Yeni ili “İran məhsuluna dəstək ili” elan edirəm

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

Şiələr

İslam dini

Dini hökmlər

Fiqh və şəri hökmlər

Mənəviyyat

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

əxlaq
İslam
İslam təhsili
Ziyaos-salehin site
Tövsiyələr və Mənəvi təlimatlar
Mənəvi şeirlər
Mənəvi Dərslik
kliplər
Şəkillər
Kitabxana
əxlaq
İslam
İslam təhsili
Ziyaos-salehin site
Tövsiyələr və Mənəvi təlimatlar
Mənəvi şeirlər
Mənəvi Dərslik
kliplər
Şəkillər
Kitabxana
March 21, 2018 05:33 PM
Ali Məqamlı Rəhbər:
Ali Məqamlı Rəhbər

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei 1397-ci hicri-şəmsi ilinin gəlişi münasibətilə xalqa ünvanladığı müraciətdə bütün iranlıları, xüsusən də möhtərəm şəhid ailələrini, əlil və veteranları, ölkənin elmi hərəkatının avanqardları olan ümidverici yeniyetmə və gəncləri təbrik edir, həmvətənlərimizə sevinc dolu, ürəkaçan bir Novruz bayramı, xeyir-bərəkət dolu bir yeni il arzu edir. Ali Məqamlı Rəhbər yeni ili “İran məhsuluna dəstək ili” elan etmişdir.

Təbrik müraciətində ölkənin və xalqın 1396-cı ildə yaşadığı enişli-yoxuşlu, acılı-şirinli günləri xatırlayan Ali Məqamlı Rəhbər geridə qoyduğumuz ili xalqın əzəmət və iqtidarının, ictimai-siyasi proseslərdə fəal iştirakının bariz surətdə müşahidə olunduğu bir il kimi dəyərləndirərək əlavə edir: “İlin əvvəlində 40 milyondan çox insan prezident və yerli idarəetmə orqanlarına seçkilərdə çox yüksək səviyyədə, möhtəşəm, diqqətəlayiq və anlamlı bir şəkildə iştirak etdi və bu iştirak Qüds və 9 dey yürüşlərində, həmçinin daha da parlaq surətdə, görməli bir mənzərə olan 22 bəhmən yürüşlərində davam etdirildi”.

Ali Məqamlı Rəhbər ilin sonlarına doğru düşmənin ölkədə asayiş və təhlükəsizliyi pozmaq üçün göstərdiyi uğursuz cəhdlərə də toxunaraq qeyd edir ki, iğtişaşçılar qarşısında spontan surətdə baş tutan xalq yürüşləri böyük, uzaqgörən, zirək İran xalqının hər an bütün meydanlarda işə keçməyə hazır olduğunu göstərirdi. Ali Məqamlı Rəhbər həmçinin deyir: “İran xalqı, hətta düşmənlərin iğtişaşları onların ayağına yazmaq istədiyi insanlar iğtişaşçıların qarşısında durdular və bu hadisə ilə İran xalqının əzəməti əvvəlkindən də artıq aşkara çıxdı”.

Həzrət Ayətullah Xamenei təbrik müraciətində ötən il İran İslam Respublikasının qazandığı daha bir uğur kimi, “regional təhlükələrin fürsətə çevrilməsini” qeyd edərək deyir: “Ölkəni təhdid edən regional təhlükələrin hədəflərindən biri də İrana zərbə vurmaq idi, lakin İslam Respublikası nəinki təkcə təhlükələrin ölkəyə hansısa xətər yetirməsinə imkan vermədi, hətta onları ölkə üçün fürsətə də çevirməyi bacardı”.

Ali Məqamlı Rəhbər ötən ilin şüarı olaraq seçilmiş “Müqavimət iqtisadiyyatı; istehsal və məşğulluq” şüarının reallaşdırılması istiqamətində görülmüş işləri digər bir müsbət və ümidverici cəhət kimi dəyərləndirərək deyir: “İstehsal və məşğulluğun rövnəqləndirilməsi istiqamətində görülmüş bir sıra müsbət işlərə əsaslanaraq ilin şüarının müəyyən həddə reallaşdırıldığını demək mümkündür. Əlbəttə ki, bu şüarın tam olaraq gerçəkləşməsi üçün hələ bir çox işlər görülməlidir”.

Ali Məqamlı Rəhbərin təbrik mesajında həmçinin ötən il əziz həmvətənlərimizdən bir qrupunun həyatını itirməsi ilə nəticələnmiş sel, zəlzələ, neft tankerinin batması, sərnişin təyyarəsinin qəzaya uğraması kimi acı və kədərli hadisələr də xatırlanır. Həzrət Ayətullah Xamenei aşağıdakıları da əlavə edir: “Bütün bu olaylarla yanaşı, ölkənin bəzi bölgələrində davam edən quraqlıq, habelə əhalinin bəzi təbəqələrinin illərdir davamlı olaraq yaşadığı məişət problemləri də var. Bu kimi halların aradan qaldırılması üçün hər kəs əlindən gələni etməlidir”.

Ali Məqamlı Rəhbər qarşıdan gələn yeni ildə xalqın və rəsmilərin fəaliyyət perspektivindən də danışaraq deyir: “Yeni ilin şüarını elan edərkən adətən mən bunu rəsmilərin fəaliyyətinə aid edirəm, bu il üçün seçilən şüar isə xalqımızın bütün nümayəndələrinə, o cümlədən rəsmilərə aiddir. Hamı gərgin surətdə işləyib çalışmalıdır”.

Ötən illərdəki kimi, bu il də əsas problemin iqtisadiyyat və əhalinin məişət rifahı olduğunu bildirən Ali Məqamlı Rəhbər iqtisadi problemlərin həllində milli istehsalın həlledici rolunu vurğulayaraq deyir: “Hamılıqla göstərilən əzm və ardıcıl səylər sayəsində milli istehsal rövnəqlənərsə, xalqın məişət problemlərinin bir çoxu, habelə işsizlik və investisiya kimi problemlər həllini tapacaq, sosial bəlalar önəmli dərəcədə azalacaq. Məhz buna əsasən də mən yeni ili “İran məhsuluna dəstək ili” elan edirəm”.

Ali Məqamlı Rəhbər yerli məhsula dəstək olmaqda xalqın hər bir nümayəndəsinin, həmçinin vəzifəli şəxslərin rolu və məsuliyyəti olduğunu bildirərək deyir: “İlin ilk günü edəcəyim çıxışda mən xalqın və rəsmilərin İran məhsuluna hansı formada dəstək verməli olduqlarını müxtəlif aspektlərdən şərh edəcəyəm”.

Həzrət Ayətullah Xamenei həmçinin İmam Mehdi Sahibəzzamanı (ə.f) salamlayıb, dahi liderimiz İmam Xomeyninin ruhuna salavat göndərərək təbiətin baharının mənəviyyat baharı – yəni mübarək rəcəb, şəban və ramazan ayları ilə üst-üstə düşməsini xalqımızın maddi-mənəvi inkişafı üçün gözəl bir fürsət kimi dəyərləndirir.

LEADER.İR

Paylaşma:
etiket:

    şərhlər

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.