June 24, 2020 10:44 AM
Ayətullah Cavadi Amulinin məhzərində
Əxlaq

Batini teyyul-ərz

İslam təlimlərində buyurulur ki, əgər pis bir işə mürtəkib olsan, dərhal xeyir əməl et ki, sənin pis əməlinin əvəzi çıxsın.[1] Çünki pisliklər toplaşdıqca, insanın canında çirkinliklər yaradır, onu kor və kar edir.Bunun üçün daim Allahı zikr etməyi tövsiyə ediblər.

Bəzi dini göstərişləri yerinə yetirmək üçün müəyyən vaxtlar təyin edilmişdir. Məsələn Qurani-kərimdə buyurulur:

إِنَّ الصَّلَاةَ كَانَتْ عَلَى الْمُؤْمِنِينَ كِتَابًا مَوْقُوتًا

“Namaz möminlərə bəlli vaxtlarda vacib edilmişdir”.[2]

Lakin Allahı zikr etmək üçün vaxt təyin edilməmişdir. Necə ki, Qurani-kərimdə buyurulur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اذْكُرُوا اللَّهَ ذِكْرًا كَثِيرًا

“Ey iman gətirənlər! Allahı çox zikr edin!”[3]

Allahı davamlı olaraq xatırlamaq insanın qəflətə düşməsinin qarşısının alınmasına səbəb olur.

Nəql olunub ki, Peyğəmbər (s) bir bağın yanından keçirdi. Ağac əkməyə məşul olan bağbana buyurdu: “İstəyirsən, sənə daha faydalı ağac əkməkdən xəbər verim?” Bağban dedi: Bəli, ey Allahın rəsulu! Peyğəmbər (s) buyurdu: “Sənin əkdiyin ağacın meyvəsi müvəqqətidir. Amma hər gün səhər və axşam desən: Subhanəllahi, vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər” – Subhan Allah hər bir təsbihin müqabilində sənin üçün cənnətdə bir meyvə ağacı əkər və bu ağac həmişə meyvə verər.[4]

İmam Baqir (ə) buyurdu:

مَن قالَ سُبحانَ اللهِ وَ الحمد للهِ وَ لَا إلهَ إلّا اللهُ وَ اللهُ أکبر، خَلَقَ اللهُ مِنها أربَعة أطیارِ تُسَبّحهُ وَ تُقَدّسهُ و تُهَلّلهُ إلی یَومِ القیامة

“Hər kəs bu dörd təsbihi (Subhanəllahi, vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər) desə, Mütəal Allah bu zikrlərdən dörd quş yaradar və o quşlar Qiyamət gününə kimi Allahı təsbih, təqdis və təhlil edərlər”. [5]

Bu əməllərin təcəssümünün nişanəsidir. Allahın bu dörd zikrə xatir yaratdığı quşlar yerdə və göydə deyildir, onlar zikr və təsbih deyənin canında vücuda gəlir. O vaxt salik mömin uçuşu öz daxilində hiss edir və zahiri teyyul-ərzin əvəzinə teyyul-ərzi və səmavi batini qazanır, yəni bir yerdə oturduğu halda dünyəvidir və bir guşədə oturmuşdur.

————————————————

Qaynaq: Ayətullah Cavadi Amuli, “Əməli irfani də pərtovi elmi vəhyani”.

Mənbələr :
[1]. (“Əmali”, Tusi, səh. 186.)
[2]. (“Nisa” surəsi, ayə 103.)
[3]. (“Əhzab” surəsi, ayə 41.)
[4]. (“Əl-məhasin”, c. 1, səh. 37, “Bihar əl-ənvar”, c. 83, səh. 257.)
[5]. (“Əl-məhasin”, c. 1, səh. 37, “Bihar əl-ənvar”, c. 90, səh. 172.)

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :

https://telegram.me/az_ziaossalehin_ir

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana

    Prev/Next links