İmam Hüseyn (ə)

İmam Hüseynə (ə) məxsus fəzilətlər – Hüseyn sevgisi

Şəhidlər sərvəri imam Hüseynin (ə) bir sıra xüsusiyyətləri vardır ki, məhz o həzrətə məxsusdur. Həmin xüsusiyyətlərdən biri də budur ki, imam Hüseynə (ə) sevgi və məhəbbətin hərarəti möminlərin qəlbində həmişəyaşardır. Bu özəlliyi və onun qiyamət gününə qədər yaşayacağını İslam Peyğəmbərinin dilindən eşidək. O həzrət buyurur:

اِنَّ لِقَتْلِ الْحُسَيْنِ (علیه السلام) حَرَارَةً فِي قُلُوبِ الْمُؤْمِنِينَ لَا تَبْرَدُ اَبَدًا

“Möminlərin qəlblərində Hüseynin qətlinə görə bir hərarət vardır ki, heç vaxt soyumayacaq!” [1]

اِنَّ لِلْحُسَيْنَ مَحَبَّةً مَكْنُونَةً فِي قُلُوبِ الْمُؤْمِنِينَ

“Həqiqətən, möminlərin qəlblərində Hüseynə gizli məhəbbət vardır!”[2]

اِنَّ لِلْحُسَيْنِ فِي بَوَاطِنِ الْمُؤْمِنِينَ مَعْرِفَةً مَكْنُونَةً

“Həqiqətən, möminlərin qəlblərində Hüseynlə gizli tanışlıq vardır!” [3]

Bütün məsumlar fəzilətdə – elm, qüdrət, şücaət, ilahi vəzifələrinin icrasında və s. xüsusiyyətlərdə bir-birinə bənzəyirlər. Necə ki, “Camieyi-Kəbirə” ziyarətində oxuyuruq:

وَأَنَّ أَرْوَاحَكُمْ وَنُورَكُمْ وَطِينَتَكُمْ وَاحِدَةٌ طَابَتْ وَطَهُرَتْ بَعْضُهَا مِنْ بَعْضٍ خَلَقَكُمُ اللَّهُ أَنْوَاراً فَجَعَلَكُمْ بِعَرْشِهِ مُحْدِقِينَ حَتَّى مَنَّ عَلَيْنَا بِكُمْ فَجَعَلَكُمْ فِي بُيُوتٍ أَذِنَ اللَّهُ أَنْ تُرْفَعَ وَيُذْكَرَ فِيهَا اسْمُهُ

“...Həqiqətən, sizin ruhlarınız, nurunuz və fitrətiniz vahid, pak-pakizə, təmiz və bir-birinin eynidir. Allah sizi parlaq nur xəlq etmişdir. Sonra Öz ərşi-əlası ətrafında dövr edən halda yerləşdirmişdir. Nəhayət, sizin vücudunuzla bizə minnət və haqq qoymuşdur. Allah sizi Öz adının zikr edilib ucaldılmasına izn verdiyi evlərdə yerləşdirmişdir...” [4]

Həmin evlər ki, Allah-Taala Qurani-Kərimin “Nur” surəsinin 36-cı ayəsində onlardan söz açmışdır:

فِي بُيُوتٍ أَذِنَ اللَّهُ أَن تُرْفَعَ وَيُذْكَرَ فِيهَا اسْمُهُ يُسَبِّحُ لَهُ فِيهَا بِالْغُدُوِّ وَالْآصَالِ

“(Bu ilahi nur) Allahın (ad, məqam və binalarının) ucaldılmasına və orada Öz adının çəkilməsinə icazə verdiyi evlər (məscidlər və məsumların məqbərələrin)dədir ki, orada səhərlər və axşamlar Onu pak sifətlərlə mədh edərlər.”

Amma insanların imam Hüseynə (ə) eşq və məhəbbəti özünəməxsusdur. Hər il Məhərrəm ayında keçirilən əzadarlıq məclisləri, Nəcəfi-Əşrəfdən və digər məntəqələrdən Kərbəlaya doğru “Ərbəin yürüşü” bunun canlı nümunəsidir.

 

Mənbələr :
1. (“Xəsaisül-Hüseyniyyə”, səh.70; “Müstədrəkül-vəsail”, 10-cu cild, səh.318.)
2.  (“Xəsaisül-Hüseyniyyə”, səh.48.)
3. (“Biharul-ənvar”, c. 43, səh.43.)
4. (“Mən-la yəhzuruhul-fəqih”, 2-ci cild, səh.613.)

 

 

/Maide.az/

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :

https://telegram.me/az_ziaossalehin_ir

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana