February 03, 2020 10:31 PM
Dinsiz mömin kimdir?

Dinsiz mömin kimdir?

Əziz Peyğəmbərimizdən (s) nəql olunmuş bir rəvayətdə belə buyurulur:

إِنَّ اللهَ لَيُبْغِضُ الْمُؤْمِنَ الضَّعِيفَ الَّذِي لاَ دِينَ لَهُ. فَقِيلَ: وَمَا الْمُؤْمِنُ الضَّعِيفُ الَّذِي لاَ دِينَ لَه؟ قَالَ: الَّذِي لاَ يَنْهَى عَنِ الْمُنْكَرِ

Allah dini olmayan zəif mömini düşmən bilər.” Həzrətdən soruşulur: “Dini olmayan zəif mömin kimdir?” Buyurur: Pislikdən çəkindirməyən (nəhy əz münkər etməyən) şəxs.[1]

Doğrudan da “dini olmayan mömin” təbiri maraqlı görünür. Axı necə ola bilər ki, insan eyni zamanda həm mömin olsun, həm də dindən məhrum qalsın? Həzrət nəzərə çatdırır ki, bunun sirri həmin şəxsin pisliyə qadağa qoymamasındadır.

Pisliyə qadağa qoymayan müsəlmanın imanı zəifdir. Bu vəzifədən uzaqlıq onu bütün məsuliyyətlərdən kənarda saxlamışdır. O, başqalarının fəsad və günahını gördükdə susur, heç bir reaksiya göstərmir. Belə bir imanın imansızlıqla bir o qədər də fərqi yoxdur. Çünki Allah və İslama imanı olmayanlar da belə rəftar edirlər.

Əlbəttə ki, gizlində edilən günah fərqlidir. Söhbət aşkar günahdan gedir. Bazar və parklarda tez-tez bu sayaq günahlarla rastlaşırıq. Bunların yanından biganə ötmək bir növ razılıq əlamətidir.

Allahın hökmləri Onun namusudur. Əgər bir şəxsin namusuna təcavüz olunsa, o, sakit dayanarmı? Qeyrətli insanlar heç vaxt öz namusuna təcavüzə göz yummur. Bəs necə ola bilər ki, mömin insanın gözü qarşısında Allahın hökmləri, namusu ayaq altına atılsın? Mömin belə məqamlarda aram dayana bilmir. Bəzən möminlər belə səhnələrlə rastlaşdıqda, uzaq başı “subhanəllah” deyərək ötüb keçir və vəzifələrini yerinə yetirilmiş sayırlar.

Günah qarşısında sakit dayanmaq asan iş deyil. Əgər dəqiq təhlil etsək, günah və Allah qanunlarının ayaq altına atılması müqabilində sükut etməkhəmin işlərlə razılıqdır; bu isə Allahla düşmənçilik deməkdir. İmam Sadiq (ə) buyurur:

إِذَا رَأَى الْمُنْكَرَ وَلَمْ يُنْكِرْهُ وَهُوَ يَقْوَى عَلَيْهِ فَقَدْ أَحَبَّ أَنْ يُعْصَى اللهُ وَمَنْ أَحَبَّ أَنْ يُعْصَى اللهُ فَقَدْ بَارَزَ اللهَ بِالْعَدَاوَةِ

Əgər bir müsəlman bir pis işi görsə  gücü çatdığı halda onun qarşısını almasahəqiqətənbu işin görülməsi onu sevindirirAllaha qarşı günahla razılaşan insan, heç şübhəsiz, Allahla düşmənçiliyə qalxmışdır.[2]

Allahın qoyduğu hədlərin pozulması ilə razılaşan insan Allahla aşkar düşmənçilik etmirmi? Şərait yarandığı halda, pis işdən çəkindirməyənlər Allahla aşkar düşmənçilik edir. Günahla üzbəüz dayanıb susmaq haqqımız yoxdur. Hökmən narahatlığımızı bildirməli və həmin vəziyyəti dəyişmək üçün addım atmalıyıq.

İslam dini öz ardıcıllarının məsuliyyətli olmasını, günah qarşısında biganə dayanmamasını tələb edir. Bütün cəmiyyətə belə bir ruhiyyənin hakim olması İslamın amalıdır. Hər bir mömin özü dini vəzifələrinə əməl etməklə yanaşı, başqalarının da bu vəzifələrə biganə qalmamasına çalışmalıdır. Allahın qoyduğu hədlərə hörmət hamının vəzifəsidir. Bu istiqamətdə insan özü ilə başqaları arasında fərq qoymamalıdır. İnsan özü bu hədləri gözləməklə yanaşı, başqalarının da bu hədlərə təcavüzündən narahat olmalıdır. Əgər insan ətrafa belə bir münasibətdə olmasa, Peyğəmbər (s) onu dini olmayan zəif mömin sayır. Əsl mömin məsuliyyət hiss etməli, Allah hədlərinin pozulmasına biganə qalmamalıdır. Çoxları ibadət edir, amma başqalarının dinə münasibəti onun üçün fərqsizdir. Peyğəmbərlərin əsas məqsədlərindən biri Allah bəndələrində belə bir məsuliyyət hissi yaratmaq olmuşdur.[3]

 

Mənbələr:
[1].
(“Biharul-ənvar”, c. 72, səh.228, hədis 4, bab 112.)
[2]. (“Biharul-ənvar”, c.70, səh.303, hədis 15, bab 57.)
[3]. (“Peyame-Movla əz bəstəre-şəhadət” (Şəhadət yatağında Mövlanın öyüdü), Ayətullah Misbah Yəzdi, səh. 280-282.)

Maide.az

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana