September 07, 2019 05:30 PM
profile şəkilləri yüklə Məhərrəmlik üçün

Məhərrəm ayının 7-ci günü Kərbəlada baş vermiş hadisələr

Məhərrəm ayının 7-ci günü Abdullah ibn Ziyad, Ömər ibn Sədə məktub yazıb imam Hüseynə (ə) su verilməməsi əmrini verdi: “Hüseynlə su arasında fasilə sal ki, hətta bir damla su belə içə bilməsinlər.”

Məhərrəm ayının 7-ci günü Kərbəlada baş vermiş hadisələr

HAQQ ORDUSUNUN SUDAN MƏHRUM EDİLMƏSİ

Məhərrəm ayının 7-ci günü Abdullah ibn Ziyad, Ömər ibn Sədə məktub yazıb imam Hüseynə (ə) su verilməməsi əmrini verdi: “Hüseynlə su arasında fasilə sal ki, hətta bir damla su belə içə bilməsinlər.”

Başqa bir məktubda da belə yazdı: “Eşitmişəm ki, Hüseyn (ə) və səhabələri sudan istifadə edirlər. Bu məktubu alan kimi, mümkün qədər onların qarşısını al və suyun onların üzünə bağlanmasında ciddi ol.” [1]

Ömər ibn Səd dərhal Ömər ibn Həccasın sərkərdəliyi ilə beş yüz nəfərdən ibarət bir qoşunu Fərat çayının kənarında yerləşdirdi və imam Hüseyn (ə) və səhabələrinin sudan istifadə etməsinə mane oldu. Bu qeyri-insani rəftar “Aşura” faciəsindən üç gün öncə baş verdi.

Bu zaman düşmən qoşunundan Abdullah ibn Həsin Əzdi adlı bir şəxs fəryad edərək dedi: “Ey Hüseyn! Bir də bu suyu göy rəngində görə bilməyəcəksən! Bir daha o suadan içə bilməyəcək və nəhayət, susuzluqdan can verəcəksən!”

İmam Hüseyn (ə) buyurdu: “İlahi! Onu susuzluqdan öldür və heç vaxt Öz rəhmətini ona şamil etmə!”

Həmid ibn Müslüm deyir: “Aşura faciəsindən sonra, bir gün Abdullah ibn Həsin Əzdinin xəstələndiyini eşidib görüşünə getdim. And olsun Allaha ki, Abdullah ibn Həsin Əzdi o qədər su içirdi ki, qarnı şişir və içdiyi suyu geri qaytarırdı. Bununla belə, susuzluğu yatmır və “Susuzluqdan ölürəm!” – deyə qışqırırdı. Yenə su içir, qarnı şişir, amma sirab olmurdu. O, belə bir vəziyyətdə ikən can verdi.”

Məhərrəm ayının 7-ci günü Kərbəlada baş vermiş hadisələr

ƏLİ ƏSĞƏRİN ŞƏHADƏTİ

Adətən, Məhərrəm ayının 7-ci günü axşamı və 7-ci günü Kərbəla şəhidlərinin xatirəsinə həsr olunmuş əzadarlıq məclislərində “Kərbəlanın kiçik hacətlər qapısı” həzrət Əliəsğərin rövzəsi deyilir və o həzrətin şəhadətindən danışılır.

Aşura günü imam Hüseynin (ə) dostları və köməkçiləri şəhid olduqdan sonra, o həzrət хеymələrə tərəf gəlib əhli-beytinə buyurdu: “Bəla və müsibət paltarını geyinin, amma səbir paltarını yırtmayın. Allah sizin aqibətinizi xeyirli, düşmənlərinizi isə (dünya və axirətdə) müxtəlif əzablara düçar edəcək”. Sonra xanım Zeynəbə (ə) buyurdu:

ناوِلِينِي وَلَدِيَ الصَّغِيرَ حَتّىٰ أُوَدِّعَهُ

“Südəmər balamı yanıma gətir, onunla vidalaşım”.

İmam Hüseyn (ə) körpə balası Əliəsğəri qucağına alıb öpmək istədikdə, Hərmələ ibn Kahil Əsədi uşağı vurmaq niyyəti ilə bir oх atdı. Oх körpə uşağın boğazına dəydi. Uşaq şəhadətə yеtdi. Həzrət əlini uşağın boğazının altına tutdu, ovucu qan ilə dolduqda, onu göyə səpib dеdi: “Bu müsibətlər mənə asandır, çünki Allah yolundadır və Allah Özü görür. İlahi, əgər dünyada göydən gələn qələbəni bizdən əsirgədinsə, əvəzində o qələbədən də yaxşısını axirətdə bizə nəsib et və bu qaniçən xalqdan bizim intiqamımızı al!”[2]

İmam Baqir (ə) buyurur: “İmam Hüsеyn (ə) Əliəsğərin boğazından aхan qanı göyə atarkən bir damla da olsun bеlə yеrə tökülmədi”.

“Əl-ehticac” kitabında nəql olunur ki, imam Hüseyn (ə) atdan yerə düşdü və qılıncın qını ilə bir çala qazdı. Sonra uşağı öz qanına bulayıb dətn etdi.[3]

Məhərrəm ayının 7-ci günü Kərbəlada baş vermiş hadisələr

Mənbələr:
[1]. 
(“İmamların ictimai-siyasi həyatı”, Ustad Rəsul Cəfərian, imam Hüseynin (ə) həyatı.)
[2]. (“Lühuf”, Seyid ibn Tavus, səh. 84)
[3]. ("Müntəhəl-amal", Şeyx Abbas Qummi, 1-ci cild, səh. 714-715)

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana