-Ayətullah Muctehidi Tehraninin(r) Ramazan ayının gündəlik dualarına qısa təfsiri
Ramazan ayının 26-cı gününün duası

Ramazan ayının 26-cı gününün duasının təfsiri

اللَّهُمَّ اجْعَلْ سَعْيِي فِيهِ مَشْكُورا وَ ذَنْبِي فِيهِ مَغْفُورا وَ عَمَلِي فِيهِ مَقْبُولا وَ عَيْبِي فِيهِ مَسْتُورا يَا أَسْمَعَ السَّامِعِينَ

Duanın oxunuşu: Əllahumməc`əl sə`yi fihi məşkura, və zənbi fihi məğfura, və əməli fihi məqbula, və əybi fihi məstura, ya əsməəs samiin.

Duanın tərcüməsi: İlahi, bu gün mənim səyimi bəyənmiş, günahımı bağışlanmış, əməlimi qəbul olunmuş və eybimi örtülmüş qərar ver. Ey eşidənlərin ən yaxşı eşidəni!

Ramazan ayının 26-cı gününün duasının təfsiri

Allahın adı ilə
"İlahi, mənim səylərimi qiymətləndir"

İnsan əziyyət çəkir, bütün günü ac-susuz qalır, gecələri ibadətlə keçirir və səhərləri yorğun, məşəqqətlə iş başında olur. Heyf olar ki, bu əziyyətlər boşa getsin. Elə bil bir insan əkib-becərib, amma bir bəla gəlir, bütün əziyyəti hədər gedir və biçində heç nə əldə edə bilmir. Amma bu əməllər necə boşa gedə bilər? Əlbəttə ki, insanın öz əlilə. Bir qeybət edərsən, 40 gün əməlin aradan gedər. Kiminsə eybilə sənin nə işin var axı? Başqalarında balaca eyb axtarışındasan, amma öz böyük-böyük eyblərin qalıb. Duada Allahdan bizim zəhmətimizi qiymətləndirilməsini istəməyimizin mənası budur ki, bizə kömək olsun günah edərək etdiyimiz yaxşı əməllərimiz hədər olmasın.

"Günahlarımı bağışla"
Ramazan ayı möminin qazanc əldə etmə ayıdır. Bu ay çox bərəkətli aydlr. Oruc adamın yatmağı hətta nəfəs almağı belə savabdır. İnsanın bu ayda bağışlanma əldə etməyə müvəffəq olmaması təəccüb doğurar. Hz.Rəsuləllah (s) Şəbaniyyə xütbəsində buyurur ki, sizin çiyinləriniz günahlarla dolu ağır yüklə doludur. Bu ayda ibadət eməklə bu yükü boynunuzdan götürün. Bəli, günahlarımızdır bizi yaxşı əməlləri görməyə icazə vermir. Sübh namazına dura bilmirsənsə, günahlarının səbəbindəndir. Bir nəfər İmam Sadiqə(ə) dedi mən istəyirəm gecə namazı qlam, amma qıla bilmirəm. Buyurdu ki, günahların səni zəncirləyib. Əgər gecə namazı qılmaq istəyib amma qıla bilmiriksə günahlarımızın ucbatındandır. İnsan gərək günahlarından istiğfar eləsin. Bu ayın bərəkətindən çox istifadə edin. İftar edib yaxud obaşdan edib dərhal yatmayın. Bu ayın gecələrindən, səhərlərindən istifafə edin. Hədisdə buyrulur təəccüblüdür ki, insanlar itirdiyinin axtarışındadırlar, amma öz axtarışlarında deyillər. Vay o gündən insan özünü itirə, özünü tanımaya. Ramazan ayında gecə dəstəmaz alıb qaranlıq bir guşəyə çəkilib ixlasla, ürəkdən Allaha 100 dəfə deyin - axı mən kiməm? Özünü tanısan ki, kimsən gecə namazı qılmağa da həvəs oyanar.

"Əməllərimi qəbul et və eyblərimi ört"
Allahın əməllərimizi qəbul etməsini və etdiyimiz pis işlərimizi camaatdan gizli saxlamasını istəyirik. Allah da Səttarul-uyubdur. Yəni eyblərini gizlədəndir. Ərhəmər-rahimindir. Yəni rəhmlilərin rəhmlisidir deyə günahlarımızı gizli saxlayır. Yoxsa iki nəfər bir-birilə oturub durmazdı. Hədis buyurur bir-birinizin qəlbindəkiləri bilsəydiniz heç bir-birinizin meyitinə yaxın durmazsız. Mən özüm çox vaxt cənazə namazı qılmaqdan çəkinərəm. Hətta mərhumun özü vəsiyyət etmiş olsa belə ki, mən cənazə namazını qılım. Baxmayaraq ki, ölünün vəsiyyətini rədd etməzlər, mən rədd edərəm. Çünki həmin namazda deyirik ki, mən bundan xeyirdən başqa bir şey görməmişəm. Axı görmüşəm. Yenə tanımadığım adam olsa heç. Qohumlarımı ki tanıyıram. Necə yalan deyim? Əlbəttə ki, bunu mən özüm üçün sabit etmişəm. Başqaları ilə işim yoxdur. Sonda dualarımızın qəbul olması üçün deyirik

"Ey eşidənlərin ən yaxşı eşidəni"
Allah hamıdan yaxşı eşidəndir. Hətta ahəstə desən belə səni eşidər. Hz.Musa (ə) Allaha dedi: İlahi, yaxınsanmı sakit söhbət edim? Yoxsa uzaqsan fəryad edim? Allah cavabında buyurdu: Ey Musa, hər kim mənimlə söhbət edər, onu eşidərəm.

Ey eşidənlərin ən yaxşı eşidəni, bizim bu gün etdiyimiz bu bir neçə duamızı bizdən qəbul elə

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :

https://telegram.me/az_ziaossalehin_ir

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana