April 27, 2020 04:42 AM
-Ayətullah Muctehidi Tehraninin(r) Ramazan ayının gündəlik dualarına qısa təfsiri
Ramazan ayının 3-cü günün duası

Ramazan ayının 3-ci gününün duasının təfsiri

Rəhimli Allahın adı ilə

Ramazan ayının 3-cü günün duası

اللَّهُمَّ ارْزُقْنِي فِيهِ الذِّهْنَ وَ التَّنْبِيهَ وَ بَاعِدْنِي فِيهِ مِنَ السَّفَاهَةِ وَ التَّمْوِيهِ وَ اجْعَلْ لِي نَصِيبا مِنْ كُلِّ خَيْرٍ تُنْزِلُ فِيهِ بِجُودِكَ يَا أَجْوَدَ الْأَجْوَدِينَ

DUANIN OXUNUŞU

Əllahummərzuqni fihiz-zihnə vət-tənbih, və baidni fihi minəs-səfahəti vət-təmvih, vəc’əl li nəsibən min kuli хayrin tunzilu fih, bicudikə ya əcvədəl-əcvədin!

DUANIN TƏRCÜMƏSİ

Allahım! Mənə bu ayda zehn itiliyi və ayıqlıq əta et. Məni bu ayda səfehlik və səhvdən uzaqlaşdır. Mənə bu ayda nazil etdiyin bütün хeyirlərdən bir pay ver. Səхavətinə хatir, ey səхavətlilərin ən səхavətlisi!

Ramazan ayının 3-ci gününün duasının təfsiri

"Allahım mənə bu ayda zehin itiliyi və ayıqlıq əta et"
Əgər insan qəflətdən ayıq olsa, xeyli ləzzət alar. Bir çoxları namaz qılmırlar və dqnya malı və pul dalınca qaçırlar. Bu özü bir növ qəflətdir. Odur ki, bu ayda Allahdan istəyin qəflətdən ayıltsın sizi.
Zehin tərcümədə yaddaş, hafizə deməkdir. Bəzilərinin yaddaşı çox zəifdir. Hətta dünən nə yediyi yadında deyil. Niyə yaddaşları zəifdir? Çünki günah edirlər. Naməhrəmə baxarsan, əlbəttə yaddaşın gedər. Bir nəfər alimlərinn birinə dedi ki, yaddaşım zəifdir. Cavabında dedi ki, az günah elə. Bəli, elm bir fəzilətdir. Günahkar şəxsə fəzilət nəsib olmaz. Əgər müctehid olmaq istəyirsənsə, gərək yaddaşın olsun. Bu isə ancaq günah etməməklə mümkündür. Mərhum Ayətullah Burucerdi dərslərində Suyutidən şeir oxuyardı. Halbuki Suyutinin şeirlərini bizə oxuyarkən şeiri oxuduğu vaxtdan 70 ilə yaxın vaxt keçmişdi. Alim olmaq üçün gərək yaddaşın möhkəm olsun. Gərək ərəb ədəbiyyatına yaxşı bələd olasan. Ayə var ki, ona uyğun fətva versən bir hərfi səhv yadda saxlasan (təşdidlə oxusan) başqa cür fətva vermiş olarsan. 
Hafizənin möhkəm olması üçün gərək günah etməyəsən. Xüsusi dualar var bunun üçün. Məsələn namazdan sonra Məfatihdə olan "Subhanə mən la yəhtədi əla əhlih məmləkəti..." müştərək təqibat duasını oxuyun. Quran əzbərləyin. Ayətəl-kursi oxuyun. Bunlar hafizənin güclənməsinə səbəb olur. Ən əsası isə günah etməyin.

"Məni bu ayda səfehlik və səhvdən uzaqlaşdır"
Səfeh işlər günahlardır. Qeybət etməyək, yalan danşmayaq, uşaqların başını qatdığı işlərlə məşğul olmayaq. Bütün günü televizorunn abağında əyləşib əylənməyək. Bu işlər səfeh işlərdir. İnsan gərək elm oxusun, mütaliə etsin.

"Mənə bu ayda nazil etdiyin bütün хeyirlərdən bir pay ver"

Bu barədə Hz.Rəsuləllahdan(s) bir hədis deyim sizə. Əshabına buyurdu ki, sizə xeyirli bir əməl deyim ki, şeytan sizdən məşriq məğribdən necə uzaqdırsa elə uzaq dursun? Dedilər bəli, denən. Buyurdu ki, oruc tutun. Çünki oruc şeytanın üzünü qara edər. 
Deməli, xeyirli işlərdən biri elə orucun özüdür. Allaha dua edək ki, bizə bu ayda qismət eləsin oruc tuta bilək. Xəstələnməyimiz və yaxud başqa səbəb oruc tutmağımıza mane olmasın.
Hədisdə sonra buyurur ki, başqa xeyirli əməl sədəqədir. İmkanı olmayanlara yardım edin. Qonşularınızda belə adamları soraqlaşın. Elə adamlara kömək edin ki, bilirsiz ehtiyacı var, amma utanır kimdənsə yardım istəsin. Bilirsiz məsələn evində ət yoxdur. Ət alıb aparın ona. Əri ölüb və neçə nəfər uşaqla tək başına qalıb. Yardım edin ona. Hədis buyurur bu əməl şeytanın belini qırar.
Bundan başqa hədis buyurur xeyirli əməllərinizdən muğayat olun. Gecə namazı qılın. Allahla dostluq edin. Bu da şeytanın kökünü sındırar.
Hədis sonra buyurur: Çoxlu istiğfar edin. Allahdan bağışlanma diləyin. Bu əməl də şeytanın damarlarını qırar.
Hədis sonda buyurur hər bir şeyin zəkatı var, bədənin də zəkatı orucdur.
Bu gün və yaxud bütün Ramazan ayında nazil olan xeyirlərdən bizə də pay olmasını Allahdan istəyək.

"Səхavətliliyinə хatir ey səхavətlilərin ən səхavətlisi"
Allah bütün səxavətlilərdən daha səxavətlidir. 

Hər kəs səxavətlidirsə, Allah ondan daha səxavətlidir. Biz Allahın qədrini bilmirik. Allaha dua edək ki, bütün bunları bizə nəsib eləsin.

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :

https://telegram.me/az_ziaossalehin_ir

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana