İmam Həsən Əskəri (ə) 232-ci hicri-qəməri ilinin Rəbius-sani ayının 8-ci (yaxud 10-cu günü) dünyaya gəlmiş, 260-cı ilin Rəbiul-əvvəl ayının 8-də, 28 yaşında ikən şəhadətə yetmişdir. Atası imam Əliyyən-Nəqi (ə), anası isə Hüdeysdir. (Tarixi mənbələrdə o həzrətin anasının adı Hadisə, Susən, Suleyl və Cəddə kimi də qeyd edilmişdir.)
“Əskəri” ləqəbi həm imam Həsən Əskərinin (ə), həm də atası imam Əliyyən-Nəqinin (ə) ləqəbidir. Hər iki imam Samirra şəhərinin “Əskər” adlı məhəlləsində – Abbasi xəlifələrinin ordu düşərgəsində əsgərlər tərəfindən nəzarətdə saxlanıldığı üçün Əskəri (Əskəri) adlandırılmışdır. (Qeyd etmək lazımdır ki, Abbasilər hakimiyyəti imam Əliyyən-nəqinin (ə) elmi, mədəni və siyasi fəaliyyətlərini nəzarətdə saxlamaq üçün, o həzrəti 236-cı hicri-qəməri ilində ailəsi, o cümlədən, oğlu imam Həsən Əskəri (ə) ilə birgə Samirranın “Əskər” məhəlləsinə gətirirlər.)
29 il ömür sürən imam Həsən Əskərinin (ə) həyatını üç qismə bölmək olar:
İmam Həsən Əskəri (ə) altı illik imamət dövrünün üç ilini zindanda keçirir. O həzrət və atası imam Əliyyən-Nəqinin (ə) imamət dövrləri Abbasilər hakimiyyətinin qəddarlıq dönəminə təsadüf etdiyindən, imam Əliyyən-Nəqi (ə) qırx bir, imam Həsən Əskəri (ə) isə iyirmi səkkiz yaşında şəhadətə yetirilirlər.
Abbasilər hakimiyyətinin amansız təqiblərinə baxmayaraq, imam Həsən Əskəri (ə) bir sıra siyasi-ictimai və elmi fəaliyyətlər göstərir. O həzrətin fəaliyyətlərini aşağıdakı şəkildə xülasə etmək olar:
İmam Həsən Əskərinin (ə) cəmiyyətdə nüfuz və hörmətinin günbəgün artdığından nigaran olan Abbasi xəlifəsi Mötəmid zindanın, təzyiq və işgəncələrin mənfi nəticə verdiyini gördükdə, o həzrəti gizli şəkildə zəhərləyir. O həzrət zəhərləndikdən bir neçə gün sonra, 260-cı h.q. ilinin Rəbiul-əvvəl ayının 8-də şəhadətə yetir. Abbasi xəlifəsi və onun məmurları çox çalışırlar ki, İmamın (ə) vəfatını təbii qələmə versinlər. Amma həqiqət şiələrə aydın olur, o həzrətin şəhadət xəbəri Samirra əhalisinə çatır və Samirra şəhəri matəmə qərq olur. Bütün bazarlar bağlanır və hamı İmamın (ə) dəfn mərasimində iştirak edir...[1]
[1] (“İkmalud-din”, c. 1, s. 43; “Məsum imamların həyatı”, “İmam Həsən Əskərinin (ə) həyatı” bölümü, Ustad Mehdi Pişvayi; “Məsum imamların siyasi-ictimai tarixi”, “İmam Həsən Əskərinin (ə) həyatı” bölümü, Ustad Rəsul Cəfəryan.)
Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!
Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :
Şərh yazın