Düşmən bilir ki, bir raket atsa, 10 raketlə cavab verəcəyik

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

Şiələr

İslam dini

Dini hökmlər

Fiqh və şəri hökmlər

Mənəviyyat

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

əxlaq
İslam
İslam təhsili
Ziyaos-salehin site
Tövsiyələr və Mənəvi təlimatlar
Mənəvi şeirlər
Mənəvi Dərslik
kliplər
Şəkillər
Kitabxana
əxlaq
İslam
İslam təhsili
Ziyaos-salehin site
Tövsiyələr və Mənəvi təlimatlar
Mənəvi şeirlər
Mənəvi Dərslik
kliplər
Şəkillər
Kitabxana
June 04, 2018 10:50 PM
-- 190 min SWU (izotop ayırma qabiliyyəti) hazırlamaq üçün işlərə başlanılsın
Ayətullah Xamenei

“Regionun ən güclü raket sistemlərinə sahibik. Düşmən bilir ki, bir raket atsa, 10 raketlə cavab verəcəyik”.  Bu sözləri Ali Rəhbər Ayətullah Xamenei bu gün İslam İnqilabının banisi  İmam Xomeyninin vəfatının 29-cu ildönümü münasibətilə Tehranda İmam Xomeyninin məqbərəsində çıxışında deyib. 

Ziyaos-salehin İran KİV-lərinə istinadən xəbər verir ki, Ayətullah Xamenei deyib ki, 30 ildir ki, İmam Xomeyni haqqında danışırlar və bizdən sonrakı xalqlar da həmişə İmam Xomeyni haqqında danışacaqlar. Bu belə də olmalıdır. “Çünki İmam Xomeyni İnqilabın simvoludur. Bu ölkə İnqilabın güclü motoru olmadan  öz böyük arzu və məqsədlərinə çatmayacaq”. 

Ayətullah Xamenei çıxışında İmam Xomeyninin şəxsiyyətindən, onun keçdiyi mübarizə yolundan danışıb və qeyd edib ki, bu gün düşmənin planı İrana qarşı iqtisadi, psixoloji və əməldə təziqi artırmaqdır.

 “Bu üç təzyiqin məqsədi İrana dominantlıq etməkdir. Necə ki, regionun bəzi bədbəxt və üzü qara ölkələrinə dominantlıq edirlər. İqtisadi təzyiq və sanksiyaların tətbiqi ilə ölkələrin bizimlə iqtisadi əməkdaşlığının qarşısını almaq, İran xalqını bezdirmək və İslam sistemini öz hegemonluqlarına boyun əydirməyə məcbur etmək istəyirlər. Amma onlar İran xalqını və sistemini tanımayıblar”.

Ayətullah Xamenei İranın nüvə texnologiyası sahəsində əldə etdiyi nailiyyəti qürurverici, müxtəlif növ raket istehsalını və raket gücünü ölkənin təhlükəsizliyinin təzminatı adlandırıb. “Elə bu Tehran şəhəri  bir gün düşmənin gecə-gündüz raket atəşinə tutulurdu. Evlər dağılırdı, insanlar öldürülürdü. Əhvaz və Dizful kimi digər şəhərlər də həmçinin. Bizim müdafiə gücümüz yox idi, məcbur idik ki, əlimizi büküb oturaq. Bu gün bizim gənclərimiz elə bir iş görüb ki, biz regionda raket sistemləri sahəsində ən güclü ölkəyə çevrilmişik. Düşmən bilir ki, bir raket atarsa, 10 raketlə cavab verəcəyik”.

Ayətullah Xamenei Hərtərəfli Bİrgə Fəaliyyət Planı və onun ətrafında baş verənlər haqqında danışıb və qeyd edib ki, Avropanın bəzi ölkələrinin sözlərindən belə başa düşülür ki, onlar İran xalqının sanksiyalara dözməsini, nüvə fəaliyyətindən əl çəkməsini və məhdudiyyətlərin davam etdirilməsini istəyirlər. Mən bu dövlətlərə deyirəm, - "Sizin bu disturbed (səksəkəli) yuxunuz çin olmayacaq".

Ayətullah Xamenei qeyd edib ki, İran xalqı və dövləti, həm sanksiyanın olmasını, həm də “nüvə texnologiyasının həbsini” qəbul etməyəcək. Atom Enerji Təşkilatı borcludur ki, tez bir zamanda hələlik Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində 190 min SWU (izotop ayırma qabiliyyəti) hazırlamaq üçün işlərə başlasın və prezidentin göstəriş verdiyi bəzi digər hazırlıqları isə sabahdan başlasın.

Ayətullah Xamemei, təxminən 4 dəqiqə ərzində ərəb dilində ərəb ölkələrindəki gənclərə xitab edib.

Ayətullah Xamenei gəncləri ölkələrinin müqəddəratını öz əllərinə almağa, ölkələrində istiqlaliyyət qurmağa, ölkə başçılarının sionist rejimlə dostluq münasibətlərini pozmağa, bütün işlərdə Allaha etimad edib səy göstərərək çalışmağa və düşmənlərin çoxluğundan qorxmamağa səsələyib.

Paylaşma:
etiket:

    şərhlər

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.