October 19, 2020 07:52 AM
Rəbiül-əvvəl ayı

Rəbiül-əvvəl ayının 1-ci günündə baş verən hadisələr

1. Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in Məkkədən Mədinəyə hicrəti

Mədinə əhalisi besətin 13-cü ilində Peyğəmbərin (s) Mədinəyə hicrət etməsi üçün o həzrətlə Məkkədə beyət etdilər. Mədinədə həzrəti öz canları kimi qoruyacaqlarına dair əhd-peyman bağladılar. Bu müqavilə bağlandıqdan sonra Mədinə əhalisi öz vətənlərinə qayıtdı. Qüreyş kafirləri bu müqavilədən xəbərdar olduqda Peyğəmbərə (s) qarşı kin-küdurətləri daha da artdı. Qərara aldılar ki, hər qəbilədən bir şücaətli və pəhləvan şəxsi seçib onlar vasitəsi ilə Peyğəmbəri (ə) qətlə yetirsinlər. Onların belə bir plana əl atmalarının səbəbi o idi ki, qan bahası qəbilələrin arasında bölünsun və Peyğəmbərin (s) tayfası və qohum-əqrəbası qatillə qarşılaşa bilməsin. Bu 40 nəfər rəbiul-əvvəl ayının birinci gecəsi Peyğəmbərin evini mühasirəyə aldılar. Onlar qərara almışdılar ki, Peyğəmbər (ə) yatağa girəndə qəfildən hücum edib onu qətlə yetirsinlər. Allah-taala bu məsələni Peyğəmbərə xəbər verdi və aşağıdakı ayə nazil oldu:

اِذْ يَمكُر بِكَ الَّذينَ كَفَروا ليُثبِتوكَ أوُ يَقتُلوكَ أوُ يُخرِجوكَ و يَمكُرونَ وَ يمكُرُ اللّهُ و اللّهُ خَيرُ الماكِرينَ.

“Səni həbs etmək, yaxud qətlə yetirmək, ya da (Mədinədən) ixrac etmək üçün kafirlərin hiyləyə əl atdıqları zaman Allah da tədbir gördü. Allah tədbir görənlərin ən yaxşısıdır.”(“Həvadisul-əyyam”, səh. 77)

Bu zaman Peyğəmbərə (s), həzrət Əlini (ə) öz yatağında qoyub Məkkədən xaric olması əmr olundu. Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) Əliyə (ə) buyurdu: -Allah əmr edib ki, sən mənim yerimdə yatasan və mən Məkkədən xaric olam. Əli (əleyhis-salam) ərz etdi: - Ey Allahın Rəsulu! Əgər mən sizin yerinizdə yatsam, siz xilas olacaqsınızmı? Buyurdu: - Bəli! Bu zaman Əli (əleyhis-salam) dedi:

اَلْحَمْدُ لِلّهَ الَّذى جَعَلَ نَفْسى وَقاءً لِنَفْسِ رَسُول الْلّه.

Tərcüməsi: “Həmd o Allaha məxsusdur ki, mənim canımı Rəsulunun canına sipər etdi!” Sonra şükür səcdəsi yerinə yetirdi. Peyğəmbər (s) onunla qol-boyun olub çox ağladı. Bu zaman Cəbrail (ə) nazil oldu və Peyğəmbərin (s) əlindən tutaraq evdən çıxartdı. Peyğəmbər “Və cəəlna min bəyni əydihim səddən” ayəsini tilavət edə-edə evdən xaric oldu. Bundan sonra “Sür” adlı bir mağaraya getdi və orada üç gün qaldı. Dördüncü gün Mədinəyə doğru hərəkət etdi və rəbiul-əvvəl ayının 12-də Mədinəyə daxil oldu.

ــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــ

2. Peyğəmbər (səlləllahu əleyhi və alih)-in mübarək cəsədinin dəfn olunması

Hicri təqvimi ilə 11-ci il, rəbiul-əvvəl ayının 1-ci günü - gecə yarısı Əli ibn Əbi Talib (əleyhis-salam) Peyğəmbərlərin sonunusu həzrət Muhəmməd (səlləllahu əleyhi və alih)-in pak cəsədini dəfn etdi. Peyğəmbər (s) vəfat edən zaman Müğeyrə, Əbu Bəkrlə Ömərə xitab edərək buyurdu:

“Sonralar camaatla işiniz olacaqsa, onları analyın (harayına çatın!) Buna görə də Əbu Bəkr və Ömər, Peyğəmbərin (s) dəfnində iştirak etmədilər. Onlar Səqifədə özləri üçün rəhbər təyin edirdilər. Onlar mərasimə hazır olanadək artıq Peyğəmbərin (s) pak cənazəsi dəf olunmuşdu. Əbdullah ibn Həsən deyir:

“Allaha and olsun ki, Peyğəmbərin (s) dəfni üç gün təxirə salınsa da, Əbu Bəkr və Ömər ona cənazə namazı qılmadılar. Bu üç gün ərzində Səqifədəkilər öz işləri ilə məşğul idi! Bir tərəfdən Peyğəmbərin (s) rehlət müsibəti - ən ağır faciə, digər tərəfdən də o həzrətə ehtiramsızlıq, o həzrətin qüsl-kəfən işlərinə camaatın laqeyd yanaşması Əli (əleyhis-salam)-ın mübarək qəlbini yandıran ağır dərd və böyük müsibətlərdən biri idi. Həzrət, o günləri son dərəcə acı xatirə ilə qeyd edərək buyurur:

“Peyğəmbərin (s) şərif cəsədini (yerdə) qoyub dəfn etmədən, xəlifəlilk və səltənət üçün münaqişəyəmi qoşulacaqdım?!”(“Təqvimuş-şiə”, səh. 71)

ــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــ

3. Əli (əleyhis-salam)-ın evinə hücum etidlər

Xəlifəliyi qəsb edənlər Səqifədə öz işləri ilə məşğul olan zaman Əli (əleyhis-salam) o həzrətin qüsl-kəfən işlərini yerinə yetirdi. Peyğəmbərin vəfatının 4-cü gecəsi - rəbiul-əvvəl ayının 1-ci günü, o həzrətin cəsədini dəfn etdi. Sonra o həzrətin vəsiyyətinə uyğun olaraq Quranın surə və ayələrini toplamağa başladı. Həzrət Peyğəmbər (s) buyurmuşdu:

“Ey Əli! Üç gün müddətində evdən çıxma və Quranı bir yerə topla!”

Bu günlərdə o həzrətin evinə üç dəfə hücum etdilər: İlk dəfə onlar beyət üçün gəldilər. O hadisə, rəbiul-əvvəlin 1-ci gününə təsadüf edirdi. Əli (əleyhis-salam) da onların cavabında buyurmuşdu:

“And içmişəm ki, Quranı bir yerə toplamayınca evdən kənara çıxmayam.”

Onlar bunu eşidib qayıtdılar. Əli (əleyhis-salam) gecələr Fatimeyi-Zəhra ilə birlikdə (ə.s), Həsən (ə) və Hüseynin (ə) əlindən yapışıb səhabələrin evinə getdi. Həzrət, onların qapısını döyüb kömək istəyirdi. Peyğəmbərin dəfnindən yeddi gün sonra Zübeyr və bir dəstə şəxs (Əbu Bəkrin xəlifəliyinə etiraz əlaməti olaraq) ikinci dəfə Əli (əleyhis-salam)-ın evində toplandılar. Üçüncü dəfə isə evə hücum edərək o həzrətin evinin qapısını yandırdılar. Fatimeyi-Zəhra (əleyha salam)-a zərbə vurub və bətnindəki uşağı - Möhsini (ə) qətlə yetirdilər. Sonra Əli (əleyhis-salam) əli bağlı şəkildə zorla beyətə apardılar. (“Təqvimuş-şiə”, səh. 73)

ــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــ

4. İmam Həsən Əskəri (əleyhis-salam)-ın zəhərlənməsi

Hicri təqvimi ilə 260-cı il, rəbiül-əvvəl ayının 1-ci günü zəhərlə, İmam Həsən Əskəriyni (əleyhis-salam) zəhərlədilər. (“Həvadisul-əyyam”, səh. 77)

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :

https://telegram.me/az_ziaossalehin_ir

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana