March 22, 2018 03:42 PM
Yatan və yuxudan duran zaman

Ərəbcə

ﺍَﻟْﺤَﻤْﺪُ ﻟﻠﻪِِ ﺍﻟَّﺬﻱ ﻋَﻼ ﻓَﻘَﻬَﺮَ ، ﻭَﺍﻟْﺤَﻤْﺪُ ﻟﻠﻪِِ ﺍﻟَّﺬﻱ ﺑَﻄَﻦَ ﻓَﺨَﺒَﺮَ ، ﻭَﺍﻟْﺤَﻤْﺪُﻟﻠﻪِِ ﺍﻟَّﺬﻱ ﻣَﻠَﻚَ ﻓَﻘَﺪَﺭَ ، ﻭَﺍﻟْﺤَﻤْﺪُ ﻟﻠﻪِِ ﺍﻟَّﺬﻱ ﻳُﺤْﻴﻲِ ﺍﻟْﻤَﻮْﺗَﻰ ﻭَ ﻳُﻤﻴﺖُ ﺍﻻَﺣْﻴَﺎﺀَ ، ﻭَ ﻫُﻮَ ﻋَﻠَﻰ ﻛُﻞِّ ﺷَﻲْﺀٍ ﻗَﺪﻳﺮٌ
ﺑِﺴْﻢِ ﺍﻟﻠﻪِ ، ﺁﻣَﻨْﺖُ ﺑِﺎﻟﻠﻪِ ﻭَ ﻛَﻔَﺮْﺕُ ﺑِﺎﻟﻄَّﺎﻏُﻮﺕِ ، ﺍﻟﻠَّﻬُﻢَّ ﺍﺣْﻔَﻈْﻨﻲ ﻓﻲ ﻣَﻨَﺎﻣﻲ ، ﻭَ ﻓﻲ ﻳَﻘﻈَﺘﻲ
ﺍَﻋُﻮﺫُ ﺑِﻌِﺰَّﺓِ ﺍﻟﻠﻪِ ، ﻭَ ﺍَﻋُﻮﺫُ ﺑِﻘُﺪْﺭَﺓِ ﺍﻟﻠﻪِ ، ﻭَ ﺍَﻋُﻮﺫُ ﺑِﺠَﻼﻝِ ﺍﻟﻠﻪِ ، ﻭَ ﺍَﻋُﻮﺫُ ﺑِﺴُﻠْﻄَﺎﻥِ ﺍﻟﻠﻪِ ، ﻭَ ﺍَﻋُﻮﺫُ ﺑِﺠَﻤَﺎﻝِ ﺍﻟﻠﻪِ ، ﻭَ ﺍَﻋُﻮﺫُ ﺑِﺪَﻓْﻊِ ﺍﻟﻠﻪِ ، ﻭَ ﺍَﻋُﻮﺫُ ﺑِﻤَﻨْﻊِ ﺍﻟﻠﻪِ ﻭَ ﺍَﻋُﻮﺫُ ﺑِﺠَﻤْﻊِ ﺍﻟﻠﻪِ ، ﻭَ ﺍَﻋُﻮﺫُ ﺑِﻤُﻠْﻚِ ﺍﻟﻠﻪِ ، ﻭَ ﺍَﻋُﻮﺫُ ﺑِﻮَﺟْﻪِ ﺍﻟﻠﻪِ ، ﻭَ ﺍَﻋُﻮﺫُ ﺑِﺮَﺳُﻮﻝِ ﺍﻟﻠﻪِ ، ﺻَﻠَّﻲ ﺍﻟﻠﻪُ ﻋَﻠَﻴْﻪِ ﻭَ ﺁﻟِﻪِ ، ﻣِﻦْ ﺷَﺮِّ ﻣَﺎ ﺧَﻠَﻖَ ﻭَ ﺑَﺮَﺀَ ﻭَ ﺫَﺭَﺀَ
ﺍﻟﻠَّﻬُﻢَّ ﻻ ﺗُﺆْﻣِﻨّﻲ ﻣَﻜْﺮَﻙَ ، ﻭَ ﻻ ﺗُﻨْﺴِﻨﻲ ﺫِﻛْﺮَﻙَ ، ﻭَ ﻻ ﺗَﺠْﻌَﻠْﻨﻲ ﻣِﻦَ ﺍﻟْﻐَﺎﻓِﻠﻴﻦَ ، ﺍَﻗُﻮﻡُ ﺳَﺎﻋَﺔَ ﻛَﺬَﺍ ﻭَ ﻛَﺬَﺍ
ﺳُﺒْﺤَﺎﻥَ ﺍﻟﻠﻪِ ﺭَﺏِّ ﺍﻟﻨَّﺒِﻴﻴّﻦَ ، ﻭَ ﺍِﻟَﻪِ ﺍﻟْﻤُﺮْﺳَﻠﻴﻦَ ، ﻭَ ﺭَﺏِّ ﺍﻟْﻤُﺴْﺘَﻀْﻌَﻔﻴﻦَ ، ﻭَﺍﻟْﺤَﻤْﺪُ ﻟﻠﻪِِ ﺍﻟَّﺬﻱ ﻳُﺤْﻴﻲِ ﺍﻟْﻤَﻮْﺗَﻰ ، ﻭَ ﻫُﻮَ ﻋَﻠَﻰ ﻛُﻠِّﺸَﻲْﺀٍ ﻗَﺪﻳﺮٌ
ﺍﻟﻠَّﻬُﻢَّ ﺍَﻋِﻨّﻲ ﻋَﻠَﻰ ﻫَﻮْﻝِ ﺍﻟْﻤُﻄَّﻠَﻊِ ، ﻭَ ﻭَﺳِّﻊْ ﻋَﻠَﻲَّ ﺿﻴﻖَ ﺍﻟْﻤَﻀْﺠَﻊِ ، ﻭَﺍﺭْﺯُﻗْﻨﻲ ﺧَﻴْﺮَ ﻣَﺎ ﻗَﺒْﻞَ ﺍﻟْﻤَﻮْﺕِ ، ﻭَﺍﺭْﺯُﻗْﻨﻲ ﺧَﻴْﺮَ ﻣَﺎ ﺑَﻌْﺪَ ﺍﻟْﻤَﻮْﺕِ

Oxunuşu:
Əlhəmdu lillahilləzi əla fə-qəhər, vəl həmdu lillahilləzi bə-tənə fəxəbər, vəl həmdu lillahil-ləzi mələkə fəqədər, vəl həmdu lillahilləzi yuhyil məvta və yumitul əhya, və huvə əla kulli şəy`in qədir.
Bismillahi aməntu billahi və kəfərtu bit tağut, Əllahumməh-fəzni fi mənami və fi yəqzəti.
Əuzu biiəzətillahi və əuzu biqudrətillah, və əuzu bicəla-lillahi və əuzu bisultanillah, və əuzu bicəmalillahi və əuzu bidəf`illah, və əuzu bimən`illahi və əuzu bicəm`illah, və əuzu bimulkillahi və əuzu bivəc-hillah, və əuzu birəsulillahi səlləllahu ələyhi və alih, min şərri ma xələqə və bərə və zərə`.
Əllahummə la tu`minni mək-rək, və la tunsini zikrək, və la təc`əlni minəl ğafilin, əqumu saətə kəza və kəza
Subhanəllahi rəbbin nəbiy-yin, və ilahil mursəlin, və rəbbil mustəz`əfin, vəl həmdu lil-lahilləzi yuhyil məvta, və huvə əla kulli şəy`in qədir.
Əllahummə əinni əla həvlil muttələ`, və vəssi` ələyyə ziyqəl məzcə`, vərzuqni xəyrə ma qəbləl məvt, vərzuqni xəyrə ma bə`dəl məvt.
Tərcüməsi:
Bu fəsil, yeddi növ duadan ibarətdir:
İmam Sadiqdən (ə) nəql olunmuşdur ki, hər kəs
Allaha həmd olsun ki, uca və hakimdir. Allaha həmd olsun ki, gizli və agahdır. Allaha həmd olsun ki, malik və qadirdir. Allaha həmd olsun ki, ölüləri dirildir və diriləri də öldürür. O, hər bir şeyə qadirdir.
duasını yatdığı yerdə üç dəfə oxusa, bütün günahlardan pak olar, eyni ilə anasından olduğu gün kimi, günahsız olar. Bu rəvayəti Səduq və Şeyx də nəql etmişlər. "Uddətud-dai” kitabında İmam Sadiqdən (ə) nəql olunmuşdur ki, bu, "Təhmid” duasını oxuyan şəxsə verilən savabın ən az bir hissəsidir, lakin bu rəvayətdə gözə çarpan fərq bundan ibarətdir ki, qeyd etdiyimiz ikinci "Həmd” üçüncü "Həmd”dən sonra gətirilmişdir.
2. Yenə də o həzrətdən nəql olunmuşdur ki, həzrət Peyğəmbər (s) yatmaq istədiyi zaman "Ayətəl-kürsü”nü oxuduqdan sonra deyirdi:
Allahın adı ilə! Allaha iman gətirib, bütü inkar etdim. İlahi, məni yatdığım və oyaq olduğum zaman qoru!
3. Müfəzzəl ibni Ömər nəql etmişdir ki, imam Sadiq (ə) mənə belə buyurdu: "On bir dəfə Allaha pənah aparmaqdan ibarət olan bu duanı oxumamışdan öncə yatma.” Dedim: «Onu mənə öyrət.» Buyurdu:
Allahın izzətinə pənah aparıram. Allahın qüdrətinə pənah aparıram. Allahın böyüklüyünə pənah aparıram. Allahın səltənətinə pənah aparıram. Allahın camalına pənah aparıram. Allahın müdafiəsinə pənah aparıram. Allahın qadağasına pənah aparıram. Allahın bütün vəsflərinə pənah aparıram. Allahın mülkünə pənah aparıram. Allahın zatına pənah aparıram. Allahın yaratdıqları və vücuda gətirdiklərinin şərindən Rəsulullaha (Allahın salamı olsun ona və Əhli-beytinə) pənah aparıram.
İstədiyin vaxt bu duanı oxu!
4. İmam Sadiq (ə) buyurmuşdur: «Yatmaq istəyən hər kəs yüz dəfə "İxlas” surəsini oxusa, onun əlli illik günahı bağışlanar.» Yenə də o həzrətdən nəql olunmuşdur ki, hər kəs yatanda, "Kafirun” və "İxlas” surələrini oxusa, Allah taala onun şirkdən uzaq olmasını yazar.
5. İmam Sadiqdən (ə) nəql olunmuşdur ki, həzrət Peyğəmbər (s) buyurmuşdur: «Gecə namazı qılmaq məqsədilə yuxudan durub öz yatağında oturduğunuz zaman belə deyin:
İlahi, məni Öz məkrindən qoru, zikrini mənə unutdurma, məni qafillər sırasına qatma və filan saatda yuxudan durmağı mənə nəsib et!
Çünki Allah-Taala buna əməl edən hər bir şəxsə bir mələk vəkil qərar verər ki, hər gün onu gecə namazı vaxtı yuxudan oyatsın.
6. O həzrət belə buyurmuşdur: «Sizlərdən hər biriniz gecə yuxudan durmaq istədikdə, belə desin:
Peyğəmbərlərin Rəbbi, elçilərin məbudu və acizlərin Rəbbi olan Allah bütün eyiblərdən pak və uzaqdır. Ölüləri dirildən və hər bir şeyə qadir olan Allaha həmd olsun!
Şübhəsiz ki, bunu deyən şəxsə Allah taala buyurar: "Mənim bəndəm düz dedi və şükr etdi.”
7. Əbdürrəhman ibni Həccac rəvayət etmişdir ki, İmam Sadiq (ə) gecənin sonunda yuxudan durub, uca səslə deyərdi:
İlahi, qiyamətin qorxusunda mənə kömək et, qəbrimin darlığını genişləndir, ölümdən qabaq və sonra mənə xeyir nəsib et!

Kitabın adı: Məfatihul Cinan
 

 

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana