December 10, 2019 10:54 AM
İbadət nədir

İbadət nədir

İnsanın, onu yoxluqdan varlığa çıxaran və varlıq neməti ilə sonsuz yaradılış nemətləri süfrəsinə qonaq edən Allahın hüzurunda tutacağı mövqe, seçəcəyi istiqamət və düşəcəyi hal vardır. İnsan hər zaman və hər məkanda onda olan hər bir şeyin — elmin, qüdrətin, var-dövlətin və canın Allahdan olmasının fərqinə varmalıdır. İnsan varlığı, kimliyi, adı və hörməti ilə sahib olduğu bütün şeylərdə özünü müstəqil bilməməli və bütün bunların yalnız Allah tərəfindən əta edildiyini yəqin etməlidir. Allah bu həqiqətin, Rəsulunun dilindən bu şəkildə bəyan edilməsini istəmişdir:
(Ey Rəsulum!) De ki: Ey mülkün həqiqi sahibi olan Allahım! Sən mülkü istədiyinə verirsən və mülkü istədiyindən geri alırsan. İstədiyini ucaldır, istədiyini də alçaldırsan. Bütün xeyirlər sənin əlindədir. Həqiqətən, Sən hər şey üzərində çox-çox qüdrət sahibisən” (“Ali-İmran”, 26).

İnsanın bütün hallarda özünün və əlində olan bütün şeylərin Allahın mülkü olmasına qəlbən yönəlməsi və bunun içində yaşaması Allaha qulluq adlanır. Belə bir qulluq həqiqətini yaşayan insanın müstəqil düşünməsi, hərəkət etməsi və seçim sahibi olması mümkün deyil və o, hər an Allahın mülkü olaraq, Allahın onu görmək istədiyi kimi olacaqdır. Bu insan, Allah onun əlindən hər şeyi aldıqda və ya canına, malına və əzizlərinə xətər yetirdikdə:

“Biz Allahın mülküyük və yalnız Ona tərəf qayıdacağıq” (“Bəqərə”, 156) ayəsində buyrulduğu kimi deyər və qətiyyən qulluq şüurundan uzaqlaşmaz.
Bu, Allahın Qurani-Kərimdə bir neçə dəfə bəhs etdiyi “əbd” (qul) məqamıdır. Allah bu məqamla peyğəmbər, imam və övliyaları ucaltmış və kainatı da yalnız bu məqama görə yaratmışdır.
“Ey Rəsulum! Sən olmasaydın, Mən fələkləri yaratmazdım” hədisi də əbd məqamının ən ali təzahürüdür. Rəsulun bu məqamı isə “Şübhəsiz, mənim namazım, qurbanım, həyatım və ölümüm yalnız aləmlərin Rəbbi Allah üçündür” (“Ənam”, 162) ayəsində ifadə edilmişdir. Rəsuli-Əkrəmin bütün həyatı bu ayənin təfsir və təsdiqidir.

İnsan əbd və übudiyyət məqamına ibadət və abid olma ilə yetişə bilər. Əbd, Allahın mülkü olma həqiqətini həyatının bütün addımlarında yaşayan, abid isə bu məqama yetişmək üçün müəyyən əməlləri yerinə yetirəndir.

Hər bir əbd abiddir, lakin hər abid əbd deyildir. Deməli, hər bir insanın əbd ola bilməsi üçün onun abid olması, yəni Allahın buyurduğu bütün ibadətləri yerinə yetirməsi vacib bir şərtdir. Allah Qurani-Kərimdə bu həqiqətə belə toxunmuşdur:
“Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaradan Rəbbinizə ibadət edin. Ola bilsin ki, təqva sahibi olasınız” (“Bəqərə”, 21). Təqva, insanın onu Allahın mülkü olması həqiqətindən uzaqlaşdıran günahlardan qorunmasıdır.

Hər bir günah Allahın əmr və istəyinin əksinə olaraq yerinə yetirilir və mülk və qul olma həqiqətilə ziddiyyət təşkil edir. Əlbəttə ki, insanı Allahın əmrinə zidd çıxa biləcək təbiətdə yaradan Allahdır. Uca Allah belə bir yaradılışla insanın öz düşüncə və iradəsilə Allahın mülkü və qulu olma şüuruna yetişməsini və bunu yaşamasını istəmişdir.

“Bəqərə” surəsinin 21-ci ayəsində müəyyən vaxtlar daxilində yerinə yetirilən ibadətlərdən danışılır. Ayədə keçən “ləallə” kəlməsi “ümid və gözləmə” mənalarında işlənir və Azərbaycan dilinə “ola bilsin ki”, “ümid edilir ki” şəklində tərcümə olunur. Bu kəlmə ancaq nəticə qəti bilinmədiyi və olmadığı zaman işlədilir. Deməli, ayənin məzmunu belə olacaq: “Ey insanlar, ibadət edin. Lakin ibadətlərinizin nəticəsində təqva sahibi olmaya da bilərsiz”. Burada Allah ibadətlə təqvanı bir-birindən ayırmışdır. Yəni ibadət təqvanın səbəbi ola bilər və onun özü deyildir. Halbuki, təqva ilə übudiyyət (insanın bütün hallarda Allahın mülkü olmasının şüuru içində olması və bunu yaşaması) eyni mənanı verir. İnsanın übudiyyət dərəcəsi artdıqca, təqva dərəcəsi də artır. Bunun əksi də doğrudur.

Məlum oldu ki, bu ayə (“Bəqərə”, 21), namaz, oruc, zəkat, xüms, həcc və bunlar kimi müəyyən vaxtlar daxilində yerinə yetirilən ibadətlərdən danışmışdır. Bu ibadətlər riya, tənbəllik, etinasızlıq və ücblə yerinə yetirilərsə, ibadət olaraq qalmalarına baxmayaraq, ayədə də buyrulduğu kimi, heç bir zaman insanı təqva nəticəsinə yetişdirməz. Bu barədə Quranda buyrulmuşdur:
“Münafiqlər ... namaza qalxdıqları zaman tənbəlliklə qalxarlar, insanlara göstəriş (riya) edərlər və Allahı da çox az xatırlayarlar... Şübhəsiz ki, münafiqlər cəhənnəmin ən aşağı qatındadırlar. Artıq onlara əsla bir yardım edən tapa bilməzsən” (“Nisa”, 142-145),

“Vay olsun o namaz qılanlara ki, onlar namazlarına qarşı diqqətsizdirlər. Onlar riya edənlərdir” (“Maun”, 4-6). Bu məsələ ilə əlaqədar çoxlu hədislər də vardır. Rəsuli-Əkrəm buyurmuşdur:
“Ümmətimdən iki şəxs qalxıb namaz qılar. Onların rüku və səcdəsi birdir. Lakin onların qıldıqları namazlar arasında göylə yer arasında fərq olduğu qədər fərq vardır” (“Bihar”,c. 84, səh.249, həd.41). Digər bir hədisdə Allah Rəsulu buyurmuşdur: “Allah-Təala zərrə qədər riya ilə qarışıq olan əməli qəbul etməz” (“Tənbihul-Xəvatir” , c.1, səh.187). Başqa bir hədisində belə buyurmuşdur: “Necə oruc tutanlar vardır ki, orucdan onların nəsibi aclıq və susuzluqdur. Necə gecə ibadəti üçün duranlar vardır ki, oyaq qalmaqdan onların nəsibi yuxusuzluqdur” (“Əmalit-Tusi”, səh.166, həd.277). İmam Baqir (ə) buyurmuşdur: “Kim dörd şeydən bir mal əldə edərsə, dörd şeydə ondan qəbul olunmaz. Kim qənimətə xəyanət etməkdən və ya ribadan və ya xəyanətdən və yaxud oğurluqdan mal əldə edərsə, ondan zəkatda, sədəqədə, həccdə, umrədə qəbul olunmaz” (“Əmalis-Səduq” , səh.358, həd.4). Allah Rəsulu buyurmuşdur: “Haram yeyərək ibadət etmək qumun və yaxud suyun üzərində bina tikməyə bənzəyir” (“İddətud-Dai”, səh.141).

Bütün bunlar onu göstərir ki, ibadətlərin qəbul olunmasının vacib şərtləri vardır. Əgər yerinə yetirilən ibadətlər qeyd olunan rəzalətlərdən birilə edilərsə, Allah tərəfindən qəbul olunmaz və insanın təqva sahibi olmasına səbəb olmaz.Deməli, hər bir abid übudiyyət məqamına yetişməsi üçün yerinə yetirdiyi ibadətin şərtlərini öyrənməli və ibadət əsnasında tətbiq etməlidir. İbadətin birinci və ən zəruri şərti — Allahı tanımaqdır. İmam Rza (ə) buyurmuşdur ki: “Allaha ibadət etməyin əvvəli onu tanımaqdır” (“Uyuni-Əxbari-Rza”, c.1, səh.150, həd.51). İnsan ibadət əsnasında ibadətdən qeyri hallarda olduğu kimi olarsa, ibadətdən əvvəlki və sonrakı halı ilə ibadət halı fərqlənməzsə, ibadətin onun üzərində heç bir tərbiyəvi təsiri olmayacaqdır. Əksinə, digər hallarımızdakı sərbəstliyimiz, məsələn, namaz əsnasındakı nizam və ciddiliklə əvəz olunduğuna görə biz sərbəstlik halına qayıtmaq istəyəcək və ibadət bizim üçün darıxdırıcı olmaqla bərabər gərginlik halına çevriləcəkdir. Bunun nəticəsi olaraq, biz ibadəti tez bir zamanda qurtarmağa səy göstərəcəyik. Əgər dindar dostlar, dindar mühit, kitab mütaliəsi və dini-elmi nüfuz kimi amillər olmazsa, yalnız ibadətlə belə bir insanın dinə bağlı olaraq qalması mümkün deyildir. Çünki o, ibadətdən heç bir zövq almır və ibadət əsnasında onu tez bir zamanda bitirməyə tələsir.

Lakin insan Tövhid elmi haqqında müxtəsər də olsa belə, müəyyən bir bilgiyə sahib olarsa və yaradılış nişanələrində öz düşüncəsi səviyyəsində Allahın qüdrəti və elmi haqqında bir qisim həqiqətlərə yetişərsə, o halda, məsələn, namaza qalxdığı zaman Allaha qarşı diqqəti artar və namaza qədərki hallarından fərqli bir hala sahib olar. Onun Tövhid elmi dərinləşdikcə, namazdakı halı da dərinləşər və bütün varlığını əhatə edər. İmam Əli (ə) buyurmuşdur: “İbadət əsnasında Allah haqqında dərin düşüncə yoxdursa, o ibadətdə heç bir xeyir yoxdur” (Tuhəful-Uqul). Böyük bir məmləkətin mütləq hökmdarı hüzurunda onun böyük məqam və nüfuzundan xəbərdar olduğu üçün öz əməllərinə nəzarət edən, fikirlərinə və danışığına çox ciddiyyətlə diqqət edən bir insan daha sonra namazda bütün bunların əksini yaşayırsa, Allah haqqında nəinki dərin düşüncədən, hətta ən sadə fikirdən belə çox-çox uzaqdadır. Ona görə də, belə bir insan, qəlbin ibadəti olan təfəkkürə sarılmalı və Allahın xilqəti və əsərləri üzərində çox-çox düşünməlidir ki, Allahın qüdrəti, əzəməti və elmi, Onun malikiyyəti qəlbini əhatə etsin və qəlbindəki digər bütün nüfuz, məqam və hakimiyyətləri vurub kənara atsın. Bu səbəblə də Əli (ə): “Allahın məxluqatı üzərində təfəkkür etmək nə gözəl ibadətdir” (“Ğürərül-Hikəm”, həd. 1147) — deyə buyurmuşdur. İbadətin ikinci şərti xuşudur. İmam Sadiq (ə) “O kəslər ki, namazlarında xuşu halındadırlar” ayəsinin təfsirində buyurmuşdur: “Xuşu namaz əsnasında Allahdan başqa hər bir şeyə qarşı gözünü yummağındır” (“Dəaimul-İslam”, c.1, səh.158). Yəni insan ibadət edərkən, bütün dünyəvi fikirlərdən, zehni məşğuliyyətlərdən uzaqlaşmalı, qəlbini Şeytanın vəsvəsələrinə qarşı ayıq-sayıq etməlidir. İnsan namazda xuşu halında olması üçün namaza bir qədər qalmış və ya dəstəmaz alarkən xilqət nişanələrini qəlbindən keçirtməli və ilahi əzəmət, qüdrət və özünün Allahın mülkü olması fikirlərini cəm etməlidir. Bunları qılınan namazlardan əvvəl bir neçə dəfə təkrarlamaqla qəlbini vərdiş etdirməlidir. İnsan üçün namaz əsnasında namazın zikrləri ilə yanaşı təfəkkür etmək, çətin olduğuna görə o, vacib olan zikrləri deyir, təfəkkürü isə saxlayır. İnsan qəlbinin boş qaldığını görən və fürsəti fövtə verməyən şeytan davamlı olaraq vəsvəsə verməyə başlayır. Bunun nəticəsində də yalnız namazı bitirdiyində, namaz qıldığının fərqində olan insan namazın bütün mənəvi tərbiyəsindən məhrum olur. Ona görə də, namaza qədər xilqət nişanələri üzərində təfəkkür etməklə, təfəkkür ediləcək şeyləri qəlb üçün sadələşdirməli və onu buna alışdırmalı, sonra da bu halda namaza başlamaq və namazda da bunu davam etdirmək lazımdır.

Bütün bunları edə bilməkdə insana yardımçı olan başqa bir həqiqəti Rəsuli-Əkrəm belə açıqlamışdır: “Allaha elə ibadət et ki, sanki sən Onu görürsən. Halbuki, sən Onu görməzsən. O səni görür” (“Kənzül-Ümmal”,həd.5250). İnsan bir şeyi görmək üçün mütləq bir cəhətə baxmalıdır. Bu isə insanın dağınıq halda olan fikirlərini bir cəhətdə cəm edən amildir. Daha sonra görmək istədiyi varlıq olan və bütün aləmləri yaradan Allahı görə bilməyəcəyini, əksinə, Allahın onu gördüyünü anladıqda bütün qəlbi ilə Ona yönəlir və Onun təsirində qalır. Yəni insan namaz əsnasında üzünü qibləyə çevirib, Allahı görmək üçün başını qaldırıb qarşı tərəfə baxır və Allahı görə bilmir, lakin Allahın onun qarşısında olduğunu, onu gördüyünü və qəlbindən gətirdiyi bütün fikirlərə şahid olduğunu düşündükdə, yavaş-yavaş qəlbinin Allahın malikiyyətində hilaldan bədrə doğru nurlandığını yəqin edəcəkdir. Digər bir hədisdə Rəsuli-Əkrəmdən xuşu haqqında soruşulduqda belə cavab vermişdir: “Xuşu — namazda təvazökar olmaq və qulun bütün qəlbi ilə Rəbbinə yönəlməsidir” (“Dəaimul-İslam”, c.1, səh.158). İbadətin üçüncü şərti xuzudur. Yəni insan ibadət edərkən ibadətin şəriətdə müəyyən edilmiş bütün hədlərinə, şərtlərinə və qaydalarına riayət etməli və dediyi zikirlərin mənasını başa düşməlidir.

Bura qədər qeyd etdiyimiz bu üç şərtin hamısı bir-birini tamamlayır. Yəni birinin olması, digərinin olmasını tələb edir. İbadət əsnasında bu şərtlərə kamil olaraq riayət etmək ixlası yaradar və ixlas da bütün ibadətlərin qəbul olunmasının əsas səbəbidir. Yuxarıda “Nisa” surəsindən münafiqlər haqqında qeyd etdiyimiz ayələrin davamında buyurulur: “...Ancaq (münafiqlərdən) tövbə edib, özlərini islah edənlər, Allaha möhkəm sarılıb ibadətlərini yalnız onun üçün ixlasla edənlər istisnadır. Bunlar möminlərlə bərabərdirlər və Allah möminlərə böyük mükafat verəcəkdir” (“Nisa”, 146). Deməli, münafiqlər riyakarlıqlarından sonra ixlas üzərində həyata qayıdarlarsa, Allah onları bağışlayar. İxlas, hədislərdəki ifadə ilə insanın yerinə yetirdiyi bütün ibadətlərin nəticə və mükafatını başqalarından deyil, yalnız Allahdan gözləməsidir. İxlas, yerinə yetirilən ibadətlərdə Allahdan başqa bütün fikir, niyyət, razılıq və qorxuların qəlbdən çıxarılması və qəlbdə yalnız Allaha yer verilməsidir.

Məlum oldu ki, mərifət, xuşu və xuzu ilə, yəni ixlasla yerinə yetirilən ibadətlər Allah tərəfindən qəbul olunar və insanı übudiyyət məqamına və təqvaya yetişdirər. Bu izahlardan sonra “Bəqərə” surəsinin 21-ci ayəsinin təfsiri məzmununu bu şəkildə də verə bilərik: “Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaradan Rəbbinizə ixlasla ibadət edin ki, təqvaya yetişəsiniz və əbd (qul) olmağa doğru gedəsiniz”. Artıq burada “ola bilsin ki” kəlməsi olmayacaqdır. Çünki insan ibadətlərin yalnız şəriət kitablarında buyrulduğu şəkillərinə tabe olmaqla qalmayacaq və onları dərin mahiyyətlə yerinə yetirəcək və ya buna doğru mümkün olduğu qədər səy edəcəkdir. Allah bizi Ona doğru

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana