Həzrət imam Hüseynin (ə)

Həzrət Seyyiduş-şühədanın (ə) saliklərə xüsusi inayəti

Həzrət imam Hüseynin (ə) tövhid yolunun saliklərinə xüsusi inayəti vardır. Bu da o həzrətin digər övliyalara nisbət daha xüsusi özəlliklərinin olmasına görədir.

Hər bir peyğəmbər və ilahi övliylar Allah əmrinin iqtizasına, zaman, məkan və şəraitə, habelə öz vəzifələrinə uyğun olaraq öz zati kamal və fəzilətlərindən çox azını aşkar ediblər. Amma həzrət Seyyiduş-şühədanın (ə) dövründə daha artıq ruhi kamallar zahir etmək şəraiti yaranıb və ilahi məşiyyət də imamdan (ə) daha artıq kamalın görsənməsində olub. O həzrət də Allahın inayəti ilə Allahın istəyinə müsbət cavab vermiş və bu tərtiblə hər iki aləmdə digər din övliyalarından fərqli olaraq özünə məxsus xüsusiyytlərə malik olmuşdur.

Əgər imam Hüseyndən başqa (ə) hər hansı ilahi övliya, hətta Rəsulullahın (s) özü imam Hüseyn (ə) kimi o kamal sifətlərini büruz etməyə məmur olsaydı və onu zahir etsəydi, o da bu xüsusiyyətə sahib olar və “Seyyiduş-şühəda” adını alardı. Bütün peyğəmbərlər, övliyalar, mələklər və digər məxluqlar onun şəxsiyyətinə diqqət etsələr, ona ağlasalar və onun vasitəsilə yüksəlsələr, bu heç də çətin və gözlənilməyən bir şey deyil. Çünki belə bir xüsusiyyətə malik olan təkcə odur. Hərçənd, Peyğəmbəri-əkrəm (s) və imam Əli (ə) ondan əfzəl olsalar da.

Bir çox rəvayətdə bu mövzuya işarə edilmişdir:

1. İmam Hüseyn (ə) uşaq olan vaxtı Peyğəmbəri-əkrəm (s) Ümmü Sələməyə onun şəhadət xəbərini verdi. Ümmü Sələmə dedi: “Allahdan istəyin ki, bu hadisə baş verməsin”. Həzrət buyurdu: “İstədim, lakin Allah mənə buyurdu ki, onun üçün elə bir məqam vardır ki, məxluqlardan heç biri o məqama çatmaz”.[1]

Aydındır ki, “məxluqlardan heç biri o məqama çatmaz” cümləsinin mütləq olması, bütün yaranmışları, hətta peyğəmbərləri, övliyaları və müqərrəb mələkləri də əhatə edir.

2. İmam Sadiq (ə) buyurur:

“Hüseyni (ə) ziyarət edin və ona cəfa etməyin. Çünki o məxluqlar arasında cənnət cavanlarının ağası, şəhidlər sərvəridir”.[2]

İmamın (ə) kəlamındakı “ona cəfa etməyin” ifadəsi peyğəmbər və övliyalardan heç biri üçün işlədilməyib. Halbuki, onların hamısı insanların hidayəti üçün çəkdiyi zəhmətlərə görə başqalarının üzərində haqları vardır. İmam Sadiq (ə) bu təbiri ilə peyğəmbərlərin və övliyaların zəhmət və əsərlərinin qorumasındakı Seyyiduş-şühədanın (ə) əzəmətinə işarə edir.

Həmçinin, “məxluqlar arasında cənnət cavanlarının ağası” ifadəsi isə imam Hüseynin (ə) cənnətdə olan xas kamal və camal sifətlərinə işarədir.

“Şəhidlər sərvəri” ifadəsi isə Adəmdən, Qiyamət gününə kimi bütün şəhidlərə, hətta şəhid peyğəmbər və övliyala da aid olur (yəni onlardan heç biri belə bir adı daşımayıb və bu yalnız imam Hüseynin (ə) xüsusiyyətlərindəndir).[3]

—————————————–

Mənbələr :
[1]. 
(“Bihar əl-ənvar”, c. 44, səh. 225)
[2]. (“Bihar əl-ənvar”, c. 14, səh. 168)
[3]. Qaynaq: Ayətullah Səadətpərvər (Pəhləvani), “Furuği-şəhadət” kitabı.

 

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :

https://telegram.me/az_ziaossalehin_ir

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana