July 17, 2020 05:43 AM
Zirinc

Zirincin müalicəvi xüsusiyyətləri

Zirinc orqanizmə güclü təsir edən müalicəvi xüsusiyyətlərə malikdir. Onun tərkibi karbohidratlar, makro və mikro elementlər, K, E vitaminləri, 11 növ alkoloid, limon və alma turşusu, tanin və qətran maddəsi ilə zəngindir.

Qədim Misirdə ondan qanı təmizləmək, Çin həkimləri bir çox xəstəliklərin müalicəsi, slavyan təbibləri isə bitkinin kök və qabığından hazırlanan cövhərdən soyuqdəymə və qanaxmalar zamanı istifadə ediblər. Onun meyvə, kök və gövdəsi vasitəsilə yun və dəri məmulatları sarı rəngə boyanırdı.

zirinc meyvələrinin şirəsi qızdırmasalıcı, mikrob əleyhinə və qankəsici təsir göstərir.

Tikanlı və yarpağını tökən kol bitkisi olan zirincin qırmızı rəngli xırda meyvələrinin turş dadına və faydalı xüsusiyyətlərinə görə bəzən “şimal limonu” da adlandırırlar.

Zirinc göbələk əleyhinə təsirə malikdir və qocalmanı ləngidir. Zirinc kökünün dəmləməsi göz xəstəlikləri zamanı islatma kimi tətbiq edilir. Bundan başqa, zirincin meyvəsi və ondan alınan cövhər mədə-bağırsaq sistemi və ağciyər xəstəlikləri zamanı qəbul edilir.

İkinci dərəcəli şəkərli diabet xəstələrinə hər gün zirinc qəbul etmək məsləhət görülür, çünki onun qanda insulin və şəkərin normalaşdırmaq xüsusiyyəti var.

Zirinc qanda xolestrolun miqdarını da azaldır. Həkimlər aktiv həyat tərzi yaşayaraq özünü gün ərzində yorğun və halsız hiss edənlərə zirinc çayı içməyi məsləhət görürlər. Lakin onun qəbulu zamanı diqqətli olmaq lazımdır.

Zirinc əzələlərin aktivliyini artırır və ona görə də hamiləlik zamanı zirinc və onun yarpaqlarından hazırlanan dəmləmələri qəbul etmək məsləhət görülmür. Sakitləşdirici preparatlar qəbul edən zaman həmin dəmləmələrdən istifadə etmək olmaz.

Bu dərmanın sedativliyinin artmasına səbəb ola bilər və xəstələrdə baş gicəllənmə, ürək bulanma, qıcolma, burun qanamaları müşahidə oluna bilər.

Tibdə zirincin spirtli çıxarışı hepatitlərin, öd daşı xəstəliyinin müalicəsində və uşaqlıq qanaxmasının qarşısını almaq məqsədilə tətbiq olunur. Ev şəraitində həmin cövhəri hazırlamaq çox asandır.

Bunun üçün 20 qram zirinc yarpağı 100 qram 70 faizli spirtdə 15 gün müddətində isti və quru yerdə saxlanılır. Alınan tünd-sarı rəngli cövhərin turşməzə dadı olur. Onun qəbulu ən çox fibroma zamanı və abortdan sonra baş verən qanaxmalarda səmərəli vasitə sayılır.

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :

https://telegram.me/az_ziaossalehin_ir

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana