Vəhhabiyyət

Vəhhabiyyət - (1ci bölüm)

1. Vəhhabi firqəsi hansı firqəyə deyilir?

2. Vəhhabi firqəsinin banisi kimdir?

3. Bu firqə hansı əsas üzərində qurulmuşdur?

Vəhhabiyyət

Vəhhabiyyət firqəsinin banisi

Vəhhabiyyət firqəsinin banisi Məhəmməd ibni Əbdül Vəhhabdır. Bu firqənin adı onun atasının adından, yə᾿ni «Əbdül Vəhhab» kəlməsindən götürülmüşdür. Məhəmməd ibni Əbdül Vəhhab hicri tarixi ilə 1111-ci ildə Ərəbistanın Nəcd vilayətinin Üyeynə şəhərində dünyaya gəlmiş və 1206-ci ildə, 96 yaşında dünyadan getmişdir.

Atası Şeyx Əbdül Vəhhab öz dövrünün Hənbəli alimlərindən biri idi və Üyeynə şəhərində qazi işləyirdi. O, camaatın çox hörmət bəslədiyi adamlardan biri idi. Məhəmməd atasının yanında Hənbəli fiqhini öyrənmiş, Məkkə-Mədinə alimlərindən sair islami elmləri, o cümlədən hədis, əqaid, təfsir elmlərini təhsil almağa başlamışdı. O, Müsəyləmə, Səccah, Əsvəd Ənəsi, Tüleyhə Əsədi və s. kimi peyğəmbərçilik iddiasında olan şəxslərin tarixini oxumağa daha çox maraq göstərirdi. Cavanlığından camaatın dini əməlləri, əqidə və fikirlərinə qarşı şəkk-şübhə ilə baxır, onların qarşısında çox mənfi bir mövqe tuturdu. İş o yerə çatmışdı ki, o, camaatın əməllərindən çoxunu şirklə qarışıq hesab edirdi.[Əhməd Zeyni Dehlan «Xülasətul kəlam» kitabı»]

Şeyx Məhəmmədin camaatın əməl və əqidələri ilə belə rəftar etməsi, hətta onunla atası arasında mübahisə və çəkişməyə səbəb olmuşdu. Atası onu öz yanından qovmuş və camaatı ondan çəkindirmişdi. Buna görə şeyx Məhəmməd atasının sağlığında öz əqidə və fikirlərini istədiyi kimi aşkar edə bilməmişdi. Amma 1153-cü ildə atası vəfat etdikdən sonra öz fikir və əqidələrini aşkar etməyə, camaatın dini əməllərinin bir qismini inkar etməyə başladı. O dövrdə onun məskunlaşdığı Hərimələ əhalisinin bir qrupu ona itaət etdi və o, tədricən məşhurlaşmağa başladı. Sonra öz vətəni Üyeynəyə qayıtdı. Üyeynənin o dövrdəki valisi Osman ibni Həmd onu çox hörmətlə qarşıladı və onu himayə edəcəyinə söz verdi. Amma o, 1160-cı ildə Ehsa şəhərinin əmiri onun barəsində Osmana yazdığı tənqidi məktubdan sonra Üyeynədən qovuldu və Dər᾿iyyəyə yola düşdü. Dər᾿iyyənin o dövrdəki əmiri Məhəmməd ibni Səud[Ərəbistanın hazırkı krallarının mənsub olduğu Səud sülaləsinin babası] onu çox səmimiyyətlə qarşıladı və onunla Nəcdin hakimiyyətini ələ alacaqları barədə əhd-peyman bağladılar. Sonra Nəcdin bütün qəbilə rəislərinə və camaatına məktub yazaraq, onları öz məzhəbini qəbul etməyə çağırdı və qəbul etməyəcəkləri surətdə onlarla müharibə edəcəyini bildirdi. Bir qrup onun məzhəbini qəbul etdi, digər bir qrup isə ona e᾿tinasız yanaşdı. Dər᾿iyyə camaatının köməyi ilə Nəcd və Ehsa camaatı ilə apardığı müharibələrdən sonra Nəcd əyaləti bütövlükdə Səud ailəsinin ixtiyarına keçdi. Bundan sonra vəhhabilər Ali-Səud əmirlərinin rəhbərliyi ilə (Məhəmməd ibni Səuddan sonra oğlu Əbdül Əziz və ondan sonra Səud ibni Əbdül Əziz hakimiyyətə çatmışdı) Hicazın sair məntəqələrini və şəhərlərini, o cümlədən Taif, Məkkə, Mədinə və Cəddəni öz ixtiyarlarına keçirmək fikrinə düşdülər. Uzun sürən qanlı müharibələrdən sonra nəhayət 1343-cü ildə Məkkə və 1344-cü ildə Cəddə işğal edilməklə, bütün Hicaz məntəqəsi Ali Səudun ixtiyarına keçdi və Vəhhabiyyət bu ölkənin rəsmi məzhəbi kimi tanındı.[Böyük Şafei alimi və Məhəmməd ibni Vəhhabın müasiri olan Əhməd Zeyni Dehlan. O, Məkkəni almaq üçün vəhhabilərin Şərif Ğalib ilə apardıqları müharibələrin sayının 50-dən artıq olduğunu qeyd edir]

Vəhhabilər həmin dövrdə və sonralar sair ölkələrə, o cümlədən Bəsrəyə, Nəcəfə, Kərbəlaya, Suriyaya ardıcıl həmlələr etdilər.

