Həyatda kimə etimad edir və inanırsınız? Hansı şəraitdə və hansı şərtlərlə? Sizcə başqalarının sözünə və iddialarına inanmaq və etimad etmək olar?
Heç vaxt! Çünki söz və əməl arasındakı fasilə çoxdur. Nə çoxdur o kəslər ki, sözlərinin ətri ürəkləri özünə cəzb edir, insanları heyrətə salır, lakin əməlləri murdar leş iyi verir. Buna görə də, heç kimin (zahirdə olan) xoş rəftarına, cazibəli görünüşünə aldanmamalı və kimsəyə imtahansız inanmamalıyıq.
Çünki sınaqsız inam və etimad zəifliyin, gücsüzlüyün nişanəsidir. İmam Əli (ə) vəsiyyətində buyurur:
«الطُّمَأْنِينَةُ إِلَى كُلِّ أَحَدٍ قَبْلَ الِاخْتِبَارِ مِنْ قُصُورِ الْعَقل»
«لَا تَأْمَنْ صَدِيقَكَ حَتَّى تَخْتَبِرَهُ»؛
“Sınaqdan qabaq etimad etmək ağılın naqisliyini görstərir.”
“Heç kəsə sınaqdan keçirməmiş etimad edib arxayın olma.”[1]
Başqalarını yaxşı tanımaq və sınamaq üçün keçmişini yoxlamalı, dost-tanışlarını görməli və tanımalı, həyatda onunla birlikdə olmuş insanlarla maraqlanmalı – məsələn, kiminlə ticarət etmiş, səfərə çıxmış, həmkar olmuşdur və s...
Ədalət, sədaqət, vəfa və imanını yoxlamalı və bundan sonra ona inanıb-inanmamaq barədə düşünməlisən.
Sınaqsız inansanız bilin ki, qaranlıq meşədə bataqlığa düşmüsünüz. Belə bir bataqlığa düşməmək üçün həyatın işlərini elm və yəqinə əsaslanaraq görməlisən. Allahın Rəsulu (s) tövsiyələrinin birində buyurur: “...(Həyatda) yerinə yetirmək istədiyin hər işi elm və ağıla əsaslanaraq yerinə yetir. Məbada, hansısa bir işi məlumatsız, tədbirsiz, ehtiyatsız, bəsirətsiz və sonunu fikirləşmədən yerinə yetirəsən.”[2] Çünki Allah-Taala Qurani-Kərimdə buyurur: “Möhkəm əyirdiyi ipi sonradan qıran (təzədən açıb sökən) qadın kimi olmayın.”[3]
Yəni əgər öz işlərinizi məlumat, diqqət və düşüncə ilə qurmasanız, onda əsassız və davamsız olacaq, açılıb-töküləcək və peşmançılıq gətirəcəkdir. Amma əməldən öncə fikir və tədbir, insanı əməldən sonrakı peşmançılıqdan qurtarır.[4]
Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!
Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :
Şərh yazın