. Odur ki, ey dost diyarının yolçusu, sən öncə daim onu yerinə yetir və əzmkar ol, namazdan sonra uca Allahdan baqi, əbədi olanı istə. Ondan, Ondan başqasını istəmə və qəlb dili ilə de:
"Biz Səndən Səndən başqasını istəmirik, şəkəri ona ver ki, məhəbbəti dadmayıb!" (Şeirdən bir parça, farscadan tərcümə)
Allahın məhəbbətini dadan şəxs Ondan başqasını heç bilir. Həmçinin Ondan başqa istəyəcəyi hər bir şey Onun ismlərindən biri olacaq. Odur ki, insan haqqın zatının sahibi olsa, onun bölmələrinə də sahib olmuş olacaq:
Nə üçün behişti yaradandan xəbərsizdir? (farsca şerdən tərcümə)
Böyük arif Sədrəddin Dezfuli belə şer yazır:
İlahi! Zahid səndən huri istəyir, qüsuruna bir bax?!
Ya Rəbb qapından cənnətə qaçır, şüuruna bir bax?! (Şerdən bir parça)
Namazı başa çatdırdıqdan sonra alnını səcdəyə qoy və de: "Allahummə urzuqni həlavətə zikrikə və liqaikə vəl huzurə indikə. (Allahım zikrinin şirinliyini mənə dadızdır, görüşünü və hüzurunda olmağı mənə ruzi et)
Əllamə Həsənzadə Amuli çox yeməyin ziyanlarına işarə edərək deyir: Bil ki, çox yemək heç bir şübhəsiz, qəlbi öldürür və nəfsi üsyankar edir.
Allah Qurani-Kərimdə buyurur: "Yeyin, için və israf etməyin. Həqiqətən Allah israf edənləri sevmir."
Ey dostlar! Bilin ki, çox yemək heç bir şübhəsiz qəlbi öldürür və nəfsin tüğyan, üsyan etməsinə səbəb olur. Bil ki, aclıq möminin ən üstün xüsusiyyətidir.
Yəhya ibn Məaz necə də gözəl deyir: "Əgər nəfsinin dünyanı tərk etməkdə sənə yoldaşlıq etməsinə və haqqın hökmünə boyun əyməsinə xatir yeddi göyün mələklərini şəfaətçi, 124 min peyğəmbər, onların canişinlərini və bütün ilahi kitabları vasitə etsən, yenə də qəbul etməyəcək. Lakin əgər aclığı vasitə etsən və aclıq vasitəsi ilə yanaşsan, O bunu qəbul edəcək və sənə itaətkar olacaq.
"
Həzrət imam Sadiq (ə) bu barədə buyurur: "Qarın, çox yemək nəticəsində tüğyan edir və Allah qarşısında bəndənin ən gözəl halı onun qarnı ac olduğu haldır. Allah hüzurunda bəndənin ən pis halı isə həmin vaxtdır ki, onun qarnı yemək ilə doludur."
Həzrət ustad bu barədə buyurur: "Çox yeyən çox danışar və mənasız, puç danışar. "Yüz Kəlmə" əsərində isə yazır: "Maddi qidasını azaldan şəxs anlayar ki, çox yemək fitnəyə səbəb olur.
Çox yemək Allaha doğru getməyə maneədir
Axund molla Hüseyinqulu Həmədani (h.q. 1131-1239) böyük məqamlı ariflərdəndir. O, seyid Əli Şüştərinin əsas şagirdlərindən olub və son dövrün böyük əxlaq ustadlarından, ariflərindən hesab olunur. Böyük arif mərhum Məliki Təbrizi onun barəsində buyurur: Uyğun dərəcələrdə (uzun səcdələr, ibadət və ...) ona oxşar birini tanımıram. O, dəyərli əməli göstərişlərindən birində mərhum seyyid Əli Ağa İrəvaniyə belə yazır: Cənab! Çox danışmaq, çox yemək, çox yatmaqdan çəkin...
İmam Sadiq (ə) Həfz ibn Riyaz üçün belə bir hekayə nəql edir: Bir gün İblis həzrət Yəhyanın yanına gəlir. Bu zaman İblisin boynunda bir çox kəndirlər asılmışdı.
Həzrət Yəhya soruşur: Bu kəndirlər nədir?
İblis deyir: Bunlar bəni-adəmin nəfs istəkləri, şəhvətləridir. Bunlar ilə onları tuturam.
Həzrət Yəhya (ə) soruşur: Bu kəndirlərdən mənə aid olanı da varmı?
İblis deyir: Bəzi vaxtlar çox yeyirsən və bu vasitə ilə mən səni namazdan, Allahın yadından uzaqlaşdırıram.
Həzrət Yəhya (ə) buyurur: And olsun Allaha! Bundan sonra heç zaman doyanadək yeməyəcəyəm.
İblis deyir: And olsun Allaha! Mən də bundan sonra heç bir müsəlmana və tövhid əhlinə nəsihət verməyəcəyəm.
İmam Sadiq (ə) bu hadisəni açıqlayarkən deyir: Ey Həfz! And olsun Allaha Cəfər və Ali Cəfər heç zaman qarnını yemək ilə doldurmamalıdır. And olsun Allaha Cəfər və Ali Cəfər heç zaman dünya üçün çalışmamalıdır.
Bir gün ustadın şagirdlərindən biri israrla və acizanə şəkildə həzrət ustad Həsənzadə Amulidən belə istəyir: Həzrət ağa lüft edin, bir zikr, dua yaxud ayrı bir şey deyin ki, bəlkə bu ruhi tənəzzüldən, çətinlikdən nicat tapam. Çox sıxıntıdayam.
Həzrət ustad başını aşağı salmışdı və mənalı sükuta qərq olmuşdu. Başını qalxızdı və buyurdu: Ağacan! Mən də müşküldəyəm, mən sizdən də pis vəziyyətdəyəm!!!
Sonra bir neçə dəqiqə gözlədi və belə buyurdu: Sizə iki söz deyirəm: Hədsiz təsiri var. Lakin bir şərtlə ki, azından bir ərbəin ( 40 gün) davam etdirəsiniz.
1. Dəyərliyi "Ya Həyyu Ya Qəyyum Ya mən la ilahə illa ənt" zikri barəsində deyirlər ki, bu zikr daha çox həyat, dirçəliş və ağılın çoxalması səbəbidir. Eyni zamanda qəbul olunan zikrlərdəndir.
2. Vaqiə surəsini oxuyun ki, əvvəl elmdə daha sonra da digər şeylərdə varlı və ehtiyacsız olasınız. Çünki rəvayətdə buyurulur: İbn Məsud Peyğəmbərdən (s) nəql edir: Peyğəmbər (s) belə buyurdu: Hər kəs hər gecə Vaqiə surəsini oxusa heç zaman möhtac olmaz.
Hazırladı: Abdullah
Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!
Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :
Şərh yazın