Vəhhabiyyət

İDEOLOJİ ƏSASLAR

Əvvəlki dərsdə qeyd olunduğu kimi, vəhhabilərin ən mühüm ideoloji əsaslarını İbni Teymiyyənin düşüncələri təşkil edir. Məhəmməd ibni Əbdül Vəhhab və onun şagirdi İbni Qəyyim Coziyyə onun əqidə və fikirlərinin şiddətli tə᾿siri altına düşmüşdü.

İbni Teymiyyənin Əhli-hədisin və Hənbəlilərin əndişəsindən qaynaqlanan, kəskin şəkildə zahirə meyl edən nəzəriyyələri bir tərəfdən Allaha mə᾿rifət və İlahi sifətlər barəsində büruz edərək, Allahın cismi olduğunu güman edən müşəbbihə və həşəviyyə əndişəsinə yaxınlaşdı, digər tərəfdən də müsəlmanların rəftar və əməllərinin çoxunu şirk adlandırıb rədd etdi. O cümlədən, ilahi övliyalara təvəssül etmək, onlardan şəfaət diləmək, Allah övliyalarının və Peyğəmbəri (s) ziyarət etmək, mə᾿sumların qəbirləri üzərində hərəm və hər hansı bir bina tikmək və sairəni qeyd etmək olar. Həmin nəzəriyyə daha qabarıq şəkildə Məhəmməd ibni Əbdül Vəhhabın və onun ardıcıllarının təfəkkürünün əsasını təşkil edirdi. O, müsəlmanları şirk və küfrdə ittiham etməkdə o qədər həddini aşdı ki, hətta bütün İslami ölkələri və hələ vəhhabilərin əlinə düşməyən Məkkə və Mədinəni belə Darul-hərb və Darul-küfr (müharibə evi, küfr evi) adlandırdı. O, müsəlmanlarla müharibə edib müqəddəs məkanları işğal etməyi cihad adı ilə vacib edirdi. Səud ibni Əbdül Əziz də Məkkəyə həmlə edərkən Şərif Əbdül Müin Məkkə camaatı üçün ondan aman istədikdən sonra, Məkkə camaatına xitabən belə yazdı: «Bismihi-taala. Səud ibni Əbdül Əzizdən bütün Məkkə əhalisinə, alimlərə, böyük şəxsiyyətlərə, sultanın qazisinə. Əssəlamu əla mənittəbəl huda. Əmma bə᾿d. Siz Allah evinin qonşuları və Onun hərəminin sakinlərisiniz. Allahın əmniyyəti ilə amanda olun. Mən sizi Allahın və Onun Peyğəmbərinin dininə də᾿vət edirəm».

Belə isə siz Allahın fərmanı müqabilində və müsəlmanların rəisi Səud ibni Əbdül Əzizin fərmanındasınız. Sizin hakiminiz Əbdül Müin ibni Müsaiddir. Onun əmrlərini eşidin, nə qədər ki, Allahın fərmanına itaət edirsiniz, onun fərmanında olun. Vəssəlam.»

Mülahizə etdiyiniz kimi, əvvəlcə «Əssəlamu ələykum» sözü əvəzinə, «Əssəlamu əla mən᾿ittəbəl huda» qeyd olunur və bu da onu göstərir ki, o, müraciət etdiyi şəxsləri müsəlman hesab etmir. Çünki, Peyğməbər (s) bu cür salamı kafirlərə xitabən işlədərdi. Halbuki, müsəlmanlar barəsində İslami qayda-qanunlara uyğun olaraq, «Əssəlamu ələykum və rəhmətullah» deyilir. Daha sonra kitab əhlinə xitab olunan bir ayəyə istinad edir.

Vəhhabiyyət

MƏHƏMMƏD İBNİ ƏBDÜL VƏHHABIN MÜXALİFLƏRİ

Şeyx Məhəmmədin əqidə və məfkurələrinin yayıldığı və vəhhabi firqəsinin tə᾿sis olunduğu vaxtdan indiyə qədər, İslam alimləri arasında onun əndişələrinin əleyhinə geniş müxalifət dalğaları yaranmışdır.

Şafei firqəsinin böyük müftisi Əhməd Zeyni Dehlanın (Məhəmməd ibni Əbdül Vəhhabın müasiri idi) yazdığı kimi, Məhəmməd ibni Əbdül Vəhhabın müxalifləri ilk növbədə onun atası, qardaşı Süleyman, eləcə də öz ustadı idi.

O, yazır: «Şeyx Məhəmmədin atası və qardaşı (Süleyman) hər ikisi öz dövrünün böyük alimlərindən və Şeyx Məhəmmədin ustadlarından idi. Onun bir sıra ifratçı əqidələri ilə tanış olduqdan sonra camaatın onunla əlaqə saxlamasına mane oldular.

O, daha sonra yazır: «Məhəmməd ibni Əbdül Vəhhabın qardaşı Şeyx Süleyman Mədinədə onunla birlikdə təhsil almış və daha sonra onunla birlikdə Nəcdə qayıtmışdı. Amma bir az sonra qardaşının ifratçı nəzəriyyələrinin qorxusundan Mədinəyə qayıtdı, orada «Əssəvaiqul-ilahiyyət fi rəddil-vəhhabiyyət» kitabını yazaraq, Nəcddə öz qardaşına göndərdi. Bu kitabda o, qardaşına xitabən belə yazmışdı: «Bu məsələlər (müsəlmanların Şeyx Məhəmmədin tərəfindən şirk və küfr adlandırılan əməlləri) Əhməd ibni Hənbəldən qabaq və İslam rəhbərlərinin dövründə də mövcud idi. Bə᾿ziləri onları inkar edirdilər, lakin islam rəhbərlərinin heç birindən bu əməllərə mürtəkib olanları kafir və mürtəd hesab edərək, onlara qarşı cihad hökmü verilməsi, yaxud müsəlman ölkələrinin sənin dediyin kimi, «Darul-küfr», «Darul-şirk» ölkəsi adlandırılması eşidilməmiş və ya rəvayət olunmamışdır.

Həmçinin dörd məzhəb imamlarının dövründən keçən 800 il müddət ərzində İslam alimlərinin heç birindən bu kimi məsələlərin küfr hesab edilməsi eşidilməmişdir. Allaha and olsun, sənin sözündən belə çıxır ki, Əhməd ibni Hənbəlin zamanından sonra Peyğəmbər (s) ümmətinin hamısı, istər alimlər, istər əmirlər, istərsə də ümumxalq kütləsi kafir və mürtəddirlər.

İnna lillah və inna iləyhi raciun...! Sənin dediyin «Məndən qabaq heç kəs İslam dinini tanımamışdır» sözünə vay olsun!»[«Əssəvaiqul ilahiyyə» kitabı]

Şeyx Məhəmmədin müasirləri olan və onun əleyhinə kitab və risalə yazan digər alimlərin adını aşağıda qeyd edirik:

*Şeyx Məhəmməd ibni Süleyman Kürdi; O, Mədinədə Şeyx Məhəmmədin ustadı idi və Şeyx Süleymanın kitabına əlavələr edərək, Şeyx Məhəmmədin əqidələrini rədd edən bir məqalə yazmışdı.

*Əbdüllah ibni Əbdüllətif Şafei; O, da Şeyx Məhmmədin ustadlarından idi və «Təcridu seyfil-cihad li muddil-ictihad» adlı kitabını onun əqidələrini rədd etmək üçün yazmışdır.

*Əfifuddin Əbdüllah ibni Davud Hənbəli; O, «Əssəvaiqu vərrəud» adlı kitabını bu barədə yazmış və Bəsrə, Hələb, Bağdad, Ehsa şəhərlərin və sair yerlərin alimləri ona əlavələr etmişlər.

*Şeyx Əbdüllah ibni İbrahim Taifi; O, «Təhrizul-əğbiya ələl-istiğasəti bil-ənbiyai vəl-övliya» adlı kitabını yazmışdır.

*Şeyx Tahir Hənəfi; O, «Əl-intisaru lil-övliyail-əbrar» kitabının müəllifidir.

*Şeyx Əta Məkki; O, «Əs-sarimul hindi fi ünüqin-nəcdi» kitabının müəllifidir.

*Şeyx Əta Əl-Kəsim və Dəməşqi. O, «Əl-əqvalul mərziyyətu fir-rəddi ələl-vəhhabiyyəti» kitabının müəllifidir.

Qeyd etmək lazımdır ki, Məkkə alimlərindən olan Əbu Hamid ibni Mərzuq «Ət-təvəssulu ilən-nəbiyyi və cəhalətul-vəhabbiyyin» kitabında Məhəmməd ibni Vəhhaba xitab edərək, onun əqidələri ilə müxalifətçilik edən müasir alimlərdən 40 nəfərin adını qeyd etmişdir. Yuxarıda qeyd olunanlar 40 kitabdan yalnız bir neçəsi idi. Gələn dərslərdə vəhhabilərin əqidə əsasları və onların əməlləri ilə tanış olacağıq.

 

source : الشیعه 

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana