February 14, 2020 12:57 PM
Quran

Quranın sirlərini anlamaq üçün ilahi müəllimlərə ehtiyac var

Allah-Taala Qurani-Kərimin “Ali-İmran” surəsinin 7-ci ayəsində buyurur:

هُوَ الَّذِيَ أَنزَلَ عَلَيْكَ الْكِتَابَ مِنْهُ آيَاتٌ مُّحْكَمَاتٌ هُنَّ أُمُّ الْكِتَابِ وَأُخَرُ مُتَشَابِهَاتٌ فَأَمَّا الَّذِينَ في قُلُوبِهِمْ زَيْغٌ فَيَتَّبِعُونَ مَا تَشَابَهَ مِنْهُ ابْتِغَاء الْفِتْنَةِ وَابْتِغَاء تَأْوِيلِهِ وَمَا يَعْلَمُ تَأْوِيلَهُ إِلاَّ اللّهُ وَالرَّاسِخُونَ فِي الْعِلْمِ يَقُولُونَ آمَنَّا بِهِ كُلٌّ مِّنْ عِندِ رَبِّنَا وَمَا يَذَّكَّرُ إِلاَّ أُوْلُواْ الألْبَابِ

“O, bu kitabı sənə nazil edən kəsdir. Onun (kitabın) bir hissəsi kitabın əsasını təşkil edən möhkəm ayələrdir. Onun bir hissəsi isə mütəşabehdir. Qəlbində azğınlıq olanlar fitnə yaratmaq (xalqı azdırmaq) üçün, eləcə də, ayələri istədikləri kimi təfsir etmək məqsədi ilə mütəşabeh ayələrə üz tuturlar. Halbuki bu ayələrin təfsirini Allahdan və elmdə qüvvətlilərdən başqaları bilmir. Belələri deyirlər: “Biz ona iman gətirmişik və bütün ayələr Rəbbimiz tərəfindəndir (istər möhkəm olsun, istər mütəşabeh.) Bundan yalnız düşüncə sahibləri öyüd götürərlər.”

Bu ayədən məlum olur ki, Quran ayələri iki qismdir: bəzi ayələrin məfhumu o qədər aydındır ki, onlarda heç bir inkara, sui-istifadəyə yer yoxdur. Onlar möhkəm ayələr adlandırılır. Başqa qismi isə mətləbləri çox dərinmənalı, bizim idrak dairəmizdən kənarda olan qeyb elmi, axirət aləmi, Allahın sifətləri və s. amillər barədə olduğundan onların həqiqi mənasını, sirlərini və həqiqətlərini dərk etmək üçün xüsusi elmi hazırlığa ehtiyac duyulur. Məhz bu ayədən istifadə edilərək onlar «mütəşabih ayələr» adlandırılır.

Yolunu azmış şəxslər adətən çalışırlar ki, bu ayələri əllərində bəhanə edərək haqqın əksinə olan təfsirlər irəli sürsünlər. Nəticədə camaatın arasında fitnə-fəsad salaraq onları haqq yoldan çıxartsınlar. Amma Allah-Taala və elmdə dərin biliyə malik olanlar bu ayələrin sirlərini bilir və camaat üçün şərh edirlər.

Əlbəttə, elm və bilik nəzərindən ön cərgədə olanlar (peyğəmbərlər və imamlar) onun bütün sirlərindən agahdırlar. Halbuki başqaları yalnız öz elm və bilikləri səviyyəsində ondan müəyyən və cüzi şeylər başa düşürlər. Məhz buna görə də, nəinki adi camaat, hətta alimlər belə Quranın sirlərini anlamaq üçün ilahi müəllimlərə ehtiyac duyurlar.[1]

Bu ayədə bir neçə sual bəyan olunur:

Sual: “Hud” surəsinin 1-ci ayəsində Quran öz ayələrini bütünlüklə möhkəm ayələr kimi təqdim edir. “Zumər” surəsinin 23-cü ayəsində isə bütün ayələr mütəşabeh sayılmışdır. Hazırkı ayədə isə bəzi ayələr möhkəm, bəziləri isə mütəşabeh ayələr kimi tanıtdırılır. Bütün bu fərqlər nə deməkdir?

Cavab: Quranın bütün ayələrinin möhkəm sayılması bu ilahi kitabda heç bir əsassız söz deyilmədiyinə işarədir. Bütün ayələrin mütəşabeh sayılmasının səbəbi isə ayələrdəki həmahənglik, oxşarlıqdır. Bununla belə, xalqın dərki baxımından ayələr eyni deyildir. Bəzi ayələr hamının başa düşəcəyi şəkildə aydın (möhkəm), bəziləri isə dərin və mürəkkəb mənalıdır (mütəşabehdir). Bu dərinlik bəzilərinin şübhə və səhvinə də səbəb olur.

Sual: Quranda mütəşabeh ayələrə yer verilməsində məqsəd nədir?

Cavab: Əvvəla, mütəşabeh ayələrin varlığı oxucunun ayələr haqqında düşünməsinə zəmin yaradır. İkincisi, mütəşabeh ayələr səbəbindən xalq səmavi rəhbərlərə müraciət edir. Bəli, bütün dərslər asan olsa, şagird müəllimə ehtiyac duymaz. Üçüncüsü, mütəşabeh ayələr xalqın sınaq vasitəsidir. Dolaşıq fikirli bəzi insanlar oxşar ayələr arasından öz hədəflərinə doğru hərəkət edirlər. Düşüncəli insanlar isə, imam Rizanın (ə) buyurduğu kimi, möhkəm ayələrə müraciət edərək, mütəşabeh ayələrin əsl mənasını öyrənirlər.[2]

Sual: Mütəşabeh ayələrin hansı nümunələri var?

Cavab: Quranda oxuyuruq: “Qiyamətdə gözlər öz Allahlarına baxar.”[3] Sağlam əql Allahın cisim olmadığını qavrayır. Quranın digər ayələrində buyurulur: “Gözlər onu dərk etməz.”[4] Anlaşılır ki, Allaha baxış qiyamətdə Onun lütf və mükafatına baxışdır. Başqa bir ayədə “Allahın əli” ifadəsi işlədilmişdir. Şübhəsiz ki, bu təbirdə məqsəd Allahın qüdrət əlidir. Öz dilimizdə də “fılankəsin fılan işdə əli var” deyirik. Məlum məsələdir ki, Allah cisim olmadığından Onun əl-ayağı haqqında danışmağa dəyməz. Quranda buyurulur: “Onun oxşarı yoxdur.”[5] Bu sayaq ayələr həqiqi təfsirçi olan Peyğəmbər Əhli-beytindən ayrı düşən və digər ayələrə nəzər salmayan sadəlövh insanların çaşqınlığına səbəb olmuşdur. Bəlkə də Quran bu təhlükələri nəzərə alaraq bizə tapşırır ki, Quran oxuyarkən şeytanın şərindən Allaha pənah aparaq.[6]

Sual: Quranın təvili nə deməkdir?

Cavab: “Təvil” dedikdə sonradan aydınlaşası, pərdə arxasındakı hədəflər, maarif və sirlər nəzərdə tutulur. Məsələn, həzrət Yusifin gördüyü yuxu sonradan aydınlaşdı. Xızır və Musanın əhvalatında gəminin sındırılması səbəbinin sonradan aydınlaşması da deyilənlərin bir nümunəsidir.

Elmdə möhkəm olanların nümunəsi məsum imamlardır.[7]

İslam hakimlərinə qarşı çıxanlar isə mütəşabeh ayələr arxasınca gəzən dolaşıq fikirli insanlardır.[8]

İmam Əli (ə) “Nəhcül-bəlağə”də elmdə möhkəm olanlar haqqında xoş sözlər söyləyir. Belələri öz elmi acizliklərini etiraf edir, zəruri olmayan məsələlərdə dərinə getmirlər.

Bildirişlər

1. Hər insan Quranın bütün ayələrini anlaya bilmir.

2. Azğın qəlblər fəsad və fitnə mənşəyidir.

3. Fitnə yalnız hərbi və fiziki təxribat deyil. Şəxsi rəy əsasında təfsir, əqidə və Quran ayələrinin təhrifi də fitnədir.

4. Bəzən haqq batilin əlində bəhanə olur.

5. İlahi ayələrin son məqsədini və uca qayəsini yalnız Allah və elmdə möhkəm olanlar bilir.

6. Elmdə möhkəm olanların (“rasix”) adı Allahın müqəddəs adı ilə yanaşı çəkilir. Allahın məqamından sonra onların məqamı gəlir.

7. Elmin dərəcələri var və elmin ən yüksək dərəcəsi təvillə tanışlıq və son məqsədə çatmaqdır.

8. Həqiqi alimlərdə təkəbbür olmur.

9. Batilə meyil elmdə möhkəmliyin maneəsidir. Elmdə möhkəm olanlarla qəlbində azğınlıq olanlar əks qütblərdə qərar tuturlar.

10. Hər başa düşmədiyimizi inkar etməyək.

11. Ayələrin möhkəm və mütəşabeh şəkildə nazil olması tərbiyəvi xarakter daşıyır.[9]

Quranın sirlərini anlamaq üçün ilahi müəllimlərə ehtiyac var

Mənbələr :
[1] “Təfsiri-nümunə”, uyğun ayənin təfsiri.
[2] “Biharul-ənvar”, c.2, səh.185.
[3] “Qiyamət”, 23
[4] “Ənam”, 103
[5] “Şura”, 11
[6] Bax: “Nəhl”, 98.
[7] “Nurus-Səqəleyn”.
[8] “Əd-durrul-Mənsur”, c.2, səh. 148.
[9] “Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 2-ci cild, “Ali-İmran” surəsi, 7-ci ayənin təfsiri.
Maide.az dan naql olur

 

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana