şiə

Özümüzə sual verək: Biz şiəyikmi?

İmam Xomeyni Ali Mədrəsəsində Doktor Rəhimpur Əzğədi ilə görüşdə alim ictimai-siyasi və əxlaq mövzuda çıxış etdi.

Doktor Rəhimpur bildirdi ki, dünyada bir sıra siyasi proseslər baş verir. Burada onlarla ölkədən təhsil alan tələbələr bir-birləri ilə daim sıx əlaqədə olmalı, öz dövlətlərində baş verən hadisələri və problemləri bir-birlərilə bölüşməlidirlər.

Daha sonra “biz necə edə bilərik ki, şiəlik etiqadı dünyada öz layiqli mövqeyini tutsun?” sualı cavablandırıldı.

Alim bildirdi ki, şiəliyin dünyada layiqli yer tutması və insanların bu etiqadı qəbul etmələri və rəğbət bəsləmələri üçün “əxlaqdan” başlamalıyıq. Doğrudur şiəlik dedikdə İmam Əlinin (ə) vilayətuni qəbul edənlər başa düşülür, amma bu məsələ qeyri-şiə müsəlmanlar üçün o qədər də önəmli deyil. Biz şiəliyi yalnız öz əxlaqımızla təbliğ edə, rəğbət oyada bilərik.

İmam Sadiq (ə) buyurur: Əgər kimsə şiə olduğunu iddia edərsə,buna əsaslı dəlil gətirməlidir. Soruşulur ki, bu əsaslı dəlil nədir? Buyurur: Allahın haramını haram, halalını halal bilməli və zahirlə batin eyni olmalıdır.

Bu gün bəzi insanların müxtəlif ölkələrdə özlərini şiə adlandırmaları batildir. Çünki hamımıza məlumdur ki, insanların böyük əksəriyyəti halal- haram məsələlərinə riayyət etmir və zahirlə batin arasında böyük uçurum vardır.

Bundan başqa buyurdu ki, insanın şiə olması üçün məlum altı xüsusiyyətdən biri “özü üçün arzuladığını başqası üçün arzulamaq”dır.

Fiqh, kəlam, fəlsəfə və s. din elmləri yalnız vasditədir, burada əsas hədəf yalnız nəfsin təmizlənməsidir.

İmam Sadiq (ə) buyurur: Ey Məhəmməd (s) şiələri: Bir kəsin söhbəti zamanı başqasının bu danışıqdan xoşu gəlməzsə və nifrət edərsə, həmin kəs bizdən deyil.

Biz Avropada beynəlxalq konfransda İslam dinindən danışdıq. Sonra bildirdim ki, əgər bu gün Avropa Məhəmmədi tanısaydı, Avropada sekulyarizm olmazdı. Çünki xristianlıq və başqa dinlərin bir sıra əxlaqı problemləri vardır və onlar Peyğəmbəri günah edən, şərab içən, yalan danışan bilirlər. Əxlaq problemi olan kəs necə başqaları üçün nümunə ola bilər.

Quran İsanı məsum elan etdi, Quran Həzrət Məryəmi pak bakirə qəbul etdi.

Sual verildi ki, sizdə zinakar qadının daşqalaq edilməsi, oğrunun əlinin kəsilməsi və s məsələləri necə izah edərdiniz?

Bildirdim ki, əvvəla daşqalaq məsələsində qadın və kişi arasında fərq yoxdur. Bundan əlavə daşqalaq sizin öz kitabınızda mövcutdur. Deyəsən siz heç öz kitabınızı oxumursuz. İkincisi əlin kəsilməsi və daşqalaq sərt şərtlərdən sonra qəbul olunur. Əlavə İslam bunu ailə bünövrələrinin sarsılmaması üçün etmişdir.

Sonda alim bildirdi ki, bir rəvayətə görə “ Allahı razı salmaq insanları razı salmaqla mümkün olur. İnsanları razı salmadan, Allahın razılıqını qazanmaq olmaz!”

Peyğəmbər (s) buyurur: Mən axirətdə insanlara hamıdan daha çox xidmət edən şəxs kimi tanınacağam. Mənə yaxın olan insanlara daha çox xidmət edən şəxsdir.

Sonda insanların qəlblərini fəth etmək bizim özümüzdən, rəftarlarımızdan, əxlaqi xüsusiyyətlərimizdən asılıdır. Gəlin şiəliyin ləyaqəti üçün öz əxlaqımızı islah edək!

 ...Sonda bir sıra suallara cavab verildi və məclis sona çatdı.

 

Source : HaqqYolu

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :

https://telegram.me/az_ziaossalehin_ir

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana