Məhərrəm ayının 6-cı günü Kərbəlada baş vermiş hadisələr

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

Şiələr

İslam dini

Dini hökmlər

Fiqh və şəri hökmlər

Mənəviyyat

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

əxlaq
İslam
İslam təhsili
Ziyaos-salehin site
Tövsiyələr və Mənəvi təlimatlar
Mənəvi şeirlər
Mənəvi Dərslik
kliplər
Şəkillər
Kitabxana
əxlaq
İslam
İslam təhsili
Ziyaos-salehin site
Tövsiyələr və Mənəvi təlimatlar
Mənəvi şeirlər
Mənəvi Dərslik
kliplər
Şəkillər
Kitabxana
شهريور 15, 1398 12:45 بعد از ظهر
Məhərrəm ayı

Məhərrəm ayının 6-cı günü Kərbəlada baş vermiş hadisələr

ÜBEYDULLAH İBN ZİYAD ÖMƏR SƏ`Dİ TƏHDİD EDİR 

Übeydullah Məhərrəmin altıncı günü Ömər Sə`də məktub yazaraq ona bildirdi ki, o, Ömərə süvari və piyada qoşun göndərməkdə səhlənkarlıq etməmişdir. Ömər də diqqətli olmalı və bilməlidir ki, onun gecə-gündüz gördüyü bütün işləri Übeydullaha çatdırırlar və o, hər nədən agahdır.

Məhərrəm ayının 6-cı günü Kərbəlada baş vermiş hadisələr

DÜŞMƏN QOŞUNUNUN VƏZİYYƏTİ

Kufə camaatından bəzisi, İmam Hüseynlə (ə) döyüşməyi Allah və Onun Rəsulu (s) ilə müharibə sandıqları üçün yolun yarısında qoşundan ayrılıb qaçdılar. Yazırlar ki; Kufədən min nəfər döyüşçü ilə yola düşmüş sərkərdənin Kərbəlaya çatanda ətrafında dörd yüz yaxud ondan da az insan qalmışdı, qalanlar isə bu müharibəyə inanmadıqları üçün qaçmışdılar.

Məhərrəm ayının 6-cı günü Kərbəlada baş vermiş hadisələr

İMAM HÜSEYNİN (Ə) KƏRBƏLADAN MƏHƏMMƏD HƏNƏFİYYƏYƏ YAZDIĞI MƏKTUBU

İmam Baqirin (ə) buyurduğuna əsasən, İmam Hüseyn (ə) Kərbəladan Məhəmməd ibn Hənəfiyyəyə bu məzmunda məktub yazdı: “Hüseyn ibn Əlidən (ə) Məhəmməd ibn Hənəfiyyəyə və Bəni Haşimdən olanlara. Elə bil ki, dünya əsla olmamış və axirət həmişəlik olub və var, vəssalam”.

Məhərrəm ayının 6-cı günü Kərbəlada baş vermiş hadisələr

BƏNİ ƏSƏD QƏBİLƏSİ İMAM HÜSEYNƏ (Ə) KÖMƏK ETMƏK İSTƏDİ AMMA...

Məhərrəm ayının altıncı günündə Həbib ibn Məzahir İmam Hüseynə (ə) dedi: “Ey Allah Rəsulunun övladı! Bu yaxınlıqda Bəni Əsəddən olan bir tayfa sakindir ki, icazə versəniz mən onların yanına gedib onları sizə qoşulmağa dəvət edərəm. Ola bilsin Bəni Əsədin Kərbəlada olması ilə, Allah bu dəstənin [Yezidin qoşununun] şərrini sizdən uzaq etsin!”

İmam Hüseyn (ə) icazə verəndən sonra Həbib ibn Məzahir gecə ikən onların yanına gedib belə dedi: “Özümlə sizin üçün ən yaxşı ərməğan gətirmişəm. Sizi Allah Rəsulunun (s) övladının köməyinə çağırıram, onun elə köməkçiləri vardır ki, onlardan hər biri min döyüşçüdən yaxşıdır və heç vaxt onu tək qoymayıb, düşmənə təslim etməyəcəklər. Ömər Sə`d həddindən artıq çox sayda əsgərlə Onu mühasirəyə alıb, siz mənə qohum qəbilə olduğunuz üçün sizi bu xeyirli yola yönəldirəm. Bu gün mənə qulaq asın və onun köməyinə tələsin ki, dünya və axirət izzəti sizə nəsib olsun ...”

Həbib ibn Məzahir Bəni Əsəd tayfasına nəsihət etdi. Bu vaxt Bəni Əsəddən olan Abdullah ibn Bəşir adında bir kişi ayağa qalxıb dedi: “Mən bu dəvəti qəbul edən ilk şəxsəm”. Sonra bu məzmunda bir rəcəz oxudu: “Şübhəsiz bu dəstə agahdır ki, müharibəyə hazır olduqları zaman və süvarilər işin şiddətindən qorxduğu zaman, mən sanki meşədə olan şir kimi şücaətli döyüşçüyəm”.

Bundan sonra doxsan nəfər qəbilənin kişilərindən ayağa qalxıb İmam Hüseynə (ə) kömək üçün hərəkət etdi. Bu an bir kişi Ömər Sə`din yanına gedib onu işin gedişatından xəbərdar etdi. O da Əzrəq adında birini dörd yüz nəfərlə onlara tərəf göndərdi. Süvarilər gecənin qaranlığında Fərat çayının kənarında yolu onların üzünə bağladı halbuki onlar İmam Hüseynə (ə) çatmağa çox az qalmışdılar.

Həbib ibn Məzahir Əzrəqin başına qışqıraraq dedi: “Vay olsun sənə! Qoy bu zülməti səndən başqası öz öhdəsinə götürsün”.

Nəhayət Bəni Əsəd qəbiləsi gördü ki, süvarilərə gücü çatmayacaq, qaçıb parakəndə oldular. Ömər Sə'din zülmü və qətliamından qorxuya düşmüş Bəni Əsəd qəbiləsi gecənin qaranlığından istifadə edib otraqlarını tərk etdilər.

Həbib ibn Məzahir İmam Hüseynin (ə) yanına gəlib hadisəni danışdı. Həzrət, “La həvlə və la quvvətə illa billah əl-əliyyul-əzim” zikrini dilə gətirdi.

Paylaşma:
etiket:

    şərhlər

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.