March 20, 2018 01:02 PM
Rəcəb ayının fəziləti və əməlləri

Allahın adı ilə

Həzrət Əmirəl-möminin Əli (ələyhissəlam) Rəcəb ayında dünya gəldiyi üçün bu ayı O həzrətə nisbət verirlər. Mübarək Rəcəb ayına qüsl ilə daxil olmaq müstəhəbdir. Bu ayın ilk gecəsi il boyu dörd mühüm gecədən biridir ki, ehya saxlamaq və ibadət etmək çox təkid olunmuşdur.
Mübarək Rəcəb ayının 13-ü Mövla Əli(ə)nin doğum günüdür. Bir çox müsəlman toplumlar bu günü "Atalar günü" yaxud "Kişilər günü" kimi qeyd edirlər. Bu gündən etibarən ibadət əhli məscidlərə toplaşıb, 3 gün oruc tutub sırf ibadətlə məşğul olub etikaf saxlayırlar.
Rəcəb ayının 15-ci günü isə ilin çox şərafətli günlərindən biridir ki, xüsusilə oruc tutmaq möminlərə sifariş olunmuşdur.
Mübarək Rəcəb ayının birinci cümə axşamına ləylət-ül-Rəğaib yəni “arzu və istək gecəsi” deyirlər. Bu gecəyə məxsus əməllər vardır ki, öz növbəsində bu gecənin necə də əhəmiyyətli və fəzilətli olmasının göstəricisidir.

Həzrət Məhəmməd (səlləllahu ələyhi və alihi və səlləm) buyurmuşdur:
Rəcəb ayının ilk cümə axşamından qafil olmayın. Çünki bu gecəni mələklər “istəklər gecəsi” adlandırırlar. Gecənin üçdə bir hissəsi keçdikdən sonra göylərdə heç bir mələk qalmaz ki, yerə enib Kəbənin ətrafında toplaşmasın. Bu zaman nagah Allah Taala mələklərə səslənər: Ey Mənim mələklərim! Hər nə istəyiniz varsa Məndən tələb edin.
Mələklər Allahın cavabında deyərlər: Hacətimiz budur ki, Rəcəb ayı oruc tutanları bağışlayasan.
Allah Təbarəkə və Taala buyurar: Bu istəyinizi etdim.

Rəcəb ayının birinci dördüncü gününü imkan daxilində oruc tutmaq çox tövsiyə olunmuşdur. Hədislərə əsasən Məğrib (şam) namazı ilə İşa (xuftən) namazının arasında bu gecəyə məxsus 12 rükətli namaz (eyni niyyətli 2 rükətli 6 namaz) vardır ki, aşağıdakı qaydada qılınmalıdır:
- Azan və iqaməsiz Rəcəb ayına məxsus namaz niyyəti ilə Təkbirət-ul-ihram (Allahu Əkbər) deyib namaza başlamaq
- Hər iki rükətdən sonra təşəhhüd – salam deyib namazı bitirmək
- Hər rükətdə “Həmd” (Fatihə) surəsindən sonra 3 dəfə Mübarək “Qədr” (İnna ənzəlna) surəsini və ardınca 12 dəfə “İxlas” (Qul huvəllah) surəsini oxumaq lazımdır. 
- Bu minvalla 6 namaz bitdikdən sonra 70 dəfə bu zikri “Əllahummə səlli əla Muhəmmədin-Nəbiyyil-ummi və əla Alih” demək lazımdır.
- Ardınca səcdəyə gedib 70 dəfə bu zikri “Subbuhun Quddus, Rəbbul-məlaikəti vər-Ruh” təkrarlamaq
- Səcdədən qalxıb “Rəbbiğfir vərhəm və təcavəz əmma tə'ləm, innəkə Əntəl-əliyyul-ə'zəm” zikrini 70 dəfə təkrarlamaq
- Zikrlər bitdikdən sonra bəndə hacətlərini Allahdan istəyir. 

Bu məqamda nə qədər arzu və istək vardırsa Allahdan istənilsin ki, bəndənin zərərinə olmadığı təqdirdə hacətlərin qəbul olması vədi verilmişdir. 

Bu namaz barədə Peyğəmbərimiz Həzrət Məhəmməd (s) buyurmuşdur:
Allah Taala qəbrin birinci gecəsi bu namazı qılan şəxsin hüzuruna onun savabını şirin dilli gözəl simada göndərər. O, meyitə deyər: Ey mənim dostum, sənə müjdəm var. Sən  bütün sıxıntı və ağrıdan nicat tapmısan!
Meyit ondan soruşar: Sən kimsən?
Gözəl simalı varlıq cavab verər: Mən həmin namazın savabıyam ki, filan gecə, filan ayda, filan ildə sən qılmısan. Bu gecə yanına gəlmişəm haqqını ödəyəm, tənhalığında munisin olub qorxunu səndən götürəm, İsrafilin şeypuru (suru) çalınanda və qiyamət günü bərpa olunan zaman isə mən başının üzərində sənə kölgə salacağam.
Hörmətli oxucuların nəzərinə çatdırırıq ki, Rəcəb ayına məxsus əməllər; oruc, namaz və zikrlər hamısı müstəhəbb əməllər, yəni yerinə yetirilməsi vacib olmayan lakin Allah tərəfindən çox bəyənilən əməllər kateqoriyasına aiddir.

Allah bütün oruc-namazlarinizi qəbul etsin. rizvan.net/

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana