Hacı İsmayıl Dolabi

Hacı İsmayıl Dolabidən (ə) mömincəsinə yaşamaq barədə tövsiyələr

Bismillahir-rəhmanir-rəhim

1. Hər vaxt həyatda qarşına bir problem çıxsa və yollar bağlansa, bil ki, bunu Allah etmişdir. Tez onunla xəlvətdə danışmağa çalış. De, mənimlə nə işin vardı ki, yolumu bağlamısan? Hər kəs giriftardırsa, həqiqətdə Yarın giriftarıdır.

2. Ziyarətini, namazını, zikrini, ibadətini, sonrakı ziyarət, namaz, zikr, ibadətə qədər qoru. Pis iş etmə, pis söz danışma, dava, mübahisə və bunun kimi lazımsız işlər etmə, onu sonrakına salamat çatdır. Əgər bunu edə bilsən, daimi olacaq. Daim ziyarətdə, namazda, zikrdə və ibadətdə olacaqsan.

3. Əgər bir evdə böyümüş qulam illər boyu öz ev sahibinin süfrəsində oturub, yeyib-içdikdən sonra bir gün qüssələnərək, sabah nə yeyəcəyik desə, bu onun sahibinə hörmətsizlikdir. Onun bu qüssəsi sahibini narahat edir.

Bir ömür Allahın rusisini yedikdən sonra sabahkı günümüzün ruzisi üçün qüssələnməyin və nigəran olmağın yeri yoxdur.

4. Keçmiş keçib və yoxdur, gələcək də gəlməyib və yoxdur. Qüssələr də ya keçmişindir, ya da gələcəyin. İndi ki, keçmiş və gələcək yoxdur, qüssə nə üçündür? Təkcə hazırkı zaman mövcuddur və onda da nə qüssə var nə də qissə!

5. Elə ki, ölümü qəbul etdin, bütün qəm-qüssələr gedir və təsirsiz olur. Elə ki, Əzrail ilə dostlaşdın qüssələrin azalacaq. Tez ölməyə tələsmək yox, ölümə hazır olmaq dəyərlidir. Ölümə hazırlıq olanda dünya həyatı böyük dəyərə malik olur. Ölümü yada salmaq dünyanı adamın gözündə kiçildir, axirəti isə böyüdür. Məhz bu baxımdan Əmirəlmöminin (ə) buyurur: “Dünyanın bir saatını bütün axirətə dəyişmərəm”. Tez ölməyə tələsmək yox, ölümə hazır olmaq lazımdır.

6. Türbət, bəlanı qaytarır. Bütün qızdırmalar, tufan və zəlzələlər ondan bir iynə ucu qədəri ilə sakitləşir. Möminin də axırı türbət olur. Hər hansı şəhərdə bir mömin dəfn edilsə, Allah bəlanı o şəhərdən uzaq edir.

7. Hər vaxt qüssələnsəz, özünüz üçün həmçinin, ölən və qalan və sonradan dünyaya gələcək bütün möminlər və möminələr üçün istiğfar edin. Qüssələndikdə bədəniniz yığılır, amma elə ki, istiğfar etdiniz bu yığılmalar açılır.

8. Yaxşı işləri təkrar etdikdə adətə çevrilir. Adətdən sonra isə ibadətə dönür. İbadət də mərifət gətirir. Sonra insanda gözəl adətlər yaranır, nəhayət vilayətlə nəticələnir.

9. Allah, bizdən sonrakı vaxtın ibadətini istəməmişdir, amma biz sonrakı illərin də ruzisini istəyirik. Halbuki, bir an sonra diri olacağımız məlum deyil.

10. Dodaqlarını tərpət, hətta sənə çətin olsa da. Gileylənmə və Allahın yaxşılıqlarını dilinə gətir. Hətta, yalan da hesab etsən, Allahı tərif et. Bu işi Allahın yaxşı Allah olması sənin üçün məlum olana kimi davam etdir. Onda öz zənnincə Allahı yalandan təriflədiyinin yalan yox, doğru olduğunu və Allahın doğrudan da yaxşı olmasını görəcəksən.

11. Hər nəyi tərifləsələr de, Allahın malıdır və Allahın işidir. Elə olmasın ki, Allahı örtəsən və onu özünə, ya başqalarına nisbət verəsən. Bundan böyük zülm yoxdur. Əgər bu nöqtəyə diqqət etsən, əmin-amanlıq vadisində olarsan.

Hər vaxt bir kəsi, ya bir şeyi tərifləmək istəsən, Rəbbini tərif et. Gəl, bu gündən qərara al ki, Ondan başqa sözün olmasın. Hər bir gözəllik və yaxşılıq görsən Rəbbini xatırla. Necə ki, Əmir əl-möminin Əli (ə) Zilhiccənin birinci on günlüyündəki duada oxuyur: “Aləmdə olan bütün şeylərin sayı qədər La ilahə illəllah”.

12. Möminlərini ürəklərinin bir-birinə qovuşması, kür suya qovuşmaq kimidir. Elə ki, Əli əleyhis-salama qovuşdu, dəryaya qovuşub. Tək şəxs az su kimidir və murdar ona yetişsə, murdar edəcək. Amma kür su murdar olmur, üstəlik murdarlığı da paklayır.

13. Allahdan başqa nə varsa, ürəyindən çıxart. “İlla”da təşdidi bərk tələffüz et ki, əgər bir şey qalıbsa, kökündən qazılıb atılsın və vücudun paklansın. Sonra “Allah” de, qoy bütün ürəyini təsərrüf etsin.

14. Allah buyurur: “Həqiqətən, insan çox həris yaradılmışdır!”. İnsan tamahkar yaradılıb. Allahın xəzinəsindən başqa heç bir şey insanın tamahını doyuzdurmur. Mələk və heyvanlar belə deyillər. Allah insanı Öz xəzinəsinə münasib yaradıb.

————————————————

Qaynaq: “Misbahul-huda”, Mehdi Təyyib.

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :

https://telegram.me/az_ziaossalehin_ir

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana