July 30, 2020 12:00 PM
Ayətullah Mirzə Cavad Mələki Təbrizinin məhzərində
Zulhiccə ayı

Zilhəccə ayı ayının fəziləti

Müraqibət əhlinin ən mühüm işlərindən biri də şərəfli mənzillərin və zamanların şərafət və fəzilətini tanımaq, onların faydalarını bilməkdir. Ramazan ayının ən yaxşı aylardan və onun günlərinin ən yaxşı günlər, saatlarınn ən yaxşı saatlar olmasına baxmayaraq, Zulhiccə ayının bəzi günlərinin fəzilətinin Ramazan ayından daha çox olması qeyd olunmuşdur.

Bunların arasını toplamaq üçün belə deyə bilərik:

Ramazan ayı digər aylardan zatən üstündür. Qədir günü isə vilayət məsələsi, dinin kamil olması və nemətlərin tamamlanması bu gündə baş verdiyi üçün fəzilətlidir.

Ya da belə deyək ki, Ramazan ayının rəvayətləri Qədir rəvayətləri ilə təxsislənib.

Yaxud da belə deyək ki, onların hər birinin bir cəhətdən üstünlüyü vardır, hər cəhətdən yox.

Hər halda Zulhiccə ayı çox önəmli bir aylardandır və müraqibə əhlinin bu mənzildə dayanacaqları vardır. Ona görə də müraqibə ilə məşğul olanlar bəndəlik hökmünə əsasən və maraqibənin haqqını yerinə yetirmək üçün bu aya qəflətlə daxil olmamalı, onun hörmətini qorumalıdır. Üstəlik, onun üçün zəruridir ki, bu ay daxil olmamış özünü o ay üçün hazırlasın. Çünki bu ay saleh və pak-pakizələrin, qüds əhlinin və nurların məhzəridir. Bu böyüklərin hüzuruna nail olmaq istəyən kəs onlar kimi geyinməli, onların formasına düşməli, onlarla uyğunlaşmalıdır ki, onlar da bu şəxslə yoldaş olmaqdan çəkinməsin. Onlar paklanmış nəfslər və qəlblər, gözəl əxlaq və saleh əməl sahibləri, dözümlü alimlər, təqvalı yaxşılıq edənlər, hikmət sahibi olan ariflər, pərhizkar keşikçilər, gecələri ibadətlə məşğul olanlar, gündüzlər oruc tutanlar, təvəkkül edən zakirlər, razı müsəlmanlar, həmd-səna ilə məşğul olan təsbeh deyənlər, la ilahə illəllah deyənlər, təkbir deyənlər, doğruçu və xalis müvəhhidlərdir.

Əgər sən də onlardansansa, xoş halına. Amma onlardan deyilsənsə, təlaş et ki, onlar kimi olasan və onların xüsusiyyətlərini əldə edəsən. Əgər belə edə bilməsən və onlar səni öz hüzurlarına qəbul etməsələr, onda onların kərəminə təvəssül et, xəcalətlə və üzr istəməklə özünü onların xidmətçisi və qulamı yerinə qoy. Eyni halda bacardığın qədər özünü onlara oxşat, həyat və canını fəda etməklə o böyük məhzərlərdə və seçilmiş mənzillərdə hüzur üçün lazım olan rəğbət və hazırlığa yetişə biləsən. Çünki onlar kərəm əhlidir. Onlarla müamilə edənlər zərər-ziyan görməyib. Onların ardınca gedənlər həlak olmur. Özünü onların hüzuruna çatdıranlar nicat tapıb. Onlarla yoldaş olan kəslər izzət qazanıb.

Mütəal Allah onları öz böyüklüyü ilə tərbiyə və pərvəriş edir, onların ardıcıllarını çətinliyə salmır, üstəlik, onları sevir və Öz Kitabında da buyurub: “(Ya Rəsulum!) De: Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin”. Əgər Peyğəmbər (s) bir kəsi özünə yaxın etsə, Allah da onu özünə yaxın edəcək, əgər bir kəsi əziz tutsa, Allah da onu əziz tutacaq.

—————————————–

Mənbə: “Əl-Muraqibat”, Mirzə Cavad Mələki Təbrizi, Zulhiccə ayının əməlləri.

 

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :

https://telegram.me/az_ziaossalehin_ir

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana