June 04, 2020 06:11 PM
Əmr be mə’ruf və nəhy əz münkər

Əmr be mə’ruf və nəhy əz münkəri tərk etməyin aqibəti

إِنَّ اللّهَ لاَ يُغَيِّرُ مَا بِقَوْمٍ حَتَّى يُغَيِّرُواْ مَا بِأَنْفُسِهِمْ

Hər hansı bir tayfa öz tövrünü dəyişməyincə, Allah taala da onun tövrünü dəyişməz.[1]

Həzrət İmam Hüseyn (ə) Kərbəlaya tərəf hərəkət etdikdə "Beyzə” adlı bir yerdə Peyğəmbəri Əkrəm (s)-in dilindən bu xütbəni oxudu:

اِنَّ رَسُولَ اللهِ (ص) قَدْ قَالَ فِى حَيَاتِهِ مَنْ رَاى سُلْطَانًا جَائِرًا مُسْتَحِلاًّ لِحُرُمِ اللهِ نَاكِثًا لِعَهْدِ اللهِ مُخَالِفًا لِسُنَّةِ رَسُولِ اللهِ يَعْمَلُ فِى عِبَادِ اللهِ بِالْإِثْمِ وَ الْعُدْوَانِ ثُمَّ لَمْ يُغَيِّرْ بِفِعْلٍ وَ لاَ قَوْلٍ كَانَ حَقًا عَلَى اللهِ اَنْ يُدْخِلَهُ مُدْخَلَهُ

"Əgər bir nəfər, zalım bir sultanın zor gücünə hakimiyyət sürdüyünü, əldə etdiyi iqtidarı hesabına bəndəçilik əhdi olan ilahi peymanı sındırdığını, Allah hökmlərindən boyun qaçıraraq, Peyğəmbər (s)-in əmrlərinə itaət etmədiyini və xalqa rəftarında həddini aşdığını görsə və onu öz sözü və əməli ilə düz yola də’vət etməsə onu əyri yoldan döndərməyə çalışmasa, Allahın haqqıdır ki, onu da həmin zalımla birlikdə cəhənnəmə daxil etsin. Beləliklə də, zalımlar cərgəsində qərar tutsun.”

(Yə’ni, zalımın zülmünü görüb, onunla mübarizə aparmayan müsəlmanın yeri cəhənnəmdir.)[2]

قَالَ أَبُو جَعْفَرْ عَلَيْهِ السَّلاَم:

أَوْحَى الله إِلَى شُعَيْب النَّبِىّ عَلَيْهِ السَّلاَم: إِنِّى لَمُعَذِّبٌ مِنْ قَوْمِكَ مِئَةَ اَلْفٍ أَرْبَعِينَ اَلْفًا مِنْ شِرَارِهِم وَ سِتِّينَ اَلْفًا مِنْ خِيَارِهِمْ فَفَالَ يَا رَبِّ هؤُلاَءِ الاَشْرَارِ فَمَا بَالُ الاَخْيَارِ فَاَوْحَى الله عَزَّ وَ جَلَّ إِلَيْهِ: إِنَّهُمْ دَاهَنُوا اَهْلَ الْمَعَاصِى وَ لَمْ يَغْضِبُوا لِغَضَبِى

İmam Baqir (ə) buyurmuşdur: Allah taala Şüeyb peyğəmbərə vəhy edərək buyurur: Sənin qövmündən yüz min nəfər adamı əzab edəcəyəm ki, onlardan qırx min nəfəri günah əhli, altımış min nəfəri isə yaxşı adamlardır.

Həzrət Şüeyb peyğəmbər (ə) təəccüblə dedi: Ey mənim Pərvərdigarım! "Günah əhli olan qırx min nəfəri əzab etmək istədiyini başa düşdüm, amma yaxşı adamları niyə?”

Allah taala ona vəhy edib buyurdu: Çünki onlar günah əhli ilə saziş və pis əməllərinin üstünü ört-basdır edirlər. Mən qəzəbləndiyim işlərə, onlar qəzəblənmir.[3]

عَنْ اَبِى عَبْدِ الله عليه السلام إِنَّ الله عَزَّ وَ جَلَّ بَعَثَ مَلَكَيْنِ إِلَى اَهْلِ مَدِينَةٍ لِيُقَلِّبَاهَا عَلَى اَهْلِهَا فَلَمَّا اِنْتَهَيَا اِلَى الْمَدِينَةِ وَ جَدَا رَجُلاً يَدْعُوا الله وَ يَتَضَرَّعُ فَقَالَ اَحَدُ الْمَلَكَيْنِ لِصَاحِبِهِ اَمَا تَرَى هذَا الدَّاعِىَ؟ فَقَالَ قَدْ رَاَيْتُهُ وَ لكِنْ اَمْضِ لِمَا اَمَرَ بِهِ رَبِّى فَقَالَ لاَ وَ لكِنْ لاَ اُحَدِّثُ شَيْئًا حَتَّى اُرَاجِعَ رَبِّى فَعَادَ اِلَى اللهِ تَبَارَكَ وَ تَعَالَى فَقَالَ يَا رَبِّ اِنِّى اِنْتَهَيْتُ اِلَى المَدِينَةِ فَوَجَدْتُ عَبْدَكَ فُلاَنًا يَدْعُوكَ وَ يَتَضَرَّعُ اِلَيْكَ فَقَالَ اِمْضِ بِمَا اَمَرْتُكَ بِهِ فَاِنَّ ذَا رَجُلٌ لَمْ يَتَمَعَّرْ وَجْهُهُ غَيْظًا لِى قَطُّ.

İmam Sadiq (ə) buyurub: Allah taala iki mələyə bir şəhəri alt-üst etməyi əmr edir. Mələklər həmin şəhərə çatdıqda gördülər ki, bir abid Allah taala ilə razu-niyaz edir.

Mələklərdən biri digərinə dedi: Bu dua edən abidi görürsən?

O biri mələk dedi: Bəli görürəm, amma sən öz vəzifəni icra et (yə’ni şəhəri alt-üst et).

Əvvəlki mələk dedi: Mən Pərvərdigarıma müraciət etməyincə bir iş görən deyiləm. Sonra həmin mələk Allahın dərgahına qayıdaraq xitab etdi: Pərvərdigara! Mən şəhərə çatdıqda gördüm ki, filan bəndən sənə dua və razu-niyaz edir. Əmrinə əməl edək, yoxsa əmr dəyişib.

Allah taala buyurdu: Əmr öz qüvvəsindədir, gedin şəhəri viran edin. Çünki heç vaxt bu adamın üzünün rəngi mənə xatir bozarıb, qeyzlənib dəyişməyibdir. Yə’ni bu şəxs şəhər əhlinin günah etdiyini gördüyü halda, çöhrəsində e’tiraz əlaməti olaraq qəzəb, narazılıq görünməyibdir.[4]

 

Mənbələr :
[1]. 
(Rə’d surəsi, ayə 11)
[2]. (Biharul-ənvar, cild 44, səh. 382, bab 37, rəvayət 2)
[3]. (Azərəxşi digər əz asimane Kərbəla, səh. 103)
[4]. (Üsuli-kafi, cild 5, səh. 58, rəvayət 8)

 

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :

https://telegram.me/az_ziaossalehin_ir

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana