September 28, 2020 06:18 PM
Kərbəla şəhidi : Müslüm ibn ovsəcə

Kərbəla şəhidi : Müslüm ibn ovsəcə

Müslüm ibn Ovsəcə ibn Səd Əsədi Peyğəmbəri-Əkrəmin (s) möhtərəm səhabələrindən biridir və o həzrətdən bir sıra hədislər də nəql etmişdir. Adı İslam döyüşləri və fəthlərində müsəlmanların dillərinin əzbəri olmuş, Azərbaycanın fəthində iştirak etmişdir. “Cəməl”, “Siffeyn” və “Nəhrəvan” döyüşlərində imam Əlinin (ə) rikabında döyüşmüşdür.

O, Kufədə yaşayırdı və başqaları kimi imam Hüseynə (ə) məktub yazıb, o həzrəti Kufəyə dəvət etmiş, həm də əhd-peymanına sadiq qalmışdır.

İmam Hüseynin (ə) səfiri Müslim ibn Əqil Kufəyə daxil olduqda, Müslüm ibn Ovsəcə kufəlilərdən İmama (ə) beyət almağa başlamış və İbn Ziyadın sarayının mühasirəyə alınmasında da böyük rol ifa etmişdir. Müslim ibn Əqil Kufədə maddi yardım və silah-sursat toplamaq, beyət almaq məsuliyyətini ona tapşırmışdı.

O, Müslim ibn Əqil və Hani ibn Ürvənin şəhadətindən sonra bir müddət gizli yaşadı. İmam Hüseynin (ə) Kərbəlaya daxil olduğunu eşitdikdə, Həbib ibn Məzahirlə birgə Məhərrəm ayının 4-cü günü imam Hüseynin (ə) karvanına qoşuldu, canını o həzrətin yolunda fəda etdi![1]

Bəzi rəvayətlərdən məlum olur ki, Müslüm ibn Ovsəcənin həyat yoldaşı və boyük oğlu Xələf də Kərbəla qəhrəmanlığında iştirak etmişlər. Müslüm ibn Ovsəcənin adı Aşura qaynaqlarının hamısında gözə dəyir və Aşura günü ilk döyüş zamanı şəhadətə yetən səhabələr sırasında qeyd edilmişdir.[2]

İmam Hüseyn (ə) Aşura gecəsi beyətini səhabələrinin üzərindən götürdüyünü elan etdikdə, Bəni-Haşim gənclərindən sonra, Allaha və Əhli-beytə eşq-məhəbbətini dilə gətirən ilk şəxs Mülslüm ibn Ovsəcə olur və belə deyir:

أنَحْنُ نُخَلِّی عَنْک وَ بِمَا نَعْتَذِرُ إِلَی اللَّهِ فِی أدَاءِ حَقِّک لا وَ اللَّهِ حَتَّی أطْعَنَ فِی صُدُورِهِمْ بِرُمْحِی وَ أضْرِبَهُمْ بِسَیفِی مَا ثَبَتَ قَائِمُهُ فِی یدِی وَ لَوْ لَمْ یکنْ مَعِی سِلَاحٌ أقَاتِلُهُمْ بِهِ لَقَذَفْتُهُمْ بِالْحِجَارَةِ وَ اللَّهِ لَا نُخَلِّیک حَتَّی یعْلَمَ اللَّهُ أنَّا قَدْ حَفِظْنَا غَیبَةَ رَسُولِ اللَّهِ فِیک أمَا وَ اللَّهِ لَوْ عَلِمْتُ أنِّی أقْتَلُ ثُمَّ أحْیا ثُمَّ أحْرَقُ ثُمَّ أحْیا ثُمَّ أذْرَی یفْعَلُ ذَلِک بِی سَبْعِینَ مَرَّةً مَا فَارَقْتُک حَتَّی ألْقَی حِمَامِی دُونَک فَکیفَ لا أفْعَلُ ذَلِک وَ إِنَّمَا هِی قَتْلَةٌ وَاحِدَةٌ ثُمَّ هِی الْکرَامَةُ الَّتِی لا انْقِضَاءَ لَهَا أبَداً

