July 04, 2019 06:06 AM
Saqqal və bədən tüklərini qırxmasının hökmü

Saqqal və bədən tüklərini qırxmasının hökmü

Sual : Kişilərin üz qırxan maşınla və ya ona oxşar alətlərlə Saqqal və bədən tüklərini qırxmasının hökmü nədir?

cavab:

Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.[3] Lakin yanaq, boğaz və boyun tüklərini və həmçinin qoltuq və s. bədən tüklərini (bir halda ki, onlara saqqal deyilmir) qırxmağın eybi yoxdur.

Xatırladaq ki, İslam paklığa çox önəm verir və bu üzdən bədənin artıq tüklərini qırxmağı təkid etmişdir.

Aşağıda gigiyenik qaydaları nəzərinizə çatdırırıq:

1. Saç kəsdirmək, yumaq və daramaqla ona qulluq etmək müstəhəbdir.[4]

2. Bığı,[5] burun[6] və qoltuqaltı[7] tükləri qırxmaq müstəhəbdir.

3. Qarınaltı və qasıq nahiyəsindəki tükləri qırxmaq Allah-Taalanın zatına, qiyamət gününə imanın nişanələrindən, İslam peyğəmbərinin (s) sünnəsindəndir.[8]

4. Bədənin digər yerlərində bitən tükləri qırxmaq paklığa, cismi və ruhi sağlamlığa səbəbdir. Onları qırxmamaq isə cismi və ruhi zərərlərə düçar olmağa bərabərdir.[9]

Saqqal və bədən tüklərini qırxmasının hökmü

[1] Kişi üzündə saqqal, Adəmin duasından sonra çıxmağa başlamışdır ki, O həzrət buyurdu: "İlahi! Mənim yaraşıq və gözəlliyimi artır!" Allahdan xitab gəldi: "Saqqalı qiyamətədək sənin, övladlarının zinəti qərar verdim". Peyğəmbərdən (s) nəql olunan rəvayətdə deyilir ki, saqqalı uzun saxlayın ki, yəhudi və zərdüştlərə bənzəməyəsiniz. "Hilyə əl-Müttəqin", 5-ci bab, 4 və 5-ci fəsil.

[2] İmam Xomeyninin (r.ə.) "İstiftaat"ı, c.2, ("Məkasib mühərrəmə"), səh. 30, sual:79; səh. 31, sual:81; səh. 32, sual:84

[3] "Doktorski" saqqal saxlamaq kifayətdirmi? Bütün müctehidlər (Ayətullah Təbrizi və Məkarim istisna olmaqla): Xeyir. Kifayət deyil və saqqalın hamısını qırxmaq hökmündədir. İmam Xomeyni, "İstiftaat", c.2, ("Məkasibi mühərrəmə"), səh. 84; Ayətullah Vəhid Xorasani "Mənhac əs-Salihin", c.3, Məsələ:43; Ayətullah Xamineyi, "Əcvibə əl-İstiftaat", sual: 1413; Ayətullah Sistani, www.sistani.org , Saqqal qırxmaq, sual: 1 və 3; Ayətullah Safi Gülpayaqani, "Cami əl-əhkam", sual:1743; Ayətullah Behcət, "Tozih əl-məsail", müxtəlif suallar, sual:4; Ayətullah Nuri Həmədani, "İstiftaat", c.1, sual: 492 və 493; Ayətullah Fazil Lənkərani, "Cami əl-məsail", c.1, sual:955 və 957.

Ayətullah Məkarim və Təbrizi: "Əgər çənə və onun ətrafı (üzün dörddə biri) qırxılmasa, bir halda ki, baxanların nəzərində saqqal sayılsa, kifayətdir. Ayətullah Məkarim Şirazi, "İstiftaat", c.2, sual: 751 və Ayətullah Təbrizi, "İstiftaat", sual:1087.

[4] "Hilyə əl-Müttəqin", 5-ci bab, 3-cü fəsil.

[5] Rəvayətdə gəlmişdir: "Bığı qırxmaq, İslam peyğəmbərinin (s) sünnəsindən, uzun bığ isə şeytanın məskənidir. Bığı qırxmaq ruzinin artmasına, qəm-qüssə və vəsvəsənin aradan getməsinə və xora xəstəliyindən amanda qalmağa səbəbdir. Bığını kəsməyən şəxs bizdən deyil". "Hilyə əl-Müttəqin", 5-ci bab, 4-cü fəsil.

[6] Burun tüklərini qoparmaq üzün gözəlliyinə səbəb olur. "Hilyə əl-Müttəqin", 5-ci bab, 7-ci fəsil.

[7] Qoltuqaltı tüklər şeytanın məskəni sayılmışdır. Əlbəttə, tüklərin məhvi barədə gəlmişdir: "Dərman vurmaq qırxmaqdan, qırxmaq isə yolmaqdan yaxşıdır". Yenə orada, 5-ci bab, 7-ci fəsil.

[8] Onları qırxmaq imanın nişanəsi və Peyğəmbərin (s) sünnəsidir. Yenə orada, 8-ci fəsil.

[9] Bədən tüklərini kəsmək bədənin qüvvətlənməsinə və kökəlməsinə, ürəkkeçmə və süstlüyün aradan getməsinə səbəbdir. Həmçinin bu əməl bədənin paklığına səbəb və peyğəmbərlərin əxlaqındandır. Yenə orada, 9- cu fəsil

 

https://www.ziaossalehin.ir/fa/content/25599

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana