June 17, 2020 03:23 PM
İmam Sadiq (ə)

İmam Sadiqin (ə) təvazökarlıq haqda buyurduqları

Təvazökarlıq böyük şəxsiyyətlərin şərəf və izzətinin göstəricisidir. İmam Sadiq (ə) müsəlman bir şəxsin bu libasa bürünməsini zəruri hesab etmiş və bir çox hədislərində bunu təkidlə vurğulamışdır. O cümlədən:

1. “Təvazökarlıq şərəf zirvəsinə aparan yollardan biridir.”[1]

Bu qızıl kəlam bəlağət çırağının nurudur. İnsan şərəf və izzət məqamına çatmaq üçün, mütləq bu çıraqdan istifadə etməlidir.

 

2. “Məclisdə bir yerdə oturmaqla kifayətlənmək, rastlaşdığın şəxsə salam vermək, haqlı olsan da mübahisəni tərk etmək və təqvaya görə təriflənməyi sevməmək təvazökarlıqdandır.”[2] 

Bu hədis təvazökarlığın həqiqətini göstərən bəzi sifətlərə işarə edir:

a) Təkəbbürlü insanların məclisin yuxarı başında oturmağa həris olması təvazökarlıqdan uzaqdır;

b) Rastlaşdığın şəxsə birinci salam vermək təvazökarlıq əlamətidir. Çünki bu, nəfsin saflığını, təkəbbür və xudbinlikdən uzaqlığını aşılayır.

c) Xüsusilə elmi məsələlərdə mübahisəni (“cidal”ı) tərk etmək təvazökarlıq əlamətidir.

ç) Bir şəxsin öz elminə, ədəbinə və təqvasına görə təriflənməsini sevməməsi təvazökarlıq nişanəsidir. Onlara görə təriflənməyi sevən insan isə, şübhəsiz, təkəbbürə meyillidir.

 

3. “Simiclik və paxıllıqla qatqılı təvazökarlıq təkəbbürlə qatqılı səxavətdən yaxşıdır.”[3]

Həqiqətən, təvazökarlıq insanın bütün naqisliyini örtür, ictimai məqamını ucaldır və məhəbbətini insanların qəlbinə salır.

 

4. “Yaxşılıq, yumşaqlıq və təvazökarlıq cövhər mədənindən və axirət şərəfindən sayılır.”[4]

İnsanı bu dünyada ucaldan və kəramət sifətlərindən sayılan yaxşılıq və təvazökarlıq axirətdə də insan üçün şərəf olacaqdır.

 

5. “Şərəfli insanın təvazökarlığı onun şərəfini daha da artırar.”[5]

Həqiqətən, şərəfli insanın təvazökarlığı onun böyüklüyündən doğur və ona şərəf, izzət qazandırır.

 

6. “Hər bir fəzilətdən daha fəzilətlisi möminlərə qarşı təvazökar olmaqdır.”[6]

Möminlərə qarşı təvazökarlıq ən üstün və fəzilətli təvazökarlıq sayılır. Amma varlı adamların qarşısında təvazökarlıq məzəmmət olunmuşdur.

 

7. “Allahın ən çox sevdiyi varlıq təvazökarlardır.”[7]

Təvazökarlar Allah-Taalanın ən çox sevdiyi və Ona ən yaxın olan kəslərdir.

 

8. “Hər bir peyğəmbər öz qövmünü yaxşılıq və təvazökarlığa dəvət etmişdir.”[8]

Şübhəsiz, dəvət və təbliğatda məqsədə çatmaq üçün təvazökarlıq və gözəl əxlaq şərtdir. Peyğəmbərlərin risalət və missiyası da təvazökarlıq və gözəl əxlaq üzərində qurulmuşdur.

 

9. “Rastlaşdığın hər bir şəxsə salam vermək təvazökarlıqdır.”[9]

 

10. “İzzət və şövkət sahibi olan Allahın dərgahında əyilməyən şəxsə heç bir izzət və şərəf, Onun dərgahında təvazökarlıq etməyən şəxsə ucalıq yoxdur.”[10]

Həqiqətən, izzət və şərəf hər bir kəramət və şərəfin mənbəyi olan Allahın dərgahında əyilməkdir. Ən yaxşı təvazökarlıq da elə budur.

Bunlar İslam dünyasında elmi-ideoloji hərəkatın təsisçisi İmam Sadiqdən (ə) nəql olunmuş bəzi hədislərdir.

 


Mənbələr :

[1] (“Əl-məsdərul-mutəqəddim”, c.3, səh.321.)
[2] (“Həyatul-İmam Cəfər əs-Sadiq (ə)”, c.3, səh.321.)
[3] (“Həyatul-İmam Cəfər əs-Sadiq (ə)”, c.3, səh.321.)
[4] (“Həyatul-İmam Cəfər əs-Sadiq (ə)”, c.3, səh.321.)
[5] (“Əl-hikəmul-Cəfəriyyə”, səh.66.)
[6] (“Əl-hikəmul-Cəfəriyyə”, səh.66.)
[7] (“Əl-hikəmul-Cəfəriyyə”, səh.66.)
[8] (“Əl-hikəmul-Cəfəriyyə”, səh.66.)
[9] (“Əl-xisal”, səh.12.)
[10] (“Məcmuətu-Vərram”, c.2, səh.152.)

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :

https://telegram.me/az_ziaossalehin_ir

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana