Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:
قال رسولُ اللَّهِ صلى اللَّه عليه و آله : حاسِبوا أنْفُسَكُم قَبلَ أنْ تُحاسَبوا ، وزِنوها قَبلَ أنْ تُوزَنوا ، وتَجَهَّزوا للعَرْضِ الأكْبَرِ .
“Başqaları tərəfindən hesab-kitaba çəkilməzdən əvvəl özünüz nəfsinizi (özünüzü) sorğu-suala çəkin. (Əməlləriniz) tərəziyə qoyulmazdan əvvəl özünüz nəfsinizi tərəziyə qoyun və böyük hesab-kitab üçün hazırlaşın.”
Mənbə: "Mizanul hikmət", 3-cü cild, 79-cu səhifə.
P.S:
İnsan özündə tapdığı eyib və günahları araşdırmalıdır, məsələn: Bu günahlar necə baş verir, əlamətləri hansılardır, nə vaxtlar baş verir və ilaxır.
İnsan fikirləşməlidir: “Mənim hansısa günahı etməyimin səbəbi nədir? Məsələn, qeybət etməyin mənşəyi nədir və nədən qaynaqlanır?
Burada əxlaqda bəsirətli olmağın zərurəti ortaya çıxır, insan əvvəlcə öz eyiblərini tanıyır, sonra onları özündən uzaqlaşdırır daha sonra isə onların heç birini yaxına buraxmır. Deməli, hesab-kitab üç mərhələdən ibarət olur;
Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!
Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :
Attachment | Size |
---|---|
Hesab-Kitab ..... (Yüksək keyfiyyətdə Yüklə) | 704.82 KB |
Namazını qıl.... (Yüksək keyfiyyətdə Yüklə) | 616.55 KB |
Şərh yazın