“Ey Əba-Əbdillah! Sizi yalqızmı qoyaq? O zaman sənin haqqını əda etmək məsələsində Allah-Taalanın dərgahında üzr və bəhanəmiz olacaqmı? Xeyr! Allaha and olsun ki, nizəmizi düşmən sinəsinə batırmayınca, əlimiz kəsilənə qədər qılıncımızla düşməni vurmayınca, silahsız qaldığımız zaman düşməni daş-qalaq etməyincə, heç vaxt sizi tək-tənha buraxmayacaq, sizdən əl çəkməyəcəyik. Allaha and olsun ki, heç vaxt səndən ayırlmayacağıq. Qoy Allah bilsin (və isbat edək) ki, biz səninlə bağlı Rəsulullahın (s) hörmətini qoruyub-saxladıq. Allaha and olsun ki, ölüb yenidən diriləcəyəmi, yandırılıb kül olacağımı və havaya sovurulacağımı, beləcə yetmiş dəfə ölüb-diriləcəyimi bilsəm də, sənin rikabında şəhadətə yetməyincə səndən ayrılmayacağam. Nə üçün belə də etməyim? Bir halda ki, yalnız bir dəfə öldürüləcəyəm. Sonu olmayan əbədi kəramət və xoşbəxtlik isə elə budur!”[3]

Aşura günü düşmən ordusunun sağ cinahının sərkərdəsi Əmr ibn Həccac İmamın (ə) qoşununa hücum edir. Haqla batil ordusu arasında döyüş başlayır. Müslüm ibn Ovsəcə ön cəbhədə fədakarlıqla döyüşür və bu rəcəzi oxuyurdu:

انْ تَسْالُوا عَنِّی فَانّی ذُو لَبَد                                        مِنْ فَرْعِ قَوْم مِنْ ذُرى بَنِی اسَد

فَمَنْ بَغانِی حایدٌ عَنِ الرَّشَدِ                                        وَ کافِرٌ بِدِینِ جَبّار صَمَد

“Əgər mənim kim olduğumu soruşsanız, bilin ki, mən Bəni-Əsəd tayfasının seçilmiş cəngavəriyəm. Kim mənə zülm etsə, səadət yolundan çıxmış, böyük və ehtiyacsız Allahın dininə qarşı çıxaraq kafir olmuşdur.”[4]

O, dostları ilə birgə düşməni geriyə qovmağı bacarsa da, özü möhkəm yaralanır. Döyüş toz-torpağı yatdıqda, onun qana boyanmış halda yerə yıxıldığını görürlər. İmam Hüseyn (ə) Həbib ibn Məzahirlə birlikdə onun baş üstə gəlib buyurur:

رَحِمَکَ اللهُ یَا مُسْلِمُ! مِنْهُمْ مَّنْ قَضَى نَحْبَهُ وَمِنْهُمْ مَّنْ یَنْتَظِرُ وَمَا بَدَّلُوا تَبْدِیلا

Allah sənə rəhmət etsin, ey Müslüm!” (Sonra bu ayəni tilavət etdi:) “Möminlər içərilərində elələri də vardır ki, Allaha etdikləri əhdə (Allah yolunda şəhadətə) sadiq olarlar. Bəziləri isə (şəhid olacağını) gözləyirlər. Onlar (verdikləri sözü) əsla dəyişməzlər.”[5]

Həbib ibn Məzahir də dedi: “Ey Müslüm, sənin ölümün mənə çox ağırdır, amma səni müjdələyirəm ki, az sonra cənnətdə olacaqsan.”

Müslüm cavab verdi:

جَزاکَ اللهُ خَیْراً

“Allah sənə xeyir versin!”

Həbib dedi: “Əgər az sonra sənə qovuşacağımı bilməsəydim, mənə vəsiyyət etməyini istərdim.”

Müslüm imam Hüseynə (ə) işarə edərək zəif səslə Həbibə dedi:

فإّنی اُوصیک بهذا، فقاتل دونه حتی تموت؛

“Sənə vəsiyyət edirəm ki, heç vaxt ondan ayrılmayasan və son qanına qədər öz rəhbərini müdafiə edəsən.”

Bu söhbət əsnasında Müslüm ibn Ovsəcə gözlərini yumdu, şəhadət şərbətini içdi. Salam olsun Kərbəla şəhidi Müslüm ibn Ovsəcəyə!

 

Mənbələr :
[1]. 
(“İmam Hüseynin (ə) həyatı”, Seyid Haşimi Rəsuli, səh.425.)
[2]. (“Məqtəlul-Huseyn (ə)” Əbu Muxnəf, səh. 136, vərəqaltı haşiyədə.)
[3]. (“Biharul-ənvar”, 44-cü cild, səh.392.)
[4]. (“Əyanuş-şiə”, 1-ci cild, səh.605.)
[5]. (“Əhzab”/23.)

Rza Şükürlü

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :

https://telegram.me/az_ziaossalehin_ir

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana