20.İMAM ƏLİ (ə) ALLAHIN RƏSULUNUN DOSTU

عن عائشه: قال رسول الله| وهو فی بیتی لما حضره الموت:

ادعوا لی حبیبی. فدَعَوتُ أبابکر، فنظر إلیه رسول الله| ثمَّ وضع رأسَه، ثمَّ قال: ادعوا لی حبیبی. فقلتُ: وَیْلَکُم اُدْعُوا له علی بن أبی طالب، فوالله ما یریده غیره، فلمّا رآه استوی جالساً، وخرج الثوب الّذی کان علیه، ثمّ أدخله فیه، فَلَمْ یَزَلْ یَحْتَضنُه حتّی قُبِضَ وَیدُه علیه.

Aişədən belə nəql olunur: Allahın rəsulu (ə) ölüm ilə nəticələnən xəstəliyi zamanı mənim evimdə idi. O, buyurdu: "Dostumu mənim yanıma gətirin". Mən (atam) Əbubəkri çağırdım. Peyğəmbər (s) ona baxdı və başını balışına qoyub yenidən o cümləni təkrar etdi və buyurdu: "Mənim həbibimi (dostumu) mənim yanıma gətirin." Orada olanlara üzümü tutub dedim: Vay olsun sizə Əli ibn Əbutalibi çağırın, and olsun Allaha o, onu istəyir. Elə ki, Əlini gördü yerindən qalxdı, yorğanını qaldırdı, Əlini yorğanının altına alaraq qucaqladı. Ruhu (mübarək) bədənindən ayrılana qədər Əli onun qucağında idi və əli Əlinin bədəni üzərində idi.(1)

səh:38


1- [1] . Mənaqibi Xarəzmi, 68- 41, İbn Mərduyə bu hədisi Şəhəbəddin İbn Şafeinin Tozihüd- dəlail kitabında nəql etdiyi kimi nəql etmişdir. Həmçinin Mühibbüddin Təbəri Zəxairul- üqba kitabının 72- ci səhifəsində Ayişədən nəql edir: Peyğəmbəri əkrəmin (s) ölümü yaxınlaşan zaman buyurdu: "Həbibimi yanıma gətirin." Əbubəkri gətirdilər. Həzrət ona baxdı və yenidən başını balışa qoyub, yenə də o cümləni təkrar etdi. Öməri çağırdılar. Elə ki, Rəsulallah onu gördü başını yerə qoydu və yenidən buyurdu: "Həbibimə deyin gəlsin". Əlini dəvət etdilər. Onu görərkən onu öz üzərində olan örtüyün altına salıb bağrına basdı və canını yaradana tapşıranadək o halda qaldı. Bu hədis Tarixi Dəməşqdə də nəql edilibdir. 3- 17- 1036 və Cəvahir ül- mətalibdə 1- 175 nəql olunubdur. Abdullah ibn Ömərdən rəvayət olubdur ki, Rəsuli əkrəm (s) xəstəliyi zamanı buyurdu: "Qardaşımı mənim yanıma çağırın". Əbubəkri gətirdilər, Həzrət üzünü ondan döndərdi və buyurdu: Deyin qardaşım gəlsin." Öməri çağırdılar. Allahın Rəsulu (s) ondan da üzünü döndərərək buyurdu: "Qardaşıma deyin gəlsin." Osmanı çağırdılar, Həzrət ondan da üzünü çevirdi. Sonra Əlini gətirdilər, Həzrət Əlini üzərində olan örtüyün altına saldı. Əli Peyğəmbərin hüzurundan xaric olarkən ondan soruşdular: Allahın rəsulu sənə nə buyurdu? Dedi: Allahın rəsulu mənə elmin min qapısını öyrətdi ki, hər qapıdan min qapı açılır. Müsnədi ibn Yəla Musili, Seyri əlamin nəbla, 8: 22, Tarixi Dəməşq, 2: 483- 1012, Kifayətüt- talib, 133.

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

Şiələr

İslam dini

Dini hökmlər

Fiqh və şəri hökmlər

Mənəviyyat

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

əxlaq
İslam
İslam təhsili
Ziyaos-salehin site
Tövsiyələr və Mənəvi təlimatlar
Mənəvi şeirlər
Mənəvi Dərslik
kliplər
Şəkillər
Kitabxana
əxlaq
İslam
İslam təhsili
Ziyaos-salehin site
Tövsiyələr və Mənəvi təlimatlar
Mənəvi şeirlər
Mənəvi Dərslik
kliplər
Şəkillər
Kitabxana