June 16, 2020 10:52 AM
Mənəviyyat

Ən böyük hicab (liqaullaha mane olan)

İnsanın liqaullahına (Allahı qəlb gözü ilə görməsinə) mane olan ən mühüm hicab (maneə) nədir?

Şübhəsiz, özünü sevməkdən, özünü üstün bilməkdən və xudpəsəndlikdən böyük hicab yoxdur. Bəzi əxlaq alimlərinin ifadəsi ilə desək, "ənaniyyət" (“mənəm-mənəm” demək) Allah yolunun yolçuları üçün ən böyük maneədir.

Liqaullaha nail olmaq yolu "ənaniyyət"i kökündən çıxarıb atmaqdır. Lakin bu iş o qədər də asan deyil. Çünki bir növ özündən ayrılmaqdır.

تو خود حجاب خودى،         حافظ از ميان برخيز!

“Sən özün öz hicabınsan, Hafiz, aradan qalx!”

Lakin bu iş müntəzəm məşqlər etmək, ruhi tərəqqiyə nail olmaq, Allahdan kömək diləmək və Allah övliyalarına təvəssül etmək sayəsində mümkündür. Bəli, bəli! Nə qədər ki, Allahdan qeyrisinə sevgi ot-alağı kökündən ürəkdən qoparılmayıb, Ona məhəbbət tingi inkişaf edib artmayacaqdır.

Allah övliyalarından birinin başına belə bir hadisə gəlir: Nəql edirlər ki, o, cavanlıq çağlarında qəhrəman pəhləvanlar sırasında imiş. Bir gün bu cavan pəhləvana sultanın qədim və şöhrətli pəhləvanı ilə güləşməyi təklif edirlər. Pəhləvanlar camaatın toplaşdığı güləş meydanında qurşaq tutmağa hazırlaşırlar. Sonradan qədim pəhləvanın anası cavan pəhləvanın yanına gəlib qulağına deyir: “Ey cavan! Belə görünür ki, sən bu meydanın qalibisən. Bir ömürdən sonra ləyaqətimizin alçalmasına və çörəyimizin kəsilməsinə bais olma!”

Cavan pəhləvanın daxilində "ənaniyyət" və şah-şöhrət qazanmaqla ad-sanı, şərəf və ləyaqəti ayaq altına qoymaq arasında ağır çəkişmə başlayır. Nəhayət o, öz qərarına gəlir: Müsabiqənin həlledici anında güzəştə gedir, rəqib onun kürəyini yerə vurur və camaatın gözündə xar olur.

İndi onun özündən eşidin: "Kürəyim yerə dəyən zaman qəflətən gördüm ki, hicablar gözümün önündən çəkildi, haqqın təcəlliləri qəlbimdə nur saçmağa başladı. Qəlb gözləri ilə nəyi görməliydimsə, görməyə başladım."
Bəli... Bu bütü sındırmaqla tovhidin əsərləri üzə çıxır.

 

Source : makarem.ir

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :

https://telegram.me/az_ziaossalehin_ir

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana