Bu dua Rəcəb ayının bütün günlərində oxunur. Bu dua, İmam Zeynulabidindən(ə) nəql olunub ki, həzrət onu Hicri-İsmaildə bütün ay boyu oxuyardı:
يَا مَنْ يَمْلِكُ حَوَائِجَ السَّائِلِينَ وَ يَعْلَمُ ضَمِيرَ الصَّامِتِينَ لِكُلِّ مَسْأَلَةٍ مِنْكَ سَمْعٌ حَاضِرٌ وَ جَوَابٌ عَتِيدٌ اللَّهُمَّ وَ مَوَاعِيدُكَ الصَّادِقَةُ وَ أَيَادِيكَ الْفَاضِلَةُ وَ رَحْمَتُكَ الْوَاسِعَةُ فَأَسْأَلُكَ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ تَقْضِيَ حَوَائِجِي لِلدُّنْيَا وَ الْآخِرَةِ اِنَّكَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ
*Oxunuşu:
Ya mən yəmliku həvaicəs sailin, və yə`ləmu zəmirəs sa-mitin, likulli məs`ələtin minkə səm`un hazirun və cəvabun ətid, Əllahummə və məvaidu-kəs sadiqətu və əyadikəl fazilətu və rəhmətukəl vasiəh, fəəs`əlukə ən tusəlliyə əla Mu-həmmədin və ali Muhəmməd, və ən təqziə həvaici lid dunya vəl axirəh, innəkə əla kulli şəy`in qədir.
*Tərcüməsi:
Ey möhtacların istəklərinə sahib və ey sakit olanların sirlərini bilən, hər bir istəyi həmin anda eşidən və cavab verənsən! İlahi, Sənin vədlərinin hamısı doğru, nemətlərin çox və rəhmətin genişdir! İlahi, Səndən istəyirəm ki, Məhəmməd və onun Əhli-beytinə salam yetirəsən, mənim istəklərimi dünya və axirətdə verəsən. Çünki, Sən hər şeyə qadirsən.
------------------------------------
İmam Sadiqin (ə) duası:
Bu duanı İmam Sadiq(ə) Rəcəb ayında hər gün oxuyardı:
خَابَ الْوَافِدُونَ عَلَى غَيْرِكَ وَ خَسِرَ الْمُتَعَرِّضُونَ إِلا لَكَ وَ ضَاعَ الْمُلِمُّونَ إِلا بِكَ وَ أَجْدَبَ الْمُنْتَجِعُونَ إِلا مَنِ انْتَجَعَ فَضْلَكَ بَابُكَ مَفْتُوحٌ لِلرَّاغِبِينَ وَ خَيْرُكَ مَبْذُولٌ لِلطَّالِبِينَ وَ فَضْلُكَ مُبَاحٌ لِلسَّائِلِينَ وَ نَيْلُكَ مُتَاحٌ لِلْآمِلِينَ وَ رِزْقُكَ مَبْسُوطٌ لِمَنْ عَصَاكَ وَ حِلْمُكَ مُعْتَرِضٌ لِمَنْ نَاوَاكَ عَادَتُكَ الْإِحْسَانُ إِلَى الْمُسِيئِينَ وَ سَبِيلُكَ الْإِبْقَاءُ عَلَى الْمُعْتَدِينَ اللَّهُمَّ فَاهْدِنِي هُدَى الْمُهْتَدِينَ وَ ارْزُقْنِي اجْتِهَادَ الْمُجْتَهِدِينَ وَ لا تَجْعَلْنِي مِنَ الْغَافِلِينَ الْمُبْعَدِينَ وَ اغْفِرْ لِي يَوْمَ الدِّينِ
*Oxunuşu:
Xabəl vafidunə əla ğəyrik, və xəsirəl mutəərrizunə illa lək, və zaəl mulimmunə illa bik, və əcdəbəl muntəciunə illa mənintəcəə fəzlək, babukə məf-tuhun lir rağibin, və xəyrukə məbzulun lit talibin, və fəzlukə mubahun lis sailin, və nəylukə mutahun lil amilin, və rizqukə məbsutun limən əsak, və hilmukə mu`tərrizun limən navak, adətukəl ihsanu ilal musiyyin, və səbilukəl ibqau ələl mu`tədin, Əllahummə fəhdini hudəl muhtədin, vər-zuqni ictihadəl muctəhidin, və la təc`əlni minəl ğafilinəl mub`ədin, vəğfir li yəvməd din.
*Tərcüməsi:
Səndən başqasına daxil olan naümid, Səndən başqasına üz tutan ziyankar, Səndən başqasının qapısına gedən möhtac, Sənin lütf və mərhəmətindən başqasından istəyən yoxsul oldu. Sənin qapın müştaqların üzünə açıq, xeyrin istəyənlərə verilmiş, lütf və mərhəmətin möhtaclara mübah (azad), hədiyyən arzu edənlərə hazır, ruzin hətta Sənə asi olanlara firavan, səbrin hətta Səninlə düşmənçilik edənlərə şamil, adətin pislərə yaxşılıq və yolun dikbaşlılarla mülayimlikdir. İlahi, məni hidayət olunanların yoluna hidayət, mənə (itaətinə) çalışanların çalışqanlığını ruzi et, məni dərgahından uzaq düşən qafillərdən qərar vermə və qiyamət günü günahlarımı bağışla!
------------------------------------
İmam Sadiqin (ə) öyrətdiyi dua:
Kəfəmi “Misbah” kitabında buyurur:- “Müəlla ibn Xüneys İmam Sadiqin(ə) belə buyurduğunu nəql edir:- Oxu, Rəcəb ayında bu duanı:
اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ صَبْرَ الشَّاكِرِينَ لَكَ وَ عَمَلَ الْخَائِفِينَ مِنْكَ وَ يَقِينَ الْعَابِدِينَ لَكَ اللَّهُمَّ أَنْتَ الْعَلِيُّ الْعَظِيمُ وَ أَنَا عَبْدُكَ الْبَائِسُ الْفَقِيرُ أَنْتَ الْغَنِيُّ الْحَمِيدُ وَ أَنَا الْعَبْدُ الذَّلِيلُ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَ امْنُنْ بِغِنَاكَ عَلَى فَقْرِي وَ بِحِلْمِكَ عَلَى جَهْلِي وَ بِقُوَّتِكَ عَلَى ضَعْفِي يَا قَوِيُّ يَا عَزِيزُ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ الْأَوْصِيَاءِ الْمَرْضِيِّينَ وَ اكْفِنِي مَا أَهَمَّنِي مِنْ أَمْرِ الدُّنْيَا وَ الْآخِرَةِ يَا أَرْحَمَ الرَّاحِمِينَ
*Oxunuşu:
Əllahummə inni əs`əlukə səbrəş şakirinə lək, və əmələl xaifinəi mink, və yəqinəl abi-dinə lək, Əllahummə əntə əliyyul əzim, və ənə əbdukəl baisul fəqiru əntəl ğəniyyil həmid, və ənəl əbduz zəlil, Əllahummə səlli əla Muhəm-mədin və alih, vəmnun biğinakə əla fəqri və bihilmikə əla cəhli, və biquvvətikə əla zə`fi, ya qəviyyu ya əziz, Əllahummə səlli əla Muhəmmədin və alihil əvsiyail mərziyyin, vəkfini ma əhəmməni min əmrid dunya vəl axirəh, ya ərhəmər rahimin.
*Tərcüməsi:
İlahi, Səndən, Sənə şükür edənlərin səbrini, Səndən qorxanların əməlini və ibadət edənlərin yəqinini istəyirəm! İlahi, Sən uca və böyüksən, mən isə Sənin möhtac və yoxsul bəndə, Sən ehtiyacsız və tərifəlayiqsən, mən isə zəlil bəndənəm! İlahi, Məhəmməd və onun Əhli-beytinə salam yetir, ehtiyacsızlığınla yoxsulluğuma, səbrinlə nadanlığıma, qüdrətinlə zəifliyimə minnət qoy, ey qüdrətli, ey izzətli! İlahi, Məhəmməd və onun bəyənilmiş vəsiləri olan Əhli-beytinə salam yetir, mənim dünya və axirətlə bağlı mühüm işlərimə yetərli ol, ey mehribanların ən mehribanı!
Müəllif deyir:- Seyid ibn Tavus da bu duanı “İqbalul-əmal” kitabında nəql edib. Onun rəvayətindən belə aydın olur ki, bu dua ən əhatəli dualardan biridir və hər bir zaman oxumaq olar
------------------------------------
İmam Sadiqin (ə) Səccada öyrətdiyi dua:
Seyid ibn Tavus nəql edir ki, Səccad ləqəbi ilə məşhur olan Məhəmməd ibn Zəkvan o qədər səcdə edib səcdədə ağlamışdı ki, gözləri kor olmuşdu deyirdi:- “İmam Sadiqə belə ərz etdim:- Canim sənə fəda olsun, indi Rəcəb ayıdır mənə elə bir dua öyrət ki, Allah taala onunla mənə xeyir versin. Həzrət buyurdu:- Yaz “Bismilahir Rəhmanir Rəhim” və bu duanı Rəcəb ayında gecə-gündüz namazların ardında oxu:
يَا مَنْ أَرْجُوهُ لِكُلِّ خَيْرٍ وَ آمَنُ سَخَطَهُ عِنْدَ [مِنْ] كُلِّ شَرٍّ يَا مَنْ يُعْطِي الْكَثِيرَ بِالْقَلِيلِ يَا مَنْ يُعْطِي مَنْ سَأَلَهُ يَا مَنْ يُعْطِي مَنْ لَمْ يَسْأَلْهُ وَ مَنْ لَمْ يَعْرِفْهُ تَحَنُّنا مِنْهُ وَ رَحْمَةً أَعْطِنِي بِمَسْأَلَتِي إِيَّاكَ جَمِيعَ خَيْرِ الدُّنْيَا وَ جَمِيعَ خَيْرِ الْآخِرَةِ وَ اصْرِفْ عَنِّي بِمَسْأَلَتِي إِيَّاكَ جَمِيعَ شَرِّ الدُّنْيَا وَ [جَمِيعَ] شَرِّ الْآخِرَةِ فَاِنَّهُ غَيْرُ مَنْقُوصٍ مَا أَعْطَيْتَ وَ زِدْنِي مِنْ فَضْلِكَ يَا كَرِيمُ يَا ذَا الْجَلالِ وَ الْإِكْرَامِ يَا ذَا النَّعْمَاءِ وَ الْجُودِ يَا ذَا الْمَنِّ وَ الطَّوْلِ حَرِّمْ شَيْبَتِي عَلَى النَّارِ
*Oxunuşu:
Ya mən ərcuhu likulli xəyr, və amənə səxətəhu ində kulli şərr, ya mən yu`til kəsirə bil qəlil, ya mən yu`ti mən səələh, ya mən yu`ti mən ləm yəs`əlh, və mən ləm yə`rifhu təhən-nunən minhu və rəhməh, ə`tini biməs`ələti iyyak, cəmiə xəyrid dunya və cəmiə xəyril axirəh, vəsrif ənni biməs`ələti iyyak, cəmiə şərrid dunya və şərril axirəh, fəinnəhu ğəyru mən-qusin ma ə`təyt, və zidni min fəzlikə ya kərim.
Ya zəl cəlali vəl ikram, ya zən nə`mai vəl cud, ya zəl mənni vət təvl, hərrim şeybəti ələn nar.
*Tərcüməsi:
Ey bütün xeyir işlərdə ümid bəslədiyim! Bütün şər işlərdə Öz qəzəbindən Özünə sığındığım! Ey az müqabilində çox əta edən! Ey istəyənlərə əta edən! Ey Onu tanımayanlara və Ondan istəməyənlərə lütf və mərhəmət səbəbindən əta edən! Səndən bütün dünya və axirət xeyrini istəyən bəndənə əta et. İstəyimə görə məndən dünya və axirət şərini tamamilə uzaq et! Həqiqətən, Sənin əta etdiyin nöqsansızdır. Öz fəzl və kərəmindən mənə əta et, ey Kərim!
Ravi deyir:- “Sonra həzrət mübarək saqqalını sol əlinə alıb təzərrülə sağ əlinin işarə barmağını yellətməyə başlayaraq bu duanı oxumağa başladı:
Ey calal və böyüklük sahibi! Ey nemətlər və səxavət sahibi! Ey əta və kərəm sahibi! Haram et saqqalımı (üzümü) oda (cəhənnəm oduna)!
------------------------------------
Şərh yazın