İMAM BAQİR (Ə) VƏ ZAHİDİN NƏSİHƏTİ

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

Şiələr

İslam dini

Dini hökmlər

Fiqh və şəri hökmlər

Mənəviyyat

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

əxlaq
İslam
İslam təhsili
Ziyaos-salehin site
Tövsiyələr və Mənəvi təlimatlar
Mənəvi şeirlər
Mənəvi Dərslik
kliplər
Şəkillər
Kitabxana
əxlaq
İslam
İslam təhsili
Ziyaos-salehin site
Tövsiyələr və Mənəvi təlimatlar
Mənəvi şeirlər
Mənəvi Dərslik
kliplər
Şəkillər
Kitabxana
مرداد 17, 1398 10:25 بعد از ظهر
İmam Muhəmməd Baqirin (ə) şəhadət günü

İMAM BAQİR (Ə) VƏ ZAHİDİN NƏSİHƏTİ

Yay fəslinin qızmar istisi bir qədər şiddətlənmişdi. Mədinə və ətraf əkin yerləri qızmar Günəş hərarətinə bürünmüşdü. Özünü zahid və abid hesab edən  Məhəmməd ibn Münkədir gözlənilmədən Mədinənin xaricində yerləşən bir məntəqə ikən, qəflətən gözü canlı-cüssəli bir kişiyə sataşdı və məlum oldu ki, o, belə qızmar havada özünün əkin yerinə baş çəkməyə gəlmişdir. Məhəmməd ibn Münkədir öz-özünə fikirləşdi: “Bu kişi kimdir ki, belə isti havada dünya işləri ilə məşğuldur?” Bir qədər yaxınlaşdıqda, gördüyü mənzərə onun təəccübünü daha da artırdı. Həmin şəxs imam Məhəmməd Baqir (ə) idi. Belə şərafətli bir şəxsin nə üçün dünyəvi işlərlə məşğul olmasını düşünərək ona nəsihət vermək qərarına gəldi.

Yaxına gəlib salam verdi. İmam Baqir (ə) nəfəsini dərə-dərə və alnından tər axa-axa onun salamının cavabını verdi. Onunla imam Baqir (ə) arasında belə bir söhbət baş verdi:

Zahid dedi: “Sizin kimi şərif bir şəxsə belə bir istidə, xüsusilə, iricüssəli bədənə malik olduğunuz halda dünya dalınca düşmək yaraşarmı?! Belə bir zəhmətə nə üçün qatlaşırsınız?! Əcəlin nə vaxt yetəcəyi və kimin nə vaxt öləcəyi məlum deyil. Allah eləməmiş, birdən sizi bu halda ölüm yaxalasa, sizin üçün hansı çətinliklər meydana çıxacaq? “

İmam Baqir (ə) buyurdu: “Əgər bu halda mənim əcəlim yetərsə və mən ölərəmsə, vəzifəmi yerinə yetirərərkən və ibadət halında dünyadan getmiş olaram, çünkü bu, Allaha itaət və Ona ümidvar olmaqdır. Sən güman edirsən ki, ibadət yalnız namaz, zikr və duadan ibarətdir? Mənim həyatımın ehtiyacları var. Əgər işləməsəm və zəhmət çəkməsəm, onda, gərək ehtiyacımı ödəmək üçün əlimi sən və sənin kimilərə uzadam. Mən ruzi qazanmaq üçün çalışıram ki, kiməsə möhtac olmayım. Ölümün yetişməsindən o vaxt qorxmalıyam ki, Allah qarşısında günah etmiş və Allahın fərmanından boyun qaçırmış olum, yoxsa, hal-hazırda Allah əmrinə itaətdəyəm və başqalarına yük olmadan ruzi qazanıram.”

Zahid dedi: “Mən necə də səhvə yol vermişəm. Elə güman edirdim ki, başqasına nəsihət edirəm, amma indi başa düşdüm ki, özüm səhvdəyəm və mənəm ki, nəsihətə möhtacam!”

 

(“Biharul-ənvar”, 11-ci cild, səh.82; “Məcmueyi-asar”, Əllamə Şəhid Mürtəza Mütəhhəri, 18-ci cild, səh.237).
 

Paylaşma:
etiket:

    şərhlər

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.