Ruhi-mənəvi yüksəliş üçün ən vacib məsələ

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

Şiələr

İslam dini

Dini hökmlər

Fiqh və şəri hökmlər

Mənəviyyat

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

əxlaq

İslam

İslam təhsili

Ziyaos-salehin site

Tövsiyələr və Mənəvi təlimatlar

Mənəvi şeirlər

Mənəvi Dərslik

kliplər

Şəkillər

Kitabxana

əxlaq
İslam
İslam təhsili
Ziyaos-salehin site
Tövsiyələr və Mənəvi təlimatlar
Mənəvi şeirlər
Mənəvi Dərslik
kliplər
Şəkillər
Kitabxana
əxlaq
İslam
İslam təhsili
Ziyaos-salehin site
Tövsiyələr və Mənəvi təlimatlar
Mənəvi şeirlər
Mənəvi Dərslik
kliplər
Şəkillər
Kitabxana
Ayətullah Xamenei

Ruhi-mənəvi yüksəliş üçün ən vacib məsələ

Əzizlərim, Ramazan ayı – mənəviyyat fəsli, mənəviyyat baharı, saflıq baharı başa çatmaq üzrədir; Ramazan ayının son günlərini yaşayırıq. Bu ayda sizin qəlbinizin, pak ruhlarınızın məhsuldar torpağı, inşallah, ilahi lütf və mərhəmətin narın yağışı ilə sulanarsa, bu, gələcəkdə öz bəhrəsini verəcək. Əlbəttə ki, gənclər üçün mənəvi kamilləşmə fəsli heç vaxt başa çatmır. Doğrudur, Ramazan ayının özünəməxsus cəhətləri var, özəllikləri var, lakin gənclərin mənən kamilləşməsi, inkişaf etməsi hər zaman mümkündür. Gənclər bu barədə mənə məktubla və ya hazırda mövcud olan əlaqə vasitələri ilə dönə-dönə suallar verirlər, mənəviyyat, ruhi yüksəliş və bu kimi məsələlər barədə nəsihət istəyirlər. Bu gün bu mövzuda müxtəlif cür təbliğatlar aparan, “mənəvi kamilliyin büsatı” və sair bu kimi adlar altında cürbəcür fikirlər yayan insanlar çoxdur. Onların hamısına etimad etmək olmaz; bəziləri bu gəlişigözəl sözlərlə yalnız şəxsi mənfəətini güdür, riyakardır, onlara inanmaq olmaz. Mən isə, bu mövzuda böyüklərimizdən bir kəlmə söz eşitmişəm və onu sizə demək istəyirəm: ruhi-mənəvi yüksəliş üçün ən vacib məsələ günahdan çəkinməkdir. Ən mühüm iş budur. Çalışın günahdan çəkinəsiniz. Günahlar da müxtəlifdir: dil ilə edilən günahlar var, gözə aid günahlar var, əllə edilən günahlar var – cürbəcür günahlar var. Günahları tanıyın və özünüzü onlardan gözləyin. Təqva! Təqva da elə budur: günahdan özünü gözləmək. Təhlükəli bir küçə ilə gedəndə dörd gözlə ətrafınıza diqqət yetirirsiniz; bax, təqva da belədir. Ehtiyatlı olun, özünüzü gözləyin ki, günahdan çəkinəsiniz. Mənəvi yüksəlişin ən başlıca yolu budur.
 

Əlbəttə, bundan dərhal sonra vacib əməlləri həyata keçirmək gəlir; vacib əməllər arasında da hamısından əhəmiyyətlisi namazdır; vaxtın əvvəlində, hüzuri-qəlblə qılınan namaz. Hüzuri-qəlb odur ki, namaz qıldığın vaxt kiminlə həmsöhbət olduğunu, kimə üz tutduğunu biləsən, buna diqqət yetirəsən. Bəzən namazda insanın diqqəti yayınır, eybi yoxdur. Yenidən diqqətini toplayan kimi özündə həmin haləti, yəni kimə üz tutduğunu bilmək hissini bərpa etsin və sona qədər qorumağa çalışsın; hüzuri-qəlb budur. Namazı hüzuri-qəlblə, vaxtın əvvəlində, əlindən gəldiyi qədər camaatla qılmaq – əgər bu məsələlərə riayət etsəniz, mənəvi yüksəlişə nail olacaqsınız, bir mələyə çevriləcəksiniz, mələkdən də uca olacaqsınız. Bunu bilin.
Siz gəncsiniz, qəlbiniz təmizdir, ruhunuz safdır, çirkinliklərə bulaşmamısınız və ya çox az bulaşmısınız. Bizim yaşımıza çatanda bu baxımdan insan bir çox çətinliklərlə qarşılaşır. Odur ki əgər bunlara riyaət etsəniz, başqa heç bir nəsihətə ehtiyacınız olmaz. Hansısa xüsusi zikrlərə və bu kimi işlərə heç bir lüzum yoxdur. Əlbəttə, çox yaxşı olar ki, Quranla ünsiyyətdə olasınız, hər gün bir neçə ayə də olsa, hökmən oxuyasınız; bunlar çox yaxşıdır. Amma vacib əməllərə qarşı çox diqqətli olun.

 

(Ali Rəhbərin mübarək Ramazan ayının 24-cü günü tələbələrlə keçirdiyi görüş zamanı etdiyi çıxış – 11/7/2015.)

 

Ziyaos-salehin , Maide.az dan n'ql edir

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :

https://telegram.me/az_ziaossalehin_ir

Paylaşma:
etiket:

    şərhlər

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.