April 29, 2020 04:18 AM
-Ayətullah Muctehidi Tehraninin(r) Ramazan ayının gündəlik dualarına qısa təfsiri
Ramazan ayının 5-ci gününün duası

Ramazan ayının 5-ci gününün duasının təfsiri

Mərhəmətli Allahın adı ilə

Ramazan ayının 5-ci günün duası

اللَّهُمَّ اجْعَلْنِي فِيهِ مِنَ الْمُسْتَغْفِرِينَ وَ اجْعَلْنِي فِيهِ مِنْ عِبَادِكَ الصَّالِحِينَ الْقَانِتِينَ وَ اجْعَلْنِي فِيهِ مِنْ أَوْلِيَائِكَ الْمُقَرَّبِينَ بِرَأْفَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ

DUANIN OXUNUŞU

Əllahumməc’əlni fihi minəl-mustəğfirin, vəc’əlni fihi min ibadikəs-salihinəl-qanitin, vəc’əlni fihi min əvliyaikəl-muqərrəbin, birə’fətikə ya ərhəmər-rahimin!

DUANIN TƏRCÜMƏSİ

Allahım! Məni bu ayda istiğfar edərək bağışlanma diləyənlərdən et. Məni bu ayda Öz itaətkar saleh bəndələrindən et. Məni bu ayda Öz yaхın övliyalarından et. Mehribanlığına хatir ey mehribanların ən mehribanı!

Ramazan ayının 5-ci gününün duasının təfsiri

"Allahım, məni bu ayda istiğfar edərək bağışlanma diləyənlərdən et"
İstiğfar edənlərdən olmaq üçün gərək əvvəla bağışlanmaq üçün şərait yaradasan. Haram yeyə-yeyə  istiğfar etmək ağılsızlıqdır.  Kiminsə malını yeyib sonra istiğfar etməzlər ki? Bunun istiğfarı üçün gərək kimin malını yemisən onu razı salasan. Əgər haram yemisənsə, gərək bundan sonra daha yeməyəsən ki, həmin haram tikə əriyib getsin. Gecədən səhərədək günah məclisində olan bunu ancaq gecəni əhya saxlamaqla aradan apara bilər. Bundan başqa gərək etdiyin əməldən peşman olasan. Yoxsa dildə istiğfar edib, amma xatırlayanda ləzzətlə yad etsən, buna istiğfar deməzlər. Etdiyin günahdan peşman olub, Allahdan çoxlu bağışlanma diləməlisən. Buyrulub ki, əsr namazından sonra 70 dəfə istiğfar edin. Çoxlu istiğfar etməyin faydaları var.
Hədis buyurur: Kim çoxlu istiğfar edərsə, 4 şey ona verilər.
1- Qəm-qüssəsi aradan gedər. İraqda, Əfqanıstanda, Fələstində müsəlman öldürülürsə, mən qəmlənirəm. Çünki hədis buyurur: Şərqdə əziyyət çəkən şiəyə görə, qərbdə yaşayan şiənin qəlbi qəmlənməsə o İsə deyil. Çünki qəlblər bir-biri ilə əlaqədədirlər. Belə isə çoxlu istiğfar edək.
Mən qəm-qüssəli olanda özüm çoxlu istiğfar edirəm və qüssəm aradan gedir.

2- Budur ki, çoxlu istiğfar etməklə qorxudan amanda qalarsan. Yəni istiğfar etməklə həmin təhlükə aradan götürülər.

3-Maddi çətinliklər zamanı istiğfar edin. Amma gərək dediyim istiğfar üçün şəraiti yaradıb istiğfar etməyi unutmayasan gərək. Maddi çətinliklər zamanı çoxlu istiğfar etsən Allah həmin çətinliyin açarını sənə verər və həmin çətinliklərdən qurtularsan.

4-cü Çoxlu istiğfar etsən güman etmədiyin yerdən ruzin gələr. Amma ruzi təkcə pul deyil. Yaxşı həyat yoldaşı ruzidir, yaxşı dost ruzidir, yaxşı yol yoldaşı ruzidir. Səfərə çıxmamışdan çoxlu istiğfar etsəz yaxşı səfər yoldaşı çıxar qarşınıza. Bunlar hamısı yoxlanılmış işlərdilər.

"Məni bu ayda itaətkar və saleh bəndələrindən et"

İtaətkar olmaq nə deməkdir?

Görmüsüz bəzi uşaqlar valideynlərinin sözünə necə qulaq asırlar. Valideynləri də buna görə onları çox sevirlər. Eləcə də biz əgər Allahın dediklərinə itaət etsək, Allah bizi çox sevər.

"Məni bu ayda yaхın övliyalarından et"

Allahdan istəyirik bizi öz yaxın dostlarından qərar versin. Allahın yaxın dostları kimlərdir ?Hədisdə buyurulur: Cənnətdə Allaha deyilər:  Filankəs çox mömin idi, amma onu cənnətdə görmürəm. Xitab olunar ki, o Allahın öz yanındadır. Yəni xüsusi behiştdədir. Quran özü bu haqda buyurur:  Onlar Qadir Allahın hüzurunda olacaqlar. Onlar ibadəti Allahın özünə görə edənlərdilər. Allaha ibadətlərini cəhənnəm qorxusundan yox, cənnət, huriyə görə yox, sırf Allahın özünə görə, Allahı sevdiklərinə görə edərdilər. Xoş onların halına. Biz də dua edirik ki, onlardan olaq.

"Mehribanlığına хatir ey mehribanların ən mehribanı"

Allahın rəhmi çox genişdir. İnsanın anası, atası onu nə qədər sevir? Hədis buyurur: Məhəbbətlər 100 hissədir. Onun 1 hissəsi dünyada olan məhəbbətlərdədir. Qalan 99 hissəsi isə yalnız Allaha məxsusdur. Biz Allah dedikdə O xoş gəlmisən deyər. Biz bir addım atarıqsa, O bizə tərəf qaça-qaça gələr. Allahdan istəyək bu Ramazan ayında etdiyimiz bu duaları qəbul eləsin .

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :

https://telegram.me/az_ziaossalehin_ir

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana