Quran surələri

Quran surələri ilə qısa tanışlıq – ‘Ər-Rəhman’ surəsi

“Ər-Rəhman“ surəsi Məkkədə nazil olmuş və 78 ayədən ibarətdir.

Bu surədə Allahın Öz bəndələrinə bəxş etdiyi müxtəlif (maddi və mənəvi) nemətlərindən bəhs edilir. Başqa sözlə, surə ilahi rəhmət və nemət surəsidir və ona görə də, Allahın geniş rəhməti mənasını daşıyan mübarək “Ər-Rəhman“ adı ilə başlayır, Allahın şövkət və kəraməti ilə sona yetir. Surədə “Fəbi-əyyi alai Rəbbikumə tukəzzibən“ (Elə isə, Rəbbinizin hansı nemətlərini təkzib edirsiniz?!) – təbiri 31 dəfə təkrarlanır. Yәni surәnin üçdә birindәn аrtıq hissәsi bu хitаbdаn ibаrәtdir və Аllаhın nеmәtlәri sаdаlаndıqdаn sоnrа qeyd olunan təbir tәkrаrlаnır.

Surәdә ilаhi nеmәtlәrin sаdаlаnmаsı “Əllәmәl-Qur’аn“ (Аllаh Quranı öyrәtdi) – cümlәsi ilә bаşlаnır. Qurаni-Kərim ilаhi nеmәtlәrin әn әzәmәtlisi оlduğundаn vә bu nеmәt digәr nеmәtlәrdәn üstün sаyıldığındаn Аllаh-Taаlа оnu digәr nеmәtlәrdәn qаbаq yаd еdir. Bәli, Qurаn nеmәtlәrin üstünüdür. О, dоğru yоlu göstәrir vә hаmını аrzu edilən хоşbәхtliyә dоğru sövq еdir.

Sözügedən surənin mütəşəkkil bir qismi rəhman Allahın nümətlərinin bəyanına həsr olunsa da, onun möhtəvasını bir neçə hissəyə bölmək olar:

1. Surənin müqəddiməsi və başlanğıc hissəsində yaradılış aləminin böyük nemətlərindən, təlim-tərbiyədən, hesab-kitabdan, əməl tərəzisindən, insanın rifahını təmin edən vasitələrdən, cismani və ruhani qidalardan söz açılır.

2. İkinci hissə insan və cinlərin yaradılış keyfiyyəti ilə bağlı izahatdan ibarətdir.

3. Üçüncü hissə Allahın yer və göylərdəki nişanələrinə həsr olunur.

4. Dörddüncü hissədə dünyəvi nemətləri aşaraq axirət nemətləri – bağlar, çeşmələr, meyvələr, gözəl zövcələr, cürbəcür libaslardan ibarət Behişt nemətləri diqqət və incəliklə şərh edilir.

5. Nəhayət, sonuncu hissədə günahkarların axır-aqibəti və şiddətli cəzalarına qısa şəkildə işarə olunur. Surənin əsas hissəsi Allahın mərhəməti ilə əhatə olunduğundan, bu hissəyə geniş yer ayrılmır; əksinə, Behişt nemətləri geniş şəkildə izah olunaraq möminlərin qəlblərinə şadlıq bəxş edilir, onlarda ümidvarlıq hissi oyadılır, qəm qübarı şövq fidanı ilə əvəz edilir.

“Fəbi-əyyi alai Rəbbikumə tukəzzibən“ (Elə isə, Rəbbinizin hansı nemətlərini təkzib edirsiniz?!) ayəsinin təkrarlanması surəyə xüsusi gözəllik bəxş edir. Surənin gözəl möhtəvasını və özəl cazibəsini nəzərə alaraq, Peyğəmbəri-Əkrəm (s) onu Quranın gəlini adlandırmış və buyurmuşdur:

لِکُلِّ شَیْءٍ عَرُوسٌ وَ عَرُوسُ الْقُرْآنِ سُورَةٌ الرَّحْمَنِ جَلَّ ذِکْرُه

“Hər bir şeyin gəlini var, Quranın gəlini isə “Ər-Rəhman“ surəsidir.”[1]

Ərəb dilində “ərus“ (gəlin) sözü təkcə qadına deyil, həm bəyə, həm də gəlinə (hər ikisinə) aid edilir. Başqa sözlə, toy mərasimində bəylə gəlin ən gözəl şəkildə bəzəndikləri və insanlar tərəfindən ehtiramla qarşılandıqları üçün hər ikisinə “ərus“ deyilir və ən gözəl, ən əziz varlıqlara şamil edilir.[2]

“Ər-Rəhman” surəsini tilavət etməyin fəziləti

Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan bir hədisdə belə oxuyuruq:

مَن قَرَأَ سورَةَ الرَّحمنِ رَحِمَ اللّهُ ضَعفَهُ وَأدَّى شُکرَ ما أنعَمَ اللّهُ عَلَیهِ

“Hər kim “Ər-Rəhman“ surəsini oxusa, Allah onun (nemətlərin şükrünü etməkdəki) zəifliyinə rəhm edər və ona bəxş etdiyi nemətlərin şükür haqqını Özü əda edər.”[3]

İmam Sadiq (ə) buyurmuşdur:

 مَن قَرَأَ سورَةَ الرَّحمنِ فَقالَ عِندَ کُلِّ «فَبِأَىِّ آلاَءِ رَبِّکُمَا تُکَذِّبَانِ» لا بِشَیْءٍ مِنْ آلائِکَ رَبِّ اُکَذِّبُ، فَإن قَرَأَهَا لَیْلًا ثُمَّ ماتَ ماتَ شَهیداً وَ إِنْ قَرَأَها نَهاراً فَماتَ ماتَ شَهیداً

“Hər kim “Ər-Rəhman“ surəsini oxusa və hər dəfə “Fəbi-əyyi alai Rəbbikumə tukəzzibən“ (Elə isə, Rəbbinizin hansı nemətlərini təkzib edirsiniz?!) – ayəsini oxuduqda, “Lə bişəy`in min alaikə Rəbbi ukəzzibu“ (Ey Rəbbim, Sənin nemətlərinin heç birini təkzib etmirəm!) – ibarəsini desə, o surəni istər gecə, istərsə də gündüz oxuyandan sonra vəfat edərsə, şəhid olaraq vəfat etmişdir.”[4])

 

Mənbələr :

[1] (“Əd-durrul-mənsur“, c.6, səh.140.)

[2] (“Təfsiri-nümunə“, c.23, səh.92-93.)

[3] (“Nurus-səqələyn“, c.5, səh. 187.)

[4] (“Səvabul-əmal“, səh.116; “Təfsiri-nümunə“, c.23, səh.94.)

 

Ziyaos-salehin Rza Şükürlü (Maide.az)dan nəql edir

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :

https://telegram.me/az_ziaossalehin_ir

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana

    Prev/Next links