İFTİTAH duası
---- ----
İftitah bir şeyin açılışını etmək deməkdir. Bu münacatda bəndə Allaha şükür etməklə duasına başladığını dilə gətirirİftitah münacatını İmam Zamanın (ə) xüsusi naiblərindən biri olan Məhəmməd ibn Osman nəql edib. Bu dua əsasən Seyyid ibn Tavusun İqbalul-Əmal əsərində yer alıb və mötəbər sənədə malikdir. Şeyx Tusi də bu münacatı Misbahul-Muctəhid əsərində gətirib.Bu dua Ramazan ayının axşamlarında oxunur. Əsasən Allahı tanıma və ona itaət etmək maarifinə malikdir. Münacatın sonunda elə bir mənalı ifadələr gəlib ki, digər dualar və hədislərdə yoxdur. Münacatın sonunda bəndə Allahdan müsəlmanlara baş ucalığı gətirən və onlara şəxsiyyət verən eyni zamanda zalımları və kafirləri alçaldan bir islam hökumətinin olmasını diləyir. Bu münacat o qədər əhəmiyyətlidir ki, tanınmış islam alimləri və tədqiqatçılarından 6-ı ona şərh yazıblar.
Şərh yazın