MÜƏLLİFİN GİRİŞİ

Mədh və uca məqamı Qurani kərimdə gəlmiş şəxsiyyətin mədhində nə demək olar?

Alimlər, həkimlər, ariflər və övliyanın Allah rəsulunun qardaşı, Fatimeyi Zəhranın həyat yoldaşı, camaatın ən çox biləni, Allahı tanımaqda və ibadətdə Peyğəmbəri əkrəmdən (s) sonra ən uca şəxsiyyətin barəsində mənalı sükutları onun məqamını anlatmaqda, məhd etməkdən, fəzilətlərini deməkdən, məqamını bəyan etməkdən, müxtəlif səhnələrdə əzəmətli iştirakını, aşkar möcüzələrini bəyan etməkdən də anladıcıdır.

Buna görə də hamı üçün ən yaxşısı budur ki, o müqəddəs şəxsin əzəməti, fəziləti və məqamı barəsində danışmağa aciz olmalarını etiraf etsinlər.

Peyğəmbəri əkrəm (s) o böyük şəxsiyyətin barəsində onun özünə belə buyurur:

"Əgər insanlar yazıçı və pərilər müh asib olalar sənin fəzilətini yaza bilməzlər."

Əmirəl- möminin (ə) elə bir şəxsiyyətdir ki, mütəal Allah onun üçün saya gəlməyən fəzilətlər qərar vermişdir. O elə bir şəxsiyyətdir ki, Sübhan Allah merac gecəsində öz Peyğəmbəri ilə o həzrətin dilruba səslə danışmışdı.(1)

səh:13


1- [1] . Əl mənaqib, Xarəzmi, səh 37, Əl məqtəl, 42. Nəcəf çapı, Yənabiül- məvəddət, səh 82

O şəxsiyyət barəsində bəzi səhabələr belə söyləyirlər: "Əlinin elə parlaq keçmişi var ki, əgər bir miqdarını bütün məxluqatın arasında bölsələr, hamısı xeyrə yetişər".(1)

O, elə bir şıxsdir ki, Mütəal Allahın elm, qüdrət və digər sifətlərinin ən böyük nişanəsidir. Aləmdə əmisi oğlu əziz Peyğəmbərdən başqa misli yoxdur. O, elə bir şəxsdir ki, Allahın rəsulu (s) onun himayəçisi idi. Haqqa kömək etməkdə, ədalət bərpa etməkdə və islam yolunda canfəşanlıqda ən böyük ülgü və örnəkdir. Gücsüzlərə rəhimli, yoxsullara kömək idi. Ürəyində çoxlu Allah xofu var idi. İnsanların ən fəsahətli və bəlağətlisi idi. Yemək- içməkdə, geyimdə və bütün hallarında və əməllərində əzəmətli bir şəxs idi.

Məqamı uca olan Allah belə bir əzəmətli insanı bir belə kəmallarla dolu əmanət qoymuşdur.

Böyükdür o Allah ki, belə bir insan onun müqabilində baş yerə qoyur, onun cəlalı, cəbərutu və səltənəti müqabilində özünü kiçik bilir, əzəmətindən xof edir və qorxur, onun pak zatının müqabilində öz acizliyinə və yoxsulluğuna etiraf edir və belə deyir:

«الهی کفی لی عزّا أن اکون لک عبداً،

و کفی لی فخراً أن تکون لی ربّاً»

İlahi, mənim sənə bəndə və qul olmağım mənim üçün ən böyük izzətdir və bu izzət mənə bəsdir və sənin mənə rəbb olmağın mənim üçün ən böyük iftixardır və bu iftixar mənə bəsdir.

Odur haqqın (Allahın) zatını dərk və Allah qorxusundan çox ağlayan. Odur Allah yolunda cihad edən. Odur sirati- müstəqim (düz yol), ürvətülvüsqa (möhkəm tutacaq), həblüllahil mətin (Allaha yetişmək vasitəsi), əməllərin tərəzisi, behişt və cəhənnəmi bölən, Allahın açıq əli, haqqın görən gözü və onun höccəti.

Həzrəti əmir (Əli ) (ə) müaviyəyə yazdığı məktubda buyurdu:

« فانا صنائع ربنا والناس بعد صنائع لنا.»

Biz Allahın tərbiyə verdikləriyik, camaat bizim tərbiyə verdiklərimiz.

Ibn Əbil Hədid (Nəhcül- bəlağənin şərhçisi) bu cümlənin barəsində yazır: "Bu söz çox böyük və yüksək bir sözdür,

səh:14


1- [1] . Əsədul- ğabə. 4, səh 23

mənası bütün mənaların başıdır, yəni Allah belə bir şəxsi tərbiyələndirmiş, məqamını ucaldtmış və bütün şəxsiyyətin üstünü və əvvəlincisi etmişdir.

Həzrət buyurur: İnsanların heç biri bizə nemət verməyib və bizə nemət verən təkcə Allahdır. Bizimlə Allah arasında heç bir vasitə yoxdur. Başqaları isə bizim vasitəmizlə tərbiyələnibdirlər. Biz Allahla onlar arasında vasitəyik və bu böyük bir məqamdır. Zahiri, eşitdiyindir, batini (və həqiqəti) isə budur ki, onlar Allahın bəndəsidir və camaat onların bəndəsi".(1)

Bir tərəfdən də görürük ki, bu böyük və əzəmətli iftixar sahibi Allahın qorxusundan necə də ilan vuran adam kimi özünə qıvranır.

(Zirar ibn Həmzə Zübabi kimi)(2) bəzi səhabələr onu belə vəsf edirlər: Ağlar gözləri var idi, mütəfəkkir idi, tək olarkən nəfsini mühasibə edirdi və deyirdi: "Ah azuqənin (axirət azuqəsinin) azlığından, yolun uzunluğundan və ünsiyyətin azlığından! Əlinin fani nemətlərlə və müvəqqəti ləzzətlərlə nə işi?" və buyururdu: "Bilin! Sizin imamınız öz dünyasından iki parça örtük (paltar) və iki dilim çörəklə kifayətlənir.

And olsun Allaha! Mən bu dünyada qızıl, mal- dövlət yığmamışam, hətta əynimdəki paltardan başqa paltar da alıb qoymamışam".(3)

Peyğəmbərin canının barəsində nə deyim ki, Peyğəmbər (s) özü onun barəsində buyurub: "Sən mənim eşitdiklərimi eşidir, gördüklərimi də görürsən, fərqimiz budur ki, sən Peyğəmbər deyilsən".(4)

Buna görə də Əli (ə)- ın barəsində dediklərimiz dənizdən bir damla və günəşdən bir zərrə qədəri misalındadır. Aləmdəkilərin ağılları, mədhçilərin dilləri bu haqq imamın fəzilətlərini dərk və bəyan etməyə acizdir.

Lakin özümü düşünə bilən gündən o həzrət və onun əziz övladları barədə maraqlanmağa məndə xüsusi məhəbbət yarandı. Günlər və zamanlar keçdikcə onlara olan məhəbbətim

səh:15


1- [1] . Şərhi Nəhcül- bəlağə, ibnƏbil Hədid, 15, səh 194

2- [2] . Nəkki Nəhcül- bəlağə, kəlimati qisar, 74

3- [3] . Nəhcül- bəlağə, məktub 45.

4- [4] . Qasiə xütbəsi, Nəhcül- bəlağə, Sübhi Saleh, xütbə 192

artdı və onlar barədə mütaliə etdiyim hədislər, əsərlər və eşitdiyim mədhlər, məqamlar qəlbimi nurlandırdı. Elə bil ki, şair bu şerini mənim halımı vəsf etmək üçün yazıbdır:

"Peyğəmbər ailəsinin məhəbbəti mənim canımla və qanımla qatışıb, məni bağışlayın.

And olsun Allaha onların dəlisiyəm.

Onları mənə xatırlatmaqla məni biqərar edin.

Allah anama rəhmət etsin ki, Əli eşqi ilə mənə süd veribdir."

Atam Əli aşiqi idi. Əli məhəbbəti mənə ata- anamdam qalan irsdir.

Bu kitabda o həzrətin məqamından yüz on(1) hədis əhli sünnənin hədis və mötəbər kitablarından seçib yazdım və onu "Əmirəl mömininin fəzilətlərindən bir parça" adlandırdım.

Qeyd etmək lazımdır ki, əhli sünnə kitablarında həzrəti Əli (ə)- ın barəsində mövcud olan hədislər çoxdur. Amma mən burada onları ixtisarlı şəkildə gətirmişəm, çüki, ixtisarla da olsa faydalı kəlamlar, insaflı və bəsirətli şəxslər üçün kifayətdir.

Çox şükür olsun Allaha ki, bizi bi işi görməyə yönəltdi. Əgər ilahi hidayəti olmasaydı, bu işi görə bilməzdik.

Allahın salavat və salamı olsun ağamız və seyyidimiz Əbülqasim Məhəmmədə və onun pak əhli beytinə.

İstəyirəm bu müqəddiməni Məhəmmədə (s) və onun əhli beytinə salavat göndərməklə sona yetirəm:

İlahi! Peyğəmbər və ali Peyğəmbərə salam göndər, ən pak, ən yaxşı və ən layiqli salamlar.

İlahi! Peyğəmbərə və onun əhli beytinə salam göndər, o vaxta qədər ki, əslas ağacı badi səba nəfəsi ilə dalğalanır.

Pərvərdigara! Peyğəmbərə və onun ailəsinə salam göndər, o zamana qədər ki, günəş hamar yerlərdə parıldayır.

İlahi! Peyğəmbər və ali Peyğəmbərə salavat göndər, nə qədər ki, kəramətli insan öz qonağına xoş gəldin deyir.

İlahi! Öz rəsulun və onun ailəsinə salavat göndər, nə qədər

səh:16


1- [1] . Bu ədəd "əbcəd" hərfi hesablamaları ilə Əli (ə)- ın adı ilə birdir. Qeyd edək ki, haşiyələrdə gətirdiyim hədislər də nəzərə alınsa, bu saydan çox olacaqdır. Əlhəmdulillah.

ki, Yəsrib (Mədinə) ziyarəti arzusunda olanlar var.

Pərvərdigara! Uca Peyğəmbərinə və onun əhli beytinə salam göndər, o anlaradək ki, quşlar ağac budaqlarında oxuyurlar.

Bar ilaha! Həzrəti rəsula və onun pak itrətinə salam göndər, o vaxta qədər ki, göydə uldüzlar parıldayır.

İlahi! Peyğəmbərə və onun pak ailəsinə salam və salavat göndər, nicat gəmilərinə, əba əshabına (ali əbaya).

Qiyamət günü sorğu- sual olan gündə(1) onları bizim şəfaətçilərimiz qərar ver.

səh:17


1- [1] . Rişfətüs- sadi fi bəhri fəzaili bənin- nəbiyyil- hadi, Əbu bəkr həzrəmi, səh 75

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

Şiələr

İslam dini

Dini hökmlər

Fiqh və şəri hökmlər

Mənəviyyat

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

əxlaq
İslam
İslam təhsili
Ziyaos-salehin site
Tövsiyələr və Mənəvi təlimatlar
Mənəvi şeirlər
Mənəvi Dərslik
kliplər
Şəkillər
Kitabxana
əxlaq
İslam
İslam təhsili
Ziyaos-salehin site
Tövsiyələr və Mənəvi təlimatlar
Mənəvi şeirlər
Mənəvi Dərslik
kliplər
Şəkillər
Kitabxana