34.TƏQVALILARIN RƏHBƏRİ

عن عبدالله بن حکیم الجهنی: قال رسول الله|:

إنَّ الله عزوجل أوحی إلیّ فی علی ثلاثه أشیاء لیله أسری: إنّه سیّد المؤمنین، وإمام المتقین وقائد الغرّ المحجّلین.

Abdullah ibn Həkim Cəhənidən: Allahın rəsulu (s) buyurdu:

Allah, merac gecəsi Əlinin barəsində üç mətləbi buyurdu: O möminlərin ağası və sərvəri, təqvalıların rəhbəri və üzü ağların (qiyamət günü xoşbəxtlərinin) rəhbəridir.(1)


1- [1] . Əlmöcəmüs- səğir, Təbərani, 2: 88, Kənzül- ümmalda gəlibdir: Allahın rəsulu (s) Əli (ə)- a buyurdu: "Müsəlmanların ağasına və təqvalıların imamına əhsən." Əbu Nəim İsfəhani hilyətül- övliya kitabında (1: 63) Ənəsdən belə rəvayət edir ki, Allahın rəsulu (s) buyurdu: "Ənəs! Dəstəmaz almaq üçün mənə su gətir." Sonra qalxıb iki rəkət namaz qıldıqdan sonra belə buyurdu: "Ey Ənəs! İndi bu qapıdan daxil olacaq ilk şəxs möminlərin əmiri, müsəlmanların ağası, üzü ağların rəhbəri və vəsilərin sonuncusudur." Ənəs deyir: Ərz etdim: İlahi! Nə olaydı bu şəxs Ənsardan (Mədinəlilərdən) olaydı və mən bu arzu və istəyi Peyğəmbərdən (s) gizlədirdim. O zaman Əli gəldi. Peyğəmbər (s) soruşdu: "Ənəs! o kimdir?" Dedim: "Əli". Peyğəmbər şadlıqla qalxdı və Əlini bağrına basdı, sonra öz üzünün tərini Əlinin üzünə və Əlinin üzünün tərini öz üzünə sürtdü. Əli ərz etdi! "Ey Allahın rəsulu! Bundan qabaq heç vaxt bu işi sizdən görməmişəm (bunun sirri nədir?!) Həzrət buyurdu: "Nə üçün belə etməyim, halbuki, sən mənim öhdəmdə olanları əda edəcəksən və mənim sədamı xalqa çatdıracaqsan. Məndən sonra qarşıya çıxan ixtilaflarda haqqı onlara bəyan edəcəksən." İbn Əsakir Tarixi Dəməşq kitabında (2: 486- 1014) belə deyir: Peyğəmbər (s) buyurdu: Əlinin barəsində mənə üç şey vəhy olubdur: O, müsəlmanların ağası və seyyididir və ... həmçinin bu hədis müstədrəkdə nəql olubdir, 3: 127. Hakim yazır: Bu hədis səhih sənədlərə malikdir, amma Müslim və Buxari onu nəql etməyiblər.

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

Şiələr

İslam dini

Dini hökmlər

Fiqh və şəri hökmlər

Mənəviyyat

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

əxlaq
İslam
İslam təhsili
Ziyaos-salehin site
Tövsiyələr və Mənəvi təlimatlar
Mənəvi şeirlər
Mənəvi Dərslik
kliplər
Şəkillər
Kitabxana
əxlaq
İslam
İslam təhsili
Ziyaos-salehin site
Tövsiyələr və Mənəvi təlimatlar
Mənəvi şeirlər
Mənəvi Dərslik
kliplər
Şəkillər
Kitabxana