İslam aləminin Ali məqamlı Rəhbəri İmam Xamenei bu günki çıxışında Qarabağda gedən son döyüşlərə münasibət bildirərək buyurub:
Ermənistan-Azərbaycan müharibəsi tezliklə bitməlidir. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqları Azərbaycan Respublikasına qaytarılmalıdır və azad olmalıdır. Bu əsas şərtdir. Bu torpaqlar Azərbaycana aiddir və Azərbaycan öz torpaqlarını azad etməyə haqlıdır. Əlbəttə, bu torpaqlarda yaşayan ermənilərin də təhlükəsizliyi təmin edilməlidir. Beynəlxalq sərhədlərə də riayət olunmalıdır. Baxmayaraq ki, bəziləri inkar edirlər, amma terrorçuların müxtəlif yerlərdən gətirilməsinə tutarlı dəlillər var. Ehtiyatlı olmaq lazımdır ki, terrorçular bizim sərhədlərimizdə yerləşməsin. Əgər onlar bizim sərhədlərə yaxınlaşsa və təhlükə hiss olunsa, kəskin cavab veriləcək.
Peyğəmbər (s) və İmam Sadiqin (ə) mövlud ildönümü münasibətilə teleçıxışı çıxışında...
Hicri şəmsi: 13 Aban 1399
Miladi: 3 Noyabr 2020
Hicri qəməri: 17 Rabiül-əvvəl 1442
Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!
Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :
Attachment | Size |
---|---|
Yüksək keyfiyyətli şəkili buradan yükləyin | 2.36 MB |
Şərh yazın