"Çaldıran döyüşü və onun tarixi təsirləri: Osmanlı türklərinin İranlılara qarşı təcavüzü, azərbaycanlıların müqaviməti və pan-Türkizm təhlükəsi. Tarixi həqiqətləri araşdırın!"
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Təşkilat Akademiyasında “Rəhbərlik Təlimatı Proqramı” tədbirindəki çıxışında deyib: “Türkiyənin gələcəyi parlaqdır, ulduzu daha çox parlayır… Bu torpaqlardakı min illik tariximiz, bunu aydın şəkildə göstərib. Türk, Kürd, Ərəb bir yerdə olublar və zəfər və məğlubiyyəti birgə yaşayıblar. Malazgird, Türk, Kürd və Ərəbin ortaq zəfəridir. Çaldıran, Türk, Kürd və Ərəbin ortaq zəfəridir…”
Ərdoğan tərəfindən Çaldıran döyüşünün xatırlanması və onu Malazgird döyüşü ilə eyniləşdirməsi, bu ifadələrdə Türk, Kürd və Ərəb klişələrindən istifadə etməsi, bu qanlı döyüşləri Türkiyənin parlaq gələcəyinə təsdiq kimi təqdim etməsi, Osmanlı və Türkiyənin bir neçə əsrlik tarixini regionun tarixindən müsadirə edərək min ilə çatdırması müxtəlif cəhətlərdən qiymətləndirilə bilər. Lakin önəmli olan Türkiyə dövlət adamlarının İranlıların Osmanlı türklərinin hücumlarından irəli gələn müsibətlərinə işarə etmədən Çaldıran döyüşündəki zəfərə fəxr etmələridir; bu barədə altı məqama toxunmaq zəruridir:
Bir, Çaldıran döyüşünü İranlıların ən böyük tarixi faciəsi adlandırmaq olar, çünki bu döyüşdə (miladi 1514-cü ildə Şah İsmayıl Səfəvi və Osmanlı Sultanı Səlim dövründə, onun Osmanlı torpağında da qırx min şiəni qətlə yetirməsi barədə reputasiyası var ki, Osmanlı Türklərinin İranlıların torpağına və namusuna təcavüz etmə cəhdləri nəticəsində baş verib), on minlərlə İranlı və xüsusilə İran qoşununun avanqardı olan Azərbaycanlılar şəhid olub, yaxud yaralanıblar. “Yeddi Qardaş” (Çaldıran döyüşündə şəhid olan yeddi Azərbaycanlı qardaş) və onların məzarı və Ərdəbil Şəhidgahı, İran torpağını müdafiə etmək üçün İranlıların qəhrəmanlıq simvoludur. Təbriz və İranın şimal-qərbindəki digər şəhərlərin səkkiz günlük işğalına və Osmanlı Türklərinin İran Azərbaycanlılarının can, mal və namusuna qarşı vəhşiliyinə və təcavüzkarlığına səbəb olmuş bu döyüşdə məğlubiyyət olduqca acı olsa da, İran qoşununun misilsiz cəsarəti, müxtəlif İranlı etnoslardan olan əsgərlərin iştirakı və hətta bəzi İranlı xanımların və onların başında Şah İsmayıl Səfəvinin həyat yoldaşlarının İranı müdafiə etmək üçün bu döyüşdə iştirakı, bu tragik döyüşü İranlıların tarixi hafizəsində vətənpərvərlik, və milli kimlik uğrunda döyüş kimi həkk edib.
İkinci, Ərdoğan Çaldıran döyüşündə qələbəni Türklər üçün zəfər hesab etdiyi halda, Osmanlı sarayında salnaməçilər, o cümlədən Səlaniki Əfəndi və İbrahim Pəçuyi Əfəndinin yazdığına görə, Təbrizin bir neçə dəfə işğalında, o şəhərdə və İranın digər şəhərlərində on minlərlə Azərbaycanlı qətlə yetirilib və Osmanlı Türkləri tərəfindən onların namusuna təcavüz edilib. Ərdoğan istəmədən öz ifadələri ilə bir neçə tarixi həqiqətə də işarə edib; onlardan biri, Türklərin İranlılardan, xüsusən İran Azərbaycanlılarından olan tarixi nifrətidir ki, onlar həmişə Osmanlı Türklərinin təcavüzü qarşısında İranın kimliyini və torpağını qoruyublar. Ərdoğan qeyri-müstəqim şəkildə bu tarixi və etnik həqiqətə də etiraf edib ki, İran Azərbaycanlılarının (ölkəmizdə yanlış olaraq Türk adlandırılan azərilərin), tarixi və etnik cəhətdən və kimlik və dini kökləri baxımından Türklərlə heç bir əlaqəsi yoxdur, yoxsa onları qətlə yetirmək Türklər üçün fəxr hesab edilməzdi; onlar (Azərbaycanlılar) əsil Ari kökündəndirlər ki, Şiəçiliyin bayraqdarı olub, tarixi dövrlərdə həmişə hücumçulara qarşı durublar, bu işğalçılar və mühacirlər istər monqollar olsun, istərsə də türklər.
Üçüncü, Ərdoğanın Çaldıran döyüşü barədə tezisləri, İranın içində Ankaraya bağlı olan muzdur və xain şəbəkənin İran Azərbaycanlısının kimliyini təhrif etmək və onu İran kimliyindən ayrı salmaqla bu şəkildə türk uzantısı kimi təqdim etməyə çalışdığı bir şəraitdə baş verir ki, guya Azərbaycanlılar və Türklər eynidirlər. Bu, ərbabları Çaldıran döyüşündə azərilərin başçılıq etdiyi İranlıların qətliamını qələbə və parlaq gələcək kimi qələmə verən bu ünsürlər üçün rüsvayçılıq və şəxsiyyətsizlik zirvəsidir. Lakin bu simasız ünsürlər azəriləri İrandan təcrid etmək və onların əsil kimliyini məhv etmək üçün istənilən yalana əl atırlar.
Dördüncü, Təbriz və Azərbaycanlıların və bütün İranlıların iftixarıdır ki, Təbrizin Osmanlı Türkləri tərəfindən dəfələrlə işğal edilməsinə baxmayaraq, təcavüzkarlardan bu torpaqda heç bir əsərin qalmasına icazə vermədilər. İtaliyalı diplomat Katrino Zenonun vurğuladığı kimi, Təbriz xalqının qiyam etməsi və Şah İsmayılın güclənməsindən ehtiyat və qorxu, Sultan Səlimi Çaldıran döyüşündən sonra Təbrizi tezliklə tərk etməyə məcbur etdi. Sonrakı dövrlərdə də, Osmanlı salnaməçilərinin yazdığına görə, Şah Abbas Kəbirin Osmanlıya qarşı növbəti döyüşdə qazandığı zəfərdən və Təbrizin 1603-cü il milad ilində azad edilməsindən sonra, təbrizlilər milli ruhdan ilhamlanıb öz ixtiyarları ilə təcavüzkarları və zorla Təbrizli qızlarla evlənən Osmanlı Türklərinin Təbrizdə qalanlarını sərt cəzalandırmağa başladılar ki, o hadisələri oxumaq bütün İran kimliyinə pis baxanlar və onlara tabe olan satqın ünsürlər üçün dərs olacaq.
Beşinci, Çaldıran döyüşünü Malazgird döyüşü ilə müqayisə etmək və bu ikisini eyniləşdirmək də çoxlu mənalar daşıyır. Miladi 1071-ci ildə baş verən Malazgird döyüşü, Səlcuq Türkləri (ki, sonralar onların çoxu İran mədəniyyətində həzm oldular) ilə Şərqi Rum arasında indiki Türkiyənin Muş vilayətindəki Malazgirdə yaxın Manzikert yaxınlığında baş verdi və nəticədə Anadoluda Şərqi Rumun torpaqları ələ keçirildi. O döyüşdə qarşı tərəf əsgərləri müsəlman deyildilər, lakin Çaldıran döyüşündə qarşı tərəfin əsgərləri İranlı və Azərbaycanlı olmaqlarına əlavə olaraq, müsəlman idilər. Buna görə də, Ərdoğanın belə bir yersiz və yanlış müqayisəsinin özəyində Şiələri Rafizi və dindən kənar hesab etmək kimi təkfirçi yanaşma var və İranlılara qarşı firqəvi baxışların davam etməsinə səbəb ola bilər.
Altıncı, Osmanlı Türklərinin Balkanlardan Qafqaza qədər Ərmənilər, Yunanlılar, Kürdlər, Ərəblər, Ələvilər, azəri və hətta türk Şiələr və Lazlar da daxil olmaqla müxtəlif etnoslara və azlıqlara qarşı soyqırım həyata keçirib, qara tarix yazıblar. Bu qırğınların bəziləri, o cümlədən 1915-ci il erməni qırğını dünyaya yaxşı məlum olsa da və türk rəsmilərinin üzr istəməsinə səbəb olsa da, İngiltərənin İrandakı siyasəti və tarixi təsiri ilə bağlı bəzi səbəblərə görə nə Çaldıran döyüşündən sonra (1514) Təbrizin işğalı zamanı, nə də 1585-ci ildə Təbrizin işğalı zamanı azərilərin Osmanlı türkləri tərəfindən soyqırımı məsələsi heç vaxt gündəmə gətirilməmişdir. Baxmayaraq ki, Osmanlı müfti və tarixçilərinin kitab və risalələrində və digər tarixi sənədlərdə ermənilər, İran kürdləri və digər vətəndaşlarla birlikdə Təbriz, Ərdəbil və İranın digər şəhərlərində yaşayan on minlərlə azərinin Osmanlı türkləri tərəfindən qırğınından xəbər verilir. “Keçid Ədalət” çərçivəsində və beynəlxalq hüquqda “Cazasızlıq” prinsipinə əsasən və Çaldıran Şəhidlərinin ruhuna və Osmanlı Türklərinin cinayətlərinin digər qurbanlarına hörmət üçün və Ankara rəsmilərinin hələ də qürurla Çaldıran müharibəsini Türkiyənin gələcək perspektivləri üçün tarixi bir nümunə adlandırdıqlarını nəzərə alaraq, Osmanlı Türkləri tərəfindən “Azərbaycanlıların soyqırımı” mövzusunu dünyada qaldırmaq və Pan Türkizm təcavüzünə qarşı Azərbaycan kimliyini qorumaq və azərilərin əsil kimliyini Türk hücumundan hifz etmək, bu torpağın bütün mütəfəkkirlərinin gündəliyində olmalıdır.”
Dr. Əhməd Kazemi
Şərh yazın