3. Üçüncü fəsil (Peyğəmbərdən (s) olan digər şiə hədisləri)

3. Üçüncü fəsil
(Peyğəmbərdən (s) olan digər şiə hədisləri)

◘Əgər bir alim və yaxud bir tələbə hər hansı bir müsəlmanlar yaşayan kənddən, yaxud da şəhərdən keçərsə və hətta dayanmadan bir tərəfindən daxil olub digər tərəfindən xaric olarsa və yaxud da orada dayanaraq heç bir su və azuqədən istifadə etməzsə də Allah qırx gün onlardan qəbir əzabını götürər.

◘Bu ümmətin alimləri iki təbəqədən ibarətdir: Biri Allahın onlara verdiyi elmi heç bir tamahları olmadan yeyir, öz biliklərini çörəyə və suya satmırlar. Dəryadakı balıqlar, qurudakı heyvanlar havadakı quşlar bu cür alimlərdən  ötrü istiğfar edirlər. Onlar Allah dərgahına böyük hörmət və şərafətlə gedər, peğəmbərlərlə bir yerdə oturub durarlar. Digəri isə elmlə möhtəkircəsinə davranar (yə`ni, onu cəm edib saxlayar, münasib fürsət ələ keçdikdə onu baha qiymətə satır). Onu (elmi) pula, dövlətə dəyişər. Qiyamət günü bu cür alimlərin ağızlarına atəşdən yüyən vurular. Bir nəfər fəryad edib car çəkər: “Bunlar Allahın onlara elm əta etdiyi kəslərdir. Onlar isə həmin elmi yaymaqda simiclik edir və onu dünya malına satırdılar!” Bu səda insanlardan hesab çəkilib qurtarana qədər davam edir. (Bu alimlərdən məqsəd qəzavət işlərinə rüşvətxor alimlərdir ki, qəzavət etməkdən ötrü müəyyən məbləğ pul tələb edirlər. Yaxud da məqsəd dinin zəruri məsələlərini pulsuz öyrətməyənlərdir. Lakin moizə edib rövzə oxumaqdan ötrü muzd almağın eybi yoxdur, xüsusilə də, həmin şəxsin ehtiyacı varsa.)

◘Elm iki növdür: Biri odur ki, qəlbdə özünə yer alıb. Bu elm fayda verən elmdir. Digəri isə təkcə dildədir. Bu elm də sahibi üçün höccətin tamam olması deməkdir.

◘Mən öz ümmətimdən ötrü mö`minin və müşrikin şərindən qorxmuram. Ona görə ki, mö`minin imanı onun fəsadının qarşısını alır. Müşriki də öz şirki məhv edəcək. Təkcə qorxduğum şey münafiq alimlərdir ki, danışıqları gözəl, rəftarları isə pisdir.

◘Şər insanların ən şəri şər alim, xeyir insanların ən xeyirlisi gözəl alimdir.

◘Özü əməl edib, başqalarına da öyrətmək üçün iki hədis öyrənən şəxs bu işə başlayan kimi onun üçün yazılan savab altmış illik ibadətdən üstündür.

◘Allahın məni məhz onun üçün göndərdiyi elm və hidayət müxtəlif yerlərə yağan yağışa bənzəyir. Bu yerlərin də bə`ziləri münbitdir. Suyu özünə çəkir, gözəl yaşıllıqlar yetirir. Eyni zamanda sudan müəyyən miqdarını özünə çəkib müəyyən qablarda onu su anbarı şəklində qoruyub saxlayır. Beləliklə də Allah insanlara mənfəət yetirir;  həmin su anbarlarından içməli su kimi və əkin biçin işlərində istifadə edirlər. Bu yerlərin bə`ziləri isə yararsız torpaqlara bənzəyir. Nə bəhrəsi var, nə də suyu özündə qoruyub saxlayır. İnsanların da bə`zisi din elmlərini öyrənib ona əməl edir və eyni zamanda onu həm də yayırlar. Bə`ziləri də nə əməl edirlər, nə də tədris.

◘İki kəsdən başqa heç kəsə qibtə etmək olmaz: Biri yaxşı insandır ki, Allah ona var-dövlət verib, o da onu Allah yolunda sərf edir. Digəri də odur ki, Allah ona hikmət əta edib, o da həm onu insanlara öyrədir, həm də onun vasitəsi ilə düzgün qəzavət edir.

◘Hər kim ki, insanları haqqa də`vət edir, haqqa gələnlərin əməlləri miqdarında onun üçün savab yazılar və eyni zamanda haqqa gələnlərin də savabları öz yerində qalar. Hər kim də ki, insanları haqq yoldan azdırır, azğınlığa gedənlərin günahları qədər də həmin şəxs üçün günah yazılar və eyni zamanda onların öz günahları da yerində qalar.

◘Elm öyrənən və elmi öyrədənin hər ikisinin Allah yanında əcri var. Digər insanlarda isə xeyir yoxdur.

◘Elm öyrənib zöhdə riayət etməyən kəs Allahdan uzaq düşməkdən başqa bir şey əldə etməyib. (Zöhd odur ki, əlinə gələn şey üçün sevinməyib əldən verdiyin şey üçün heyfislənib təəssüflənməyəsən.)

◘Səhl ibn Sə`d deyir: “Bir kişi Peyğəmbərin (s) hüzuruna gəlib ərz etdi: “Mənə elə bir əməl öyrət ki, həm Allah yanında, həm də camaat nəzərində sevimli olsun. Buyurdu: “Dünyaya könül bağlama, Allah yanında əziz olarsan. Camaatın da malına göz dikmə, camaat səni sevsin.”

◘Qiyamət günü Allah mənim ümmətimin hər birinə qanadlar verər ki, qəbirlərdən behiştə doğru pərvaz etsinlər, orada istədikləri şəkildə dövrə vursunlar və müxtəlif ne`mətlərdən bəhrələnsinlər. Məlaikələr onlardan soruşar: “Siz kimin ümmətindənsiniz?” Cavab verərlər: “Məhəmməd (s) ümmətindən.” Soruşarlar: “Siz Allah, sizin  dünyadakı əməliniz nə idi?” Cavab verərlər: “İki xüsusiyyət səbəb oldu ki, Allah Öz fəzl və rəhməti ilə bizə bu məqamı əta etdi; xəlvətdə də olsaq Allah qarşısında günah etməkdən çəkinərdik və aza da qane olardıq.” Məlaikələr deyər: “Bəli, siz bu məqama layiqsiniz.”

◘Sizin aranızda sizə nəsihət edəcək iki şey qoyuram; biri danışan, biri sakit. Danışan Qur`andır, sakit isə ölüm.

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

Şiələr

İslam dini

Dini hökmlər

Fiqh və şəri hökmlər

Mənəviyyat

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

əxlaq
İslam
İslam təhsili
Ziyaos-salehin site
Tövsiyələr və Mənəvi təlimatlar
Mənəvi şeirlər
Mənəvi Dərslik
kliplər
Şəkillər
Kitabxana
əxlaq
İslam
İslam təhsili
Ziyaos-salehin site
Tövsiyələr və Mənəvi təlimatlar
Mənəvi şeirlər
Mənəvi Dərslik
kliplər
Şəkillər
Kitabxana