Kərbəla mesajları: Zalıma boyun əyməmək

Kərbəla mesajları: Zalıma boyun əyməmək

  • Məlum olduğu kimi Məhərrəm ayını yaşayırıq. Elə bir ay ki, məhz bu ayda Peyğəmbər Əhli Beytinə zülm olunub, Peyğəmbər nəvəsi şəhid edilib. Ancaq Əhli Beytə zülm olunmasına və Peyğəmbər nəvəsinin şəhid edilməsinə baxmayaraq Məhərrəmlik, Kərbəla əslində bir qəhrəmanlıq məktəbidir.
  • Bu ay qanın qılınca qələbə çaldığı bir aydır. Məhz İmam Hüseynin axıdılan qanıdır ki, bugün İslamı yaşadır. Məhz Kərbəla məktəbidir ki, bütün dünya məzlumlarının gözünə işıq verir, qəlbinə ümid salır və zalım və zalımlara qorxu və dəhşət bəxş edir.
  • 1400 ildir İslamı aradan aparmaq üçün edilən bütün səylərə baxmayaraq İmam Hüseynin şəhadət məktəbi vasitəsilə İslam yaşamaqdadır. Allah özü vəd verib ki, İslam və Quranı qoruyacaq və nə gözəl ki, bunu İmam Hüseyn (ə) vasitəsilə etdi.
  • Keçmiş sovet dövründə hər cür yola əl atdılar ki, Azərbaycan xalqının qəlbindən, zehnindən İslamı silsinlər. Bunun üçün də hətta məktəb və universitetlərdə düz 70 il ərzində insanlara elmi ateizmi təbliğ etdilər. İnsanların düşüncəsindən İslamı çıxartmaq istədilər. Ancaq nəticə nə oldu?
  • Qalan İslam oldu, məhv olan və tarixə qərq olan o rejim oldu. İslam əleyhinə olan bu güclü təbliğat maşının qarşısında İslam məhz Kərbəla məktəbi sayəsində tab gətirə bildi. Məhz İmam Hüseynin Aşurası səbəb oldu ki, insanlar 70 il ərzində İslamı unutmadılar və bugünə kimi gətirib çıxardılar.
  • Ancaq çox təəssüflər olsun ki, sovet zehniyyətinin ardıcılları bugün öz əcdadlarından ibrət götürmürlər. Bir baxmırlar ki, İslam ilə mübarizə aparanların sonu necə olur. Hər cür məhdudiyyətlərdən, qadağalardan istifadə edə bilərəsən, ancaq bir şeyi anlamalısan ki, insanların qəlbindən heç vaxt İslamı, İmam Hüseyn(ə) eşqini çıxara bilmərsən.
  • Bunu etməyə çalışsan da gərək biləsən ki, İmam Hüseynin Kərbəlada axıtdığı qan onun aşiqlərinin damarlarında cuşa gələrək səni də tarixin qaranlıq səhifələrinə qərq edəcəkdir.
  • Qəlbində İmam Hüseyn(ə) eşqi olan kəs heç vaxt sənə imkan verməz ki, haqqın səsini boğasan, haqq əhlinə zülm edəsən. Çünki bu insanlar məhz İmam Hüseyndən dərs alıblar və Kərbəla məktəbini oxuyublar.
  • Aşura günü İmam Hüseyn(ə) bizlərə çox böyük dərslər verdi. O öz əməli ilə bütün aşiqlərinə necə olmağı göstərdi, zalım qarşısında necə davranmalı olduğumuzu göstərdi.
  • Bəli, Kərbəla məktəbi dərs və ibrətlərlə doludur. İmam Hüseyn (ə) o gün Yezidə qarşı çıxmaqla bütün dünyaya sanki bir mesaj verdi ki, zalıma boyun əymək olmaz. Haqq aşiqi gərək həmişə zalıma qarşı mübarizə apara. Zalımın zülmü qarşısında qorxmaya və bu zülmün qarşısını almaqda canından belə keçməyə hazır ola.
  • Məhz Aşura günü İmam Hüseyn (ə) bütün dünyaya bu dərsi verdi. Heç təsadüfi deyil ki, 14 əsrdi ki, dünya məzlumları bu dərsdən bəhrələnərək və ilham alaraq zalımın zülmünə dur deyir. Məhz bu məktəbdir ki, 14 əsrdir ki, dünya zalımlarını qorxuya salır.
  • Bugün dünyanın bir çox ölkələrinə zalım rejim və diktatorlar rəhbərlik edir. Öz əcdadları olan Yeziddən geri qalmayan bu zalımlar bugün də öz çirkin əməllərini davam etdirməkdədirlər. Vətənimiz Azərbaycana da bugün yezid xislətli zalım rejim hakimlik edir. Xalqın malını və haqqını qəsb edərək insanlara zülm edirlər. Üzdə özlərini xalqa canı yanan kimi göstərərək xalqa olmazın əziyyət və işgəncələr verirlər.
  • Bu azmış kimi haqq din olan İslama qarşı da mübarizəyə başlayıblar. Əzana qadağa qoyurlar, məscidləri sökürlər, qadınların hicabına əl atırlar və haqq aşiqlərini min bir bəhanə ilə həbs edirlər. Bu zalımlar bir az da irəli gedərək İmam Hüseynə (ə) saxlanılan əza mərasimlərinin də qarşısını almağa cürət edirlər. Ancaq bunu heç vaxt edə bilməyəcəklər. Qəlbdəki eşqin qarşısını heç vaxt ala bilməyəcəklər. Bunlar belə etməklə əslində öz sonlarını yaxınlaşdırırlar. Çünki İmam Hüseyn(ə) məktəbi ilə mübarizə aparanlar həmişə məhvə məhkum olublar.
  • Bu zalım rejimin də sonuna artıq bir şey qalmayıb. İmam Hüseyndən (ə) zalıma boyun əyməmək dərsi alan Azərbaycanın Hüseyn(ə) aşiqləri tezliklə bu rejimin sonuna çıxacaq. Azərbaycanın mərd, igid və şücaətli İmam Hüseyn(ə) davamçıları zalım rejimə qarşı artıq bir neçə dəfə açıq şəkildə öz gücünü göstərərək bu əməllərindən əl çəkməsinə görə xəbərdarlıq ediblər.
  • Bu igid və qorxmaz insanlar öz əməlləri ilə düşməni qorxuya saldılar və sübut etdilər ki, heç bir zaman və heç bir halda zalım qarşısında boyun əyməyəcəklər və lazım gələrsə İmam Hüseyn (ə) kimi bu yolda öz canlarından və hər şeylərindən belə keçməyə hazır olacaqlar. Məhz bu əqidədir ki, bütün zalımları qorxuya salıb və onların gündüzünü gecə edib.

 

İSLAMTİMES - HƏSƏN ƏLİZADƏ

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :

https://telegram.me/az_ziaossalehin_ir

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana

    Prev/Next links