March 26, 2018 08:50 AM
İmam Baqirə (ə)

Tavus Yəmaninin İmam Baqirə (ə) verdiyi 14 sual və aldığı cavab:

Əban ibni Təğıib və Əbu-Bəsir İmam Baqirin həm də İmam Sadiqin hədislərini nəql edən ravilərdəndirlər. 
Onlar deyir: Tavus Yəmani öz tərəfdarları ilə Kəbə ətrafında təvaf edirdi. Onlar birdən qarşısında bir xoş simalı gənci görürlər, ki təvaf etməklə məşğuldur. O gəncin İmam Baqir olmasını bir qədər diqqətlə baxdıqdan sonra bildilər.
 
Onlar İmam Baqirin (ə) nə edəcəyini gözləyirdilər. İmam təvafdan sonra iki rəkət namaz qılıb çəkilib kənarda əyləşdi. Oradakı camaat bir-bir gəlib müxtəlif suallar soruşurdular.
Bu zaman Tavus Yəmani də cürətlənib dostlarına “gedək onun yanına suallar verək bəlkə bilmədi” deyərək, təklif etdi. 
Tavus Yəmani yaxınlaşıb salam verdi və sonra sual etdi: "Ey Əbu-Cəfər, sən bilirsənmi ki, yer üzərindəki cəmiyyətin üçdə biri haçan həlak olub, öldürüldü?"
 
İmam cavab verdi: "Ey Əbu-Əbdürrəhman üçdə bir yox, dörtdə bir".

Tavus dedi: "Bəli, doğru buyurursunuz. Deyin görüm bu necə baş verib?"
 İmam buyurdu: "Bu o zaman baş verdi ki yer üzünün cəmiyyəti yalnız 4 nəfərdən yəni Habil, Qabil və valideynləri Adəm və Həvvadan ibarət idi. Qahib qardaşını öldürdü və o zaman öldürülən Habil yer üzünün cəmiyyətinin dörddə birini təşkil edirdi".
 
Tavus dedi: "Qabil və Habildən hansı biri bütün bəşəriyyətin atasıdır".
İmam (ə) cavab verdi: "Heç biri, Adəmdən sonra bəşəriyyətin atası Şeys Peyğəmbır idi".
 
Tavus Yəmani yenə soruşdu: "Adəmi niyə Adəm adlandırdılar?"
İmam buyurdu: "Çünki onun xəmirini torpaqdan yoğurdular. (Adəm kəlməsinin hərfi tərcüməsi torpaq palçığı deməkdir)"
 
Tavus dedi: "Bəs niyə həyat yoldaşı Həvva adlandı?"
İmam buyurdu: "Çünki o Adəmin qabırğasından yaradıldı. (Adəmin palçığının bir hissəsindən)".
 
Tavus dedi: "Niyə şeytana İblis deyilir?"
İmam (ə) buyurdu: "Çünki o Allahın mərhəmətindən və rəhmətindən məhrumdur".
 
Tavus: "Niyə cinə cin deyilir?"
İmam: "Çünki onlar insanın gözünə görünməyə bilərlər".
 
Tavus: "Ən birinci hiylə işlədib, yalan danışan kim idi?"
İmam: "O şeytan idi. O, Mütəal Allaha dedi: "Mən Adəmdən daha yaxşı və daha üstünəm. Çünki məni oddan onu isə palçıqdan yaratdın"".
 
Tavus: "Kimlərdir ki doğruya şahidlik edirlər, amma əslində yalan danışırlar?"
İmam (ə) : "Onlar münafiqlərdir. Aşkarda Allahın peyğəmbərinin peyğəmbərliyinə şahidlik edir, lakin batində inanmır və yalan deyirlər".
 
Tavus: "Allah bir elçi göndərdi ki, insana yol göstərsin, amma o elçi nə insan idi nə də cin. O elçi haqda de!"
İmam: "O bir qarğa idi. Gəldi ki Qabilə qardaşının cəsədini necə basdırmaq lazım olduğunu təlim etsin".
 
Tavus: "Biri öz tayfasına xəbərdarlıq etdi və yol göstərdi, hal bu ki insan və cin deyildi. Bu haqda de!"
İmam (ə): "O qarışqa idi. Bu qarışqa Süleymanin böyük ordusu gələndə tayfasına dedi: Yuvalarınıza girin yoxsa Süleyman və ordusu sizi tapdalayar".
 
Tavus: "Əsassız yerə və yalanlarla ittihamlandırılan heyvan hansıdır?"
İmam: "O canavar idi. Yüsifin qardaşları onun ölümünü bu heyvana nisbət verdilər".
 
Tavus sonuncu sualını belə soruşdu: "O nədir ki, azalır və çoxalır və o nədir ki, çoxalır amma azalmır. Həmçinin o nədir ki, azalır, lakin çoxalmır?"
İmam (ə) buyurdu: "Azalıb, çoxalan aydır. Çoxalıb, azalmayan dəniz suyudur. Azalan, lakin çoxlamayan isə insanın ömrüdür".
 
Mənbə: "əl-İhticac" Təbərsi, c.2, səh.180, hədis:206
 

